İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində səssiz etiraz aksiyası keçirilib.
Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəalları Kampaniyası məlumat yayıb.
Məlumata görə, cümə namazından sonra sünni bəluclar məhərrəm ayında şiələrə hörmət əlaməti olaraq şüarlar səsləndirmədən səssiz yürüş ediblər.
Aksiya baş tutan vaxt Zahidan şəhərinin əksər bölgələrində internet kəsilib, mobil telefon operatorlarında problemlər yaranıb.
Qeyd edək ki, bu, bəlucların Tehrana hökumətinə qarşı hər həftə keçirdikləri 42-ci etiraz aksiyasıdır.