“Burada olduğumuz üçün şadam. Bu mövsüm keçirdiyimiz çətin dövrdən sonra qalib gəldiyimiz üçün şadam. Biz yaxşı iş görmüşük. Bu, kluba müsbət təsir göstərə bilər. Qol buraxanda düşünürdüm ki, onlara cavab qolunu vurmaq asan olmayacaq. Ancaq fasilədən sonra hesabı tez bərabərləşdirdik və bu, mübarizəni davam etdirməyə kömək etdi".
Sozcu.az xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının finalında "Roma"ya qalib gəldikləri oyundan (1:1, penaltilər seriyası - 4:1) sonra deyib.
"Məşqdəki penaltilərlə və 60 min azarkeş qarşısında penaltilər eyni deyil. Əvvəlki turlarda 11 metrlik cərimə zərbələrində məşq etmirdik. Penaltini yerinə yetirəcək futbolçulara güvənirdik. Montiel beşinci zərbəni vurmalı idi, lakin sonra bu dəyişdirildi. Sıra oyunçular tərəfindən müəyyən edilir.
Oyuna pis başladıq, rəqib də rahat idi. İkinci hissədə isə vəziyyəti dəyişdik və bu, asan olmadı. Əlavə vaxtda heç nə dəyişmədi, amma penaltilər seriyasında uğur qazandıq".