Belqorodda vəziyyət qızışır: sənədlər yandırılır, ruslar təşviş içində qaçır - Foto

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində vəziyyət getdikcə gərginləşir. Şəhərdə inzibati bina yanır, ruslar sənədləri zibil qutularında yandırır və tələsik şəhəri tərk etməyə çalışırlar. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır.

Sozcu.az xəbər verir ki, "Rusiya Könüllülər Korpusu”nun üsyançıları Şebekinoda onlarla təhlükəsizlik əməkdaşının olduğu Daxili İşlər Nazirliyinin binasını atəşə tutduqlarını elan ediblər:

"Şebekino Daxili İşlər Nazirliyində Qala planı elan edildi. Protokola əməl edən Putin bandasının "igid" müdafiəçiləri nəzarət binasına toplaşdılar. Biz onların bir yerə yığılmağına imkan verdik və onların üstünü "Qrad" paketləri ilə "örtdük". Nəticə artıq məlumdur. Biz yerli əhaliyə vaxtında vacib məlumat üçün təşəkkür edirik”.

Xatıaladaq ki, iyunun 1-də səhər saatlarında Rusiya mətbuatı Rusiya Federasiyasının Belqorod vilayətindəki Şebekino keçid məntəqəsinə "hücum” barədə məlumat yayıb.

Rusiya Könüllülər Korpusunun və "Rusiyanın Azadlığı" Legionunun əsgərləri video mesajlar dərc edərək, xüsusən Rusiya Federasiyasının ərazisində döyüşdüklərini və "çox yaxında Şebekinonun ətrafında görünəcəklərini" bildiriblər.qaynarinfo)

176481d0989bef77561e3291606fa1c7.jpg

656225f9b1b995376dbe0239d31b374d.jpg

Share on Facebook