Baba Rzayev töhmət alsa da “Azərenerji“nin ixrac gəlirləri kəskin azalır

Bu ilin üçüncü rübündə "Azərenerji" ASC 73,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,5 dəfə azdır. 

“Yeni Sabah” bu barədə “İxrac İcmalı”na istinadən xəbər verir.  Məlumata görə son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 256 milyon manat azalıb.

2023-cü ilin ilk doqquz ayında "Azərenerji" xaricə 329,7 milyon dollarlıq məhsul ixrac etmişdi. 

Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb. 

Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib.

Share on Facebook