Xalq artisti Niyaməddin Musayev əməliyyat olunub.
Sozcu.az xəbər verir ki, görmə problemi olan sənətçi bıçaq altına yatıb. Bu haqda N.Musayev "Xəzər axşamı" proqramında danışıb:
"Son vaxtlarda gözüm dumanlı görürdü. Heç vaxt da eynək taxmamışdım. Gözümə xüsusi linzalardan qoyuldu. İndi hər şeyi çox gözəl görürəm".