Bu Afrika(!) ölkəsi Putinin həbsinə dair orderi icra etməyə hazır olduğunu bəyan etdi...

Cənubi Afrika hökuməti Rusiya prezidenti Vladimir Putinin “nə vaxtsa Cənubi Afrika Respublikası ərazisinə ayaq basacağı təqdirdə” onun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderini icra etməyə hazır olduğunu bildirib.

Sozcu.az xəbər verir ki, bu haqda yerli “News24” qəzeti yazıb.

Məlumata görə, Cənubi Afrikanın Ədliyyə Nazirliyi Putinin hipotetik həbsi və onun BCM ilə əlaqəli strukturlara verilməsi ilə bağlı yarana biləcək bütün hüquqi xərcləri ödəməyə hazır olduğunu bəyan edib.

Cənubi Afrikanın əsas müxalifət partiyası olan Demokratik Alyans “Twitter”də bildirib ki, hökumət rəsmi olaraq Putinin həbsinə razılıq verərək partiyanın tələblərini yerinə yetirib. Bundan əvvəl partiya fəalları məhkəməyə müraciət edərək, respublika hökumətinin BCM-nin orderini yerinə yetirmək öhdəliyini öz üzərinə götürməsi tələbi ilə müraciət etmişdilər.

2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatası Putin və Lvova-Belova barəsində “Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən insanların qanunsuz deportasiyası [nəticəsində] ukraynalı uşaqlara dəymiş ziyan” iddiası ilə bağlı həbs qərarı çıxarıb. Kreml bildirib ki, BCM-nin yurisdiksiyası 2016-cı ildən Roma Statutunun iştirakçısı olmayan Rusiyaya şamil edilmir.

Share on Facebook