Bəzi rayonlara leysan yağıb, dolu düşüb - Faktiki hava

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkaran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Sozcu.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9, Zəngilan rayonunun dağlıq ərazilərinə diametri 5-6 mm dolu düşüb.

Share on Facebook