Türkiyə KİV: Məhərrəm İncə müxalifətin Ankara mitinqinə qatılacaq

Türkiyədə prezidentliyə namizədlikdən imtina edən Məhərrəm İncə “Millət İttifaqı”nın Ankaradakı mitinqində iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası belə bir iddia ilə çıxış edib. Qeyd edək ki, bu gün Məmləkət Partiyasının sədri Məhərrəm İncə 14 mayda keçirilən prezident seçkilərinə namizədləyini geri götürdüyünü açıqlayıb.

Kılıçdaroğludan Rusiyaya çağırış: Əlinizi türkün dövlətindən çəkin

Türkiyədə “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu Rusiyaya şok xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb. “Sevgili rus dostlarımız. Dünən bu ölkədə ortaya çıxan montajlar, tələlər, “dip-feyk” məzmunlar, kasetlərin arxasında siz varsınız. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi türkün dövlətindən çəkin. Biz hələ də işbirliyindən və dostluqdan yanayıq”.

Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət təşkilatlara sorğular göndəririk

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu sosial hüquqları pozulmuş vətəndaşların, onların problemlərin operativ həll etmək üçün təşkilatın yaradılmış Qaynar həttinə gündə onlarla şikayətlər daxil olduğunu bildirib.  Vətəndaşlar  055 556  25 42 whats app vasitəsilə müraciət ərizələri, lazımı olan sənədləri göndərirlər. Xəzər Teyyublu müraciət etdiyi şikayətlərin düzgün olub-olmamasını araşdırandan sonra müvafiq dövlət təşkilatlara sorğuların göndərilməsini bildirib: “Belə ki, Cəlilabad şəhər Təbriz küçəsi ev 45\N, kirayə yaşayan İsmayılov Qamət Əcəb Əli oğlundan, Lənkəran şəhəri, Sahil 34 ünvanında qeydiyyatda olan, Bakıda kirayə yaşayan Həsənov Mirəli Həbibulla oğlundan, Bakı şəhəri, Lökbatan qəs., keç. 1595, ev 11, m. 90 yaşayan Ziyadov Sabir Zaman oğlundan, Bakı şəhəri, Səbayil r-nu, Y.Mürsəlov küş., dalan 1, ev 17A yaşayan Abdullayeva Fərqanə Akif qızından və Bakı şəhəri, Nizami r-nu, R.Rüstəmov küç., ev 34, m. 31 ünvanında yaşayan Məmmədov Eldar Şahmar oğlundan müraciətlərini alaraq araşdırmalara başlamışıq”. Xəzər Teyyblu sorğuların DİN, MİDA, Sosial Müdafiə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə göndərdiyini qeyd etdi.      

Kamal Kılıçdaroğlu Məhərrəm İncəni “Altılı masa”ya dəvət etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəni “Altılı masa”ya dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə CHP lideri Tvitterdə bildirib. “Mənim çağırışım hələ də qüvvədədir. Artıq keçmişdə baş vermiş inciklikləri bir kənara qoyaq. Lütfən buyurub gəlsin”, – Kılıçdaroğlu qeyd edib.

Mövqelərimiz artilleriya atəşinə tutulur - MN

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür",- MN-dən bildirilib.

Şəhidimizin atası: Oğlum bu gün evə gələcəkdi - Video

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. Sozcu.az xəbər verir ki, şəhidimizin atası Elxan Novruzəliyev Baku TV-yə danışıb. Bildirib ki, oğlu bu gün evə gələcəkdi.

Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib. Sozcu.az xəbər verir ki, bu barədə Axar.az-a türkiyəli jurnalist Həsən Barın məlumat verib. Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyini elan edən Məhərrəm İncə tərəfdarlarını “Altılı masa”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluna səs verməyə çağıracaq. “Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi səhhətindəki vəziyyətini göstərəcəyi ehtimal olunur”, - H.Barın bildirib. Qeyd edək ki, ötən gün Məhərrəm İncənin səhhətində yaranan problem səbəbindən görüşlərinin təxirə salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.

Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verdi - XİN

Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. "Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - XİN-dən bildirilib.

Bu gün şəhid olan hərbçimiz kimdir? - FOTO

Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır.  1988-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub.  Yaxınlarının verdiyi məlumata görə, 35 yaşlı hərbçi subay olub. Onun 1 qardaşı, 2 bacısı var.  Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

Azərbaycan şəhid verdi - RƏSMİ

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.  Sozcu.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

“Sərhəddə baş verənlər Moskvada təşkil olunub” – Bakıdan açıqlama

“Sərhəddə baş verənlər birmənalı olaraq Moskva tərəfindən təşkil olunmuş təxribatlardır. Çünki 3 gündən sonra, mayın 14-də Brüsseldə keçiriləcək görüş ilə yanaşı ayın 19-da Ararat Mirzoyan ilə Ceyhun Bayramov arasındakı görüşü əngəlləmək üçün Rusiya sərhəddə belə təxribatlar törədir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, bu gün səhər saatlarından başlayaraq, Ermənistan ordusunun Kəlbəcər-Basarkeçər istiqamətində dövlət sərhədi boyunca atəşkəsi pozması faktına münasibət bildirib. Polkovnikə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi deyir ki, onlar bu təxribatların marağında deyil: “Onda sual olunur ki, əgər Ermənistan ordusuna kənardan təsir göstərilmə imkanı varsa, onda bunun adı nədir? Bu təxribatın sırf Moskva tərəfindən törədilməsinə əminəm. Ona görə ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi də görüşlə bağlı danışdı. Aydın məsələdir ki, Brüssel görüşündən əvvəl Kremlin “canfəşanlıq” etməsi, o cümlədən Qarabağdakı rus sülhməramlılarının komandanı general-polkovnik Aleksandr Lenstovun Bakıdan əliboş getməsi, eləcə də İlham Əliyevin Moskvadakı paradda iştirak etməməsi, habelə digər faktorlar Rusiyanı bu təxribatı törətməyə sövq etdirdi. Buna zərrə qədər şübhə etmirəm”. Ü. Cəfərov əmin edib ki, Nikol Paşinyanı gülünc vəziyyətə salmaq üçün Ermənistanın Moskvadakı ağaları bu təxribatı ona görə təşkil etdilər ki, erməni general Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovun oğluna məhkəmə tərəfindən bəraət verildi: “Hansı ki, Xaçaturov da birbaşa Moskvaya bağlı olan şəxsdir. Ruslar həm Paşinyanı növbəti dəfə çıxılmaz vəziyyətə salmaq, həm Brüssel danışıqlarının baş tutmaması, həm də Moskva görüşünün reallaşdırılması üçün təşkil olunmuş təxribatdır”. “Təəssüflər olsun ki, hərbi qulluqçumuzun vəziyyəti çox kritikdir, başından ağır güllə yarası alıb. Ermənistan da artıq etiraf edir ki, itkiləri var və 3 nəfər yaralanıb. Mən kamikadze dronlarının olması məsələsinə inanmıram, çünki belə olsaydı, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayardı. Amma ermənilər ağır silahlardan, minaatanlardan, pulemyotlardan istifadə edir. Ola bilsin ki, artilleriya zərbələri də var. Yaxın saatlarda biz vəziyyətlə bağlı dəqiq məlumat əldə edəndən sonra nə isə deyə bilərik”, – müsahibimiz fikirlərini tamamlayıb.

Bakıda yol çökdü - Foto

Bakının 8 Noyabr prospekrində yol çöküb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist İbrahim Kamiloğlu məlumat yayıb. Yolun hansı səbəbdən çökməsi barədə məlumat verilmir.

Ermənistan əlavə texnika və əsgər cəmləşdirdi - Təcili

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Ermənistanın yaralılarının sayı artdı – Son dəqiqə

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətində törətdiyi təxribata cavab olaraq Ordumuzun gördüyü tədbirlər nəticəsində erməni ordusunun itkiləri artıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN açıqlama yayıb. Bildirilib ki, saat 10:25-ə olan məlumata görə, yaralıların sayı 4-ə qalxıb. Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Ordumuz cavab tədbirləri görür.

Ermənistanın təxribatı davam edir: Yaralımız var

Ermənistanın təxribatı nəticəsində hərbçimiz ağır yaralandı Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təxribata cəhd edən 3 erməni hərbçi zərərsizləşdirildi

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Daha sonra bildirilib ki, Ermənistan ordusu Azərbaycan mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Sozcu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayını açıqlayıb. Qeyd olunur ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun üç hərbi qulluqçusu yaralanıb. Erməni KİV-lərində yaralıların daha çox olduğu bildirilir.modern

Ukrayna Baxmutun böyük hissəsini geri aldı

Ukrayna hərbçilərinin Donetsk vilayətində Baxmut yaxınlığında irəliləməsi hələlik əks-hücum deyil, lakin bu, yaxşı irəliləyişdir. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi eksperti İvan Stupak bildirib. “Onlar ikinci raundda yenidən başladılar, çünki ötən il olduğu kimi, mayın 9-na kimi müddət var idi. Digər ərazilərlə bağlı tarixləri müəyyən etmək üçün sadəcə olaraq keçənilki məlumatlarla tanış olmaq lazımdır. Baxmayaraq ki, bu il əməliyyatın miqyası əvvəl olduğundan daha kiçikdir", - ekspert vurğulayıb. Ekspertin fikrincə, Ukrayna qoşunlarının irəliləyişinin yaxşı perspektivi var: "Bu kiçik bir irəliləyişdir, bu hələ əks-hücum deyil, lakin perspektiv artıq kifayət qədər yaxşı və çox maraqlıdır. 3 kilometr enində 2,5 kilometr dərinliyə getmək çox yaxşı irəliləyişdir. Bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələri şəhərin böyük, ciddi hissəsini geri aldı".

Zod istiqamətində gərginlik: Ordumuz cavab tədbirləri görür

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Mövqelərimiz atəşə tutuldu: Hərbçimiz ağır yaralandı

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Həbsdəki tanışına ayaqqabıda narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına və 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən məlumat yayıb. Bildirilib ki, Cinayət Məcəlləsinin 29,120.2.2; 221.1; 228.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş və 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseyn Nizami oğlu Quliyevə tanışı Şahin Qəhrəman oğlu Bədəlov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,815 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,152 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub. Cinayət Məcəlləsinin 177.2.1; və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Namiq Əli oğlu Zülfüqarov 3 saylı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,211 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 0,3 qram olan Preqabalin dərman həbi aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

Gürcüstan Prezidenti Putinin qərarını qəbuledilməz adlandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin viza rejimini ləğv etməsinə dair qərarını qəbuledilməz adlandırıb. Bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.

Məhkəmə İmran Xanla bağlı QƏRAR VERDİ

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan haqqında həbs qərarı verib. Sozcu.az bildirir ki, bu barədə AFP agentliyi Xanın vəkillərinə istinadən məlumat yayıb. Sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. Qeyd edək ki, İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir.

“124 min peyğəmbər haqqı Azərbaycanda təhsil yoxdur” - Seyran Səxavət

Ali məktəblərə qəbul planı ilbəil artırılır. 2022-2023-cü ildə bu rəqəm 60 minə çatdırılıb. şübhəsiz, hər bir valideyn də övladını tələbə görmək istəyir. Təxmini hesablamalara görə, azərbaycanlılar repetitor fəaliyyətinə ildə 200 milyon manatdan çox vəsait sərf edir. Özlüyündə kiçik olmayan bu rəqəmin arxasında duran yeganə məqsəd abituriyentin qəbul imtahanında zəruri balı toplamasıdır. Azərbaycanlıların uşaqlarına ali təhsil vermək həvəsi sovet dövründən qalmaq ənənədir, yoxsa bu, yeni meyldir? Niyə hamı övladının diplomlu olmasını istəyir? Yenisabah.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib ki, diplomlu olmaq hələ hər şeyi həll etmək demək deyil. Onun sözlərinə görə, bu, sovet dövründən, hətta ondan da o tərəfə qalan bir ənənədir. Yazıçının fikrincə, hamı diplom almaq, oxumuş adam kimi görünmək istəyir: “İntəhası bu tendensiya birtərəflidir. Sovet vaxtı bu, məqsədəuyğun idi. Bəs bu gün? Hamı ali savadlı olsa, bəs santexnik, tornaçı, fəhlə kim olacaq? Mən bu nikbinliyə heyran qaldım. Çünki bu gün ali savadlıların çoxu ya santexnik, ya döşəmə vuran, ya suvaqçı, ya da qaynaqçıdır. Ona görə də bundan qəti nigaran qalmaq lazım deyil. Belə bir misal var: “Sən ağa, mən ağa, inəkləri kim sağa?” Bir dəfə kimsə demişdi ki, dünyanın hər yerində pul verib adamı oxutdurub, ona təhsil və savad verirlər. Amma Azərbaycanda pul verirlər ki, bunu bisavad və şikəst et, təki diplomu olsun. Mirzə Ələkbər Sabir demişkən, biz belə canlarıq”. Yazıçı əlavə edib: “O ki qaldı müəllimə, repetitora xərclənən pullara, onun da bir obyektiv səbəbi var və bu da problemi doğurur. Bu gün məktəblərimizdə təhsil yoxdur. Bunu hamı deyir, mən də, 124 min peyğəmbər haqqı təhsil yoxdur. Çünki sovet təhsil sistemini darmadağın etdilər, yenisini isə yarada bilmədilər, mən bunun canlı şahidiyəm. Hamı bilir ki, Azərbaycanda sovet təhsil sistemi ilə oxuyub Nobel mükafatı alanlar olub. İndi isə nəinki mükafat, heç təhsil alan da yoxdur. Axı təhsili verən olmalıdır ki, onu alan da olsun”.