Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata qəbulu prosesini dayandırmaq qərarına gəlib.
Sozcu.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
“Təəssüflə bildirirəm ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesini dayandırmaq barədə razılığa gəliblər”, - deyə Gerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Qerçinski həmçinin qeyd edib ki, bu, Avropa Şurasının hesabatlarında açıq şəkildə qeyd olunub.