Azərbaycanda tələbə intihar etdi

Quba kollec tələbəsi intihar edib. Hadisə rayonun Muçu kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Adgözəl Camərdov yaşadıqları evin həyətində olan dülgər sexi kimi istifadə olunan tikilinin tavanından özünü kəndirlə asaraq intihar edib. Onun meytini anası aşkarlayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, A.Camərdov Şirvan Dövlət və Humanitar kollecinin III kurs tələbəsi olub./Report

Azərbaycanda ağır qəza - 18 yaşlı sürücü öldü

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb.

Xan Şuşinskinin qızı istefa verdi

Ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.  Sozcu.az xəbər verir ki, o bu barədə mətbuata açıqlamasında bildirib: “Tanınmış nəslin nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin övladı olaraq hər zaman mədəniyyətə, mədəni dəyərlərimizə yaxın insan kimi 2011-ci ildə atamın adına Xan Şuşinski Fondunu təsis etmişəm. Ötən dövr ərzində Xan Şuşinski Fondu olaraq mədəniyyət və incəsənətimizin təbliğinə töhfə vermişik və bu missiyamızı bu gün də davam etdiririk.  2021-ci ildə qeyri-hökumət təşkilatları tərəfindənmənə etimad göstərilib və Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişəm. Bu müddətdə İctimai Şura olaraq mədəniyyətimizin inkişafı ilə bağlı faydalı işlər görmüş, nazirliyə əhəmiyyətli təkliflər vermişik.  Nazirlik yanında bu il yenidən formalaşdırılan İctimai Şura üçün Xan Şuşinski Fondunun rəhbəri kimi yenə də mənə qeyri-hökumət təşkilatları tərəfindən  etimad göstərildi və mən Şuraya üzv seçildim. Mənə və rəhbərlik etdiyim fondun fəaliyyətinə göstərilən diqqətə görə hər kəsə təşəkkürümü bildirirəm. Bu gün öz istəyimlə İctimai Şuradan istefa vermək qərarına gəlmişəm. Biz Xan Şuşinski Fondunun prinsiplərinə sadiq qalaraq, bundan sonra da mədəniyyətimizin təbliğinə töhfə verməyə çalışacağıq.”

Bu Afrika(!) ölkəsi Putinin həbsinə dair orderi icra etməyə hazır olduğunu bəyan etdi...

Cənubi Afrika hökuməti Rusiya prezidenti Vladimir Putinin “nə vaxtsa Cənubi Afrika Respublikası ərazisinə ayaq basacağı təqdirdə” onun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderini icra etməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu haqda yerli “News24” qəzeti yazıb. Məlumata görə, Cənubi Afrikanın Ədliyyə Nazirliyi Putinin hipotetik həbsi və onun BCM ilə əlaqəli strukturlara verilməsi ilə bağlı yarana biləcək bütün hüquqi xərcləri ödəməyə hazır olduğunu bəyan edib. Cənubi Afrikanın əsas müxalifət partiyası olan Demokratik Alyans “Twitter”də bildirib ki, hökumət rəsmi olaraq Putinin həbsinə razılıq verərək partiyanın tələblərini yerinə yetirib. Bundan əvvəl partiya fəalları məhkəməyə müraciət edərək, respublika hökumətinin BCM-nin orderini yerinə yetirmək öhdəliyini öz üzərinə götürməsi tələbi ilə müraciət etmişdilər. 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatası Putin və Lvova-Belova barəsində “Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən insanların qanunsuz deportasiyası [nəticəsində] ukraynalı uşaqlara dəymiş ziyan” iddiası ilə bağlı həbs qərarı çıxarıb. Kreml bildirib ki, BCM-nin yurisdiksiyası 2016-cı ildən Roma Statutunun iştirakçısı olmayan Rusiyaya şamil edilmir.

Azərbaycanda varlılar “İphone”, kasıblar isə “Kitayski” telefon işlədir

Mobil telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İlk vaxtlar əlaqə vasitəsi kimi nəzərdə tutulan telefonlarda foto və video çəkiliş funksiyalarının, eyni zamanda internetə giriş imkanının olması bu cihazlara marağı kəskin artıb. Mobil telefonların qiyməti marka və parametrlərinə görə dəyişir.  Bəs Azərbaycanda hansı marka telefonlara üstünlük verilir? İnformasiya texnologiyaları üzrə mütəxəssis Pərvin Əsədov Modern.az-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə ən çox Samsung, Xiaomi, Apple şirkətlərinin məhsulları satılır. Onun sözlərinə görə, qiymətlərə görə fərq markaların biznes stragiyalarından asılı olaraq dəyişir: “Keçən ilə əhalinin 0,7 faizindən çoxu mobil telefonlardan istifadə etmirdi. Bu il istifadəçilərin sayında artım müşahidə olunur. İnsanlar telefon istifadə edərkən funksionallığını üstün tuturlar. İstifadəçiləri daha çox şəkil çəkməsi, video lentə alması kimi funksiyalar maraqlandırır. Bəzi biznes strategiyaları var ki, məsələn, Apple markalı telefon aldıqda qutusundan adapter və kabel çıxmır. Alıcı məcbur qalıb özü alır. Amma Xiaomi və Samsung markalarında bu kimi hallar olmur. Qutuda qulaqlıq və digər lazımi aksesuarlar da olur”. Mütəxəssis, həmçinin telefon alarkən insanların nələrə diqqət etməli olduğunu da açıqlayıb: “Əsasən yeni telefon olub-olmaması, IMEI kodlarının saxta olmaması, dəyişdirilməməsi kimi məlumatları yoxlamaq lazımdır. Telefonun hansı ölkənin istehsalı olması da önəmlidir. Telefon var ki, görünüşündə orginal markalarla eyni olsa da, saxta çıxa bilir. Telefonların saytlarında yoxlama qaydaları haqqında təlimatlara mütləq baxmaq lazımdır”. Son illər yerli bazarda aparılan müşahidələr göstərir ki, ölkəmizdə ən çox alınan telefon "Samsung" istehsalıdır. İkinci yerdə Çin brendi olan "Xiomi" gəlir. İnsanlar bu telefonlara daha çox foto çəkilişinin keyfiyyətli olmasına görə üstünlük verirlər. Çəkilişin keyfiyyətinə gəlincə, “İphone” daha çox diqqət çəkir. Lakin bu marka telefonlar qiymətinin baha olmasına görə bir çox insanlar üçün əlçatan deyil. Bununla belə “İphone” alıcılarının sayının az olduğunu demək olmaz. Əsasən maddi durumu yaxşı olan insanlar dünya brendi olması səbəbilə “İphone” cihazlarına üstünlük verir. Lakin imkansız təbəqə isə daha çox "Xiomi"yə maraq göstərir. 

Android istifadəçilərdən yeni pul oğurluğu sxemi

"Kaspersky" şirkətinin mütəxəssisləri Android smartfonların istifadəçilərindən pul vəsaitlərinin oğurlanmasına hədəflənmiş yeni dələduzluq sxemi barədə məlumat veriblər. Yeni dələduzluq sxeminin əsas hədəf kütləsi yaşlı istifadəçilər, uşaqlar və Android smartfonlardan az istifadə təcrübəsinə malik şəxslərdir. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzindən Milli.Az-a bildirilib. Verilmiş məlumata əsasən, dələduzların əsas məqsədləri istifadəçiləri öz cihazlarına uzaqdan idarə funksiyalı tətbiqi quraşdırmağa məcbur etməkdir. Bu cür tətbiq vasitəsilə dələduzlar öz qurbanlarının mobil bank tətbiqlərinə daxil olmaq üçün nəzərdə tutulmuş hesabları ələ keçirirlər və tez bir zamanda onların pul vəsaitlərini özlərinə köçürürlər. Bunun üçün dələduzlar bank əməkdaşı kimi özlərini təqdim edirlər və istifadəçiləri öz smartfonlarına dəstək xidməti tətbiqini quraşdırmağa sövq edirlər. Bu istiqamətdə dələduzlar istifadəçilərə messencer vasitəsilə APK fayl göndərirlər. Tətbiqin quraşdırılmasından və smartfon üzərində idarənin təqdim olunmasına istiqamətlənmiş kiçik təlimatın yerinə yetirilməsindən sonra istifadəçi öz pul vəsaitlərini itirmiş olur. Bununla belə quraşdırılan tətbiqin interfeysi müvafiq bankın interfeysinə çox bənzəyir. Dələduzlar uzaqdan idarə üçün olan legitim tətbiqləri kopyalayırlar və onları təkmilləşdirərək insanları aldadırlar.

Conni Depp narkotikdən komaya düşdü

Macarıstana konsert vermək üçün gedən dünya şöhrətli aktyor və müğənni Conni Depp otel otağında huşsuz vəziyyətdə tapılıb. Sozcu.az APA-ya istinadən bildirir ki, məşhur aktyorun yüksək dozada narkotik istifadə etdiyi üçün komaya düşdüyü iddia edilib. "Karib dənizinin quldurları" filmində Cek Sərçə obrazı ilə yadda qalan dünya şöhrətli aktyor və müğənni Conni Deppin intihara cəhd etməsi də iddialar arasındadır. Məşhur aktyorun Macarıstanda keçiriləcək konserti ləğv edilsə də, hələlik mövzu ilə bağlı açıqlama verilməyib.

Doğuş üçün ən təhlükəsiz yaş həddi... - Alimlərin araşdırması

Macarıstanın "Semmelweis" Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaşı müəyyən ediblər. Sozcu.az Ölke.az-a istinadən xəbər verir ki, alimlər 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu bildirirlər. Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil ediblər. Doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığını təyin etməyə çalışan tədqiqatçılar, 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş olduğunu təyin ediblər. Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələr Daun sindromu, ürək xəstəliyi, dodaq və damaq yarığı kimi xəstəliklərlə daha çox qarşılaşırlar. Gənc yaşda dünyaya gələn körpələrdə dodaq və damaq yarığı riskinin 9%, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin 45% olduğu bildirilib.

"Əl-Nəsr"dən Maneyə təklif

"Bavariya"nın yarımmüdafiəçisi Sadio Mane "Əl-Nəsr"ə keçə bilər. Sozcu.az xəbər verir ki, Kriştianu Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu Maneyə bonuslar da daxil olmaqla ildə 40 milyon avro ödəməyə hazırdır. "Bavariya" "Tottenhem"in hücumçusu Harri Keynin transferi üçün vəsait əldə etmək üçün seneqallını satmaqda maraqlıdır.

İranda səssiz etiraz aksiyası keçirildi

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində səssiz etiraz aksiyası keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəalları Kampaniyası məlumat yayıb. Məlumata görə, cümə namazından sonra sünni bəluclar məhərrəm ayında şiələrə hörmət əlaməti olaraq şüarlar səsləndirmədən səssiz yürüş ediblər. Aksiya baş tutan vaxt Zahidan şəhərinin əksər bölgələrində internet kəsilib, mobil telefon operatorlarında problemlər yaranıb. Qeyd edək ki, bu, bəlucların Tehrana hökumətinə qarşı hər həftə keçirdikləri 42-ci etiraz aksiyasıdır.

Bakıda ata oğlunu bıçaqladı

Bakıda ata oğlunu bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 21-də Qaradağ rayon Qızıldaş qəsəbəsində qeydə alınıb. Belə ki, Ramiz Vahabov şəxsi münasibətlər zəminində oğlu, 33 yaşlı Hafizə bıçaqla ağır dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Həmkarı yoxa çıxdı, Kleverli Çinə səfərini təxirə saldı

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə səfərini qeyri-müəyyən vaxta təxirə salıb. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Kleverlinin səfərinin təxirə salınmasının əsas səbəbi hazırda Çin xarici işlər nazirinin olmamasıdır. Qeyd edək ki, Çinin XİN rəhbəri Qin Qanq barəsində cinayət işi açılıb. Qanqın nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra isə o, yoxa çıxıb.

Türkiyə 10 ildən sonra Misirə yeni səfir təyin etdi

Salih Mutlu Şən Türkiyənin Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 81,07 dollara, yüngül neftin bir barreli isə 77,07 dollara satılır.

Rusiyanın itkiləri 241 MİNİ keçdi

Ukrayna müharibənin 514-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 241 330 hərbçi, 4140 ədəd tank, 8096 ədəd zirehli döyüş maşını, 4629 ədəd artilleriya sistemi, 693 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 448 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7159 ədəd avtomobil texnikası, 3944 ədəd PUA, 1298 qanadlı raket, 18 gəmi/qayıq, 691 xüsusi avadanlıq itirib.

Kasetli bombalar cəbhədəki vəziyyəti necə dəyişəcək?

Kasetli sursatların döyüş meydanında təsiri kütləvi istifadəsi başlayandan sonra hiss ediləcək. Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Pavel Narojni deyib. “Kasetli sursatlar yüksək partlayıcı sursatlardan fərqlidir. Bu səbəbdən yalnız kütləvi şəkildə istifadə edilməyə başlayanda təsiri hiss olunacaq”, - ekspert bildirib. Narojni cəbhədə vəziyyətin genişmiqyaslı dəyişməsi üçün hansı silahlardan istifadə edilməli məsələsinə də toxunub: “Bahalı texnikanı və düşmənin arxa xətlərini məhv etmək üçün xüsusilə F-16 qırıcılarından əlavə, bizə çoxlu sayda uzaqmənzilli dəqiq silahlar lazımdır. Çünki ön planda şərti olaraq nisbətən ucuz avadanlıq dayanır. Daha müasir hava hücumundan müdafiə sistemi, elektron müharibədə isə uzaq məsafədən atəş açmaq lazımdır”.

Daha 22 ailə Laçına yola salındı

Daha bir neçə ailə Laçına yola salınıb. Sozcu.az xəbər verir ki, bu gün daha 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu, Azərbaycan Prezidentindən asılıdır - Paşinyan

Mən Azərbaycanla davamlı sülhə inanmasaydım, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməyin mənası olmazdı. Amma inam bizim nəticə əldə edəcəyimizə zəmanət vermir, çünki bu, təkcə məndən deyil, həm də Azərbaycan Prezidentinin mövqeyindən asılıdır. Boşluqda danışıqlar aparmadığımızı demirəm, burada həm də beynəlxalq, geosiyasi və humanitar vəziyyət, hər an özünü göstərə biləcək müxtəlif insani amillər, siyasi və daxili siyasi vəziyyət var. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib. Buna baxmayaraq, Paşinyan ənənəvi böhtanını yağdıraraq, guya Qarabağda humanitar böhran yaşandığını, azərbaycanlıların erməni icmasından qisas aldığını da iddia edib: “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”. Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də “Dağlıq Qarabağ” ermənilərinin hüquqları və təhlükəsizliyidir: “Qarabağ xalqının (Qarabağdakı erməni icması nəzərdə tutulur – red.) hüquqları və təhlükəsizliyi məsələsi “dq” nümayəndələrinin iştirakı ilə aparılan dialoq və danışıqlar nəticəsində həll edilməlidir. Biz buna Bakı-Xankəndi dialoqu deyirik. Amma qüvvələrin müqayisəedilməzliyini nəzərə alsaq, düşünürük ki, Xankəndi və Bakını tək qoysaq, o zaman Bakının ya bu gündəmi unutmaq imkanı olacaq, ya da bu dialoq yox, monoloq olacaq. Bu dialoq beynəlxalq mexanizmlər çərçivəsində baş verməlidir, burada beynəlxalq ictimaiyyət şahid rolunda olacaq. Azərbaycan Ermənistanın bu prosesdə marağını Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qəbul edir və şərh edir”.

Putin bitib, Rusiya inqilaba hamilədir

Rusiyada Priqojin üsyanından sonra hakimiyyət çevrilişi hansısa silahlı qruplaşmanın əli ilə yox, xaosdan baş verəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Podolyakın sözlərinə görə, Priqojinin üsyanının fiaskoyla sonlanmasının səbəbi onun hakimiyyəti ələ keçirmək istəməməsiydi. Eyni zamanda o qeyd edib ki, Priqojin qan üzərində biznes quran iş adamıdır, özü də Rostovdan Moskvaya bu qədər sürətli keçidi gözləmirdi: “Amma o, Moskvanı götürmək və hakimiyyəti ələ keçirmək istəmirdi, çünki onun miqyası kiçikdir, siyasətçi deyil. Hazırda hakimiyyəti ələ keçirmək və Putini əvəzləmək istəyən heç bir siyasi qrup formalaşmayıb”. Onun fikrincə, çevriliş onunla nəticələnəcək ki, Rusiya xaotik vəziyyətə düşəcək - çoxlu kiçik qruplar olacaq, onlar gedib özlərinə nəsə götürəcəklər - bu, Rusiya Federasiyasında inqilabi prosesə çevriləcək. O vurğulayıb ki, bu gün Putin Rusiya Qvardiyasına təkcə ağır silahlar vermir, həm də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını ora köçürür: “O, daxili istifadə üçün ikinci ordu yaratmağa çalışır ki, bu da onu qorumalıdı. Yanılır. Bu ordu Putinə də hücum edəcək. Çünki Rusiya güclü çarı sevir, onlar II Nikolayı yox, məhz güclü I Aleksandrı sevir. Priqojinin uğursuz üsyanından sonra Putin sübut etdi ki, o çar deyil, zarafatcıldır və qərar qəbul etməyi bacarmayan qorxaqdır. Rusiya artıq onu sevmir. Bitdi, Putin artıq müqəddəs deyil. Rusiya inqilaba hamilədir. Rusiyada 1991-ci ildə baş verənlər təkrarlanacaq və Sovet İttifaqının dağılmasının ikinci mərhələsi tamamlanacaq. Bundan sonra öz aralarında mübarizə aparan kiçik passionar qruplar meydana gələcək. Onlar keçid hökuməti qurmaq imkanı əldə edəcəklər. Rusiya müharibədən sonra yox olmayacaq, ancaq müəyyən xammala, resurslara, pula malik olan, lakin qlobal siyasətə təsiri olmayan ölkə olacaq”.

Rusiyada yeni üsyanlar olacaq, sübutlar var - Yusov

Ukrayna kəşfiyyatında “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojindən sonra Rusiyada yeni üsyanların hazırlandığına dair sübutlar var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin spikeri Andrey Yusov deyib. “Bəli, məlumatlar var. Bəs niyə bu məlumatları indi paylaşmayacağıq? Çünki biz başa düşürük ki, FSB də daxil olmaqla, bizi izləyirlər. Onlar bunu qeyd etməkdən məmnundurlar. Gəlin, onların işini asanlaşdırmayaq”, - Yusov bildirib.

İsmayıllıda təbiətə kənardan baxmaq da pulladır - Su anbarını "biznesə" çevirən kimlərdir?

"Dəyərli izləyicilər, İyul ayının 20 -də  İsmayıllı rayonunda yerləşən Aşıqbayramlı su anbarında sadəcə gölə baxdığımız üçün bizdən 10 manat pul aldılar. Sadəcə gölə baxdığımız üçün..." Bunu Sozcu.az saytının təsisçisi Elşən Əlisoy özünün Feysbuk səhifəsində yazıb.  "Dostlarımla birgə  İsmayıllı rayonunda idik. Yol gələrkən Qaraməryəm qəsəbəsinin yaxınlığında olan Aşıqbayramlı gölünün ( su anbarı) yanından keçməli olduq. Gölün kənarında çoxlu insanlar var idi. Biz də düşüb gölün kənarında dayanıb gölə baxmaq, biraz nəfəs almaq istədik. Bu zaman gölün qapısının ağzında dayanan cavan bir oğlan bizə yaxınlaşaraq gölə yaxından baxmaq üçün girişin 2 manat olduğunu bildirdi. Biz buna etiraz etdik və bildirdik ki, biz sadəcə 5 dəqiqə dayanıb nəfəsimizi alıb gedəcəyik və su anbarının ətrafını zəbt edən adamların hansısa xidmətindən istifadə etmək fikrimiz yoxdur. Bu zaman söhbətə bir başqa adam da müdaxilə edərək bizimlə gobud danışmağa başladı.  Mən qapının ağzında pul yığan həmin  adamlardan çek tələb etdim. Onlar kiminləsə telefonla danışdıqdan sonra,  hardansa bir terminal gətirdilər. Mən ödənişi kartla edəcəyimi bildirdikdə , mədəniyyətsiz şəkildə bizə kartla ödənişin mümkün olmadığını bildirdilər.  Yanımızda olan qonaqlarımızdan biri dava-dalaş olmasın deyə "pul yığan adama" 10 manat pul verdi.  Mən həmin 10 manatın çekini tələb etdikdə, bizə bir çek verdilər. Bizə verilən çekdə ödədiyimiz 10 manat pulu nəyə görə ödədiyimizlə bağlı heçbir məlumat yoxdur.  Bundan əlavə, bizdən öncə su anbarının kənarında 50 dən çox adamın olmasına baxmayaraq, bizə verilən çekin üzərində gün ərzində vurulan cəmi  8 - ci çek olduğu qeyd edilmişdir.  Dəyərli dostlar, söhbət tək 10 manatdan getmir. Biz Vətənimizin dağlarına, çaylarına, bulaqlarına, göllərinə sadəcə baxdığımız üçün nəyə görə kiməsə pul ödəməliyik? Bu hansı qanuna uyğundur?   Gostərmədikləri heçbir xidmətə görə işbazların pul alması hansı qanunda göstərilib?  YouTube kanalında Aşıqbayramlı su anbarının dövlət hesabına təbir olunması haqqında süjetə baxdım. Dövlətin büdcəsi hesabına ərsəyə gələn bir yerdə hansısa bir işbazın pul yığması hansı qanunla nizamlanıb?   Nə edək, aldığımız nəfəsə görə də kiməsə pul ödəyək?  Ümid edirəm ki, bununla bağlı bir ölçü götürüləcək". P.S.  Aşagıda təqdim etdiyimiz videodanda görünür ki, adı çəkilən su anbarı dövlətin qoruma altında olan obyektlərindən biridir və anbarın yenidən təmir olunmasında da,  hansısa bir iş adamının maddi vəsaitindən yox, dövlətin büdcəsindən ayrıan vəsaitdən istifadə edilib.  Demək olar ki, hər gün yüzlərlə insanın ətrafında gəzdiyi su anbarında heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. 

Uzunoba gölündə batan uşağı xilas edən polis həyatını itirib - FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib. Bu barədə Sozcu.az-a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Krım körpüsü vurulmalıdır - Zelenski

Krım körpüsünü zərərsizləşdirmək lazımdır, işğalçılar buradan müharibə üçün istifadə edirlər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Zelenski qeyd edib.

Azərbaycanla müharibə riski yüksəkdir - Paşinyan

Sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər Azərbaycanla yeni müharibə ehtimalı yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.