Kasetli sursatların döyüş meydanında təsiri kütləvi istifadəsi başlayandan sonra hiss ediləcək.
Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Pavel Narojni deyib.
“Kasetli sursatlar yüksək partlayıcı sursatlardan fərqlidir. Bu səbəbdən yalnız kütləvi şəkildə istifadə edilməyə başlayanda təsiri hiss olunacaq”, - ekspert bildirib.
Narojni cəbhədə vəziyyətin genişmiqyaslı dəyişməsi üçün hansı silahlardan istifadə edilməli məsələsinə də toxunub:
“Bahalı texnikanı və düşmənin arxa xətlərini məhv etmək üçün xüsusilə F-16 qırıcılarından əlavə, bizə çoxlu sayda uzaqmənzilli dəqiq silahlar lazımdır. Çünki ön planda şərti olaraq nisbətən ucuz avadanlıq dayanır. Daha müasir hava hücumundan müdafiə sistemi, elektron müharibədə isə uzaq məsafədən atəş açmaq lazımdır”.