"Müharibənin təkcə bir cinayəti Rusiya təcavüzü haqqında hər şeyi deyir. Vəhşilər yaşamağa imkan verən nə varsa hamısını məhv edir..."
"Belarus ərazisindən raket buraxılışı bu ölkəni mühadibəyə cəlb etmək üçün imitasiya ola bilərdi..."
Rusiyanın terrorçu qoşunları Xarkov vilayətində qanköçürmə mərkəzinə aviasiya bombası atıb. Zərbə nəticəsində həlak olan və yaralananlar var.
Sozcu.az xəbər verir ki, bu barədə "unian.net" nəşri məlumat yayıb.
Ukrayna prezidenti Vladimir Zelenski bununla əlaqədar olaraq bunları bəyan edib:
"Müharibənin təkcə bir cinayəti Rusiya təcavüzü haqqında hər şeyi deyir. Vəhşilər yaşamağa imkan verən nə varsa, hamısını məhv edir. Terrorçular üzərində qələbə həyatın dəyərini bilən hər kəsin şərəf məsələsidir", - Zelenski vurğulayıb.
Bütövlükdə, ukraynalı hərbçilərin məlumatlarına görə, Ukraynanın, demək olar ki, regionlarının yarısı təcavüzkarın atəşləri altındadır. Bu zaman raketlərin hərəkət istiqaməti dəyişə bilər, əhalidən sığınacaqlarda qalmaq xahiş edilir.
Rusiyanın Ukraynaya avqustun 5-də raket hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri raketlərin Belarus ərazisindən buraxılması barədə məlumat verib.
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi hesab edir ki, Rusiya ölkəni müharibəyə cəlb etmək üçün bu raket buraxılışlarını imitasiya edə bilərdi. Bu barədə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bəyan edib.
"Belarus ərazisindən buraxılan raketlərə gəlincə, bu, elektron buraxılışı və ya buraxılış imitasiyası olub, çünki bu ölkənin ərazisində ölkəni Ukraynaya qarşı müharibəyə cəlb etmək məqsədilə müxtəlif təxribatlar üçün Rusiyanın qoşunları, qüvvə və vəsaitləri yerləşdirilib", - o, bəyan edib.
Yusov əlavə edib ki, fiziki olaraq raket buraxılışı olmaya da bilərdi. Lakin "hər şey elə quraşdırılıb ki, sanki raketlər Belarus ərazisindən buraxılıb". O, vurğulayıb ki, bu məlumat hazırda öyrənilir.
Rusiyanın Ukraynaya zərbələri
Rusiyalı qəsbkarlar hər gün Xarkov vilayətinin ərazisini atəşlərə məruz qoyur. O cümlədən son sutka ərzində vilayətin Boqoduxov, Xarkov, Çuquyev, İzyum və Kupyansk yaşayış məntəqələri atəş altına düşüb. Yaşayış evləri, təsərrüfat tikililəri zədələnib, yanğınlar baş verib.
Bundan başqa, avqustun 5-də axşam Rusiya Ukraynaya "Kalibr" və "Kinjal" raketləri buraxıb. Zaporojye, Xmelnitsk və Jitomir vilayətlərində partlayışlar baş verib.
Sonradan bəlli olub ki, rusiyalıların hədəflərindən biri Zaporojyedəki "Motor Siç" zavodu olub. Orada yanğın baş verib.