Bakıda sürücünün ürəktutması səbəbindən qəza olub.
Bu barədə Sozcu.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Tiflis prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb.
Qəza nəticəsində Tiflis prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.