O, Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə məcbur etməyə çağırıb...
Rusiya Federasiyası qeyri-qanuni yolla aldığı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsündən məhrum edilməlidir.
Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa "X" sosial şəbəkəsində yazıb.
Rusiya BMT Təhlükəsizlik Şurasına “sədrliyi” dövründə ən ağır cinayətləri törətməyə meyllidir. Bu gün (iyulun 8-i - red.) Ukraynanın ən böyük uşaq xəstəxanası "Oxmatdıt" və Kiyevdə daha bir tibb müəssisəsinə zərbə endirilib.
2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. Lakin bütün bunlar 1991-ci ilin dekabrında SSRİ-nin BMT TŞ-dakı daimi üzvlüyünün işğalı ilə, Moskvanın yenə də Təhlükəsizlik Şurasına sədrlik etdiyi vaxt başladı”, - Kislitsa bildirib.
O, dünyanı Kremli BMT Təhlükəsizlik Şurasına daimi üzvlükdən məhrum etməyə çağırıb: “Diktator Kreml rejiminin daimi Sovet üzvlüyündən istifadə edərək məsələsini həll etmək üçün daha nə qədər Rusiya cinayəti lazım olacaq? Hansı dəhşətli cinayətlər törədilməlidir ki, təcavüzkarın vetoları sayılmasın və Təhlükəsizlik Şurası Rusiyanın təcavüzü və hərbi cinayətlərinə cavab verə bilsin?”
Kislitsa qeyd edib ki, “dağıdılan xəstəxanalar və həlak olan mülki vətəndaşlar fonunda qanlı Rusiya “prezidentliyi” Təhlükəsizlik Şurasının üzvləri üçün aylıq nahar təşkil etmək niyyətindədir”.
“Mən bunu şərh etməkdə çətinlik çəkirəm. İndi Təhlükəsizlik Şurasının belə nahar yeməklərində Rusiya kulebyakasını və zəhərli təbliğatını yeməsinin vaxtı deyil. Artıq hərəkətə keçmək və Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə məcbur etmək vaxtıdır”, - deyə Ukrayna nümayəndəsi yekunlaşdırıb.
Xatırladalır ki, daha əvvəl Zelenskinin Rusiyanın Ukraynaya son raket hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağrımaq üçün təşəbbüs qaldıracağını dediyi bildirilib.
Bundan əlavə, Rusiya Federasiyasının bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi barədə əvvəlcədən məlumat verilib.