Pezeşkianın seçilməsi nəyi dəyişəcək? - ABŞ

Vaşinqton Məsud Pezeşkianın prezident seçilməsindən sonra İslam Respublikasının davranışında hər hansı dəyişiklik gözləmir.

Sozcu.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

O bildirib ki, ABŞ bu ölkənin yeni prezidentliyi dövründə İranla nüvə danışıqlarını bərpa etməyə hazır deyil:

“İranın HƏMAS, Livan Hizbullahı və Yəmən husiləri kimi terrorçu qrupları dəstəkləməyə davam edir, günahsız ukraynalıların öldürülməsində istifadə olunan pilotsuz uçuş aparatlarını, dron texnologiyalarını Rusiyaya verir. Tehranın proksi qruplarına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyini nəzərə alaraq, Amerikanın İranın nüvə proqramı üzrə danışıqların bərpasına cavabı mənfi olacaq”.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin son məxfi hesabatının nəticələri göstərir ki, İran zənginləşdirilmiş uran ehtiyatını artırıb.

Share on Facebook