Təbrizdə yaşayan güneyli milli fəallar Hüseyn Amani, Əlirza Səbri və Cavad Əhmədzadə Təbriz həbsxanasına köçürülüblər. Bu barədə milli fəalların yaxınları məlumat verib.
Bundan əvvəl təhlükəsizlik idarəsinin istintaq təcridxanasından həbsxanaya köçürülən Məhəmmədrza Amani (Araz) isə yenidən təcridxanaya geri qaytarılıb.
22 may qiyamının ildönümü öncəsi saxlanılan fəalların nədə ittiham olunduğu barədə açıqlama verilməyib.