Tiflisin bütün rayonlarında keçirilən parlament seçkilərində hakim Gürcü arzusu – Demokratik Gürcüstan Partiyası uduzub.
Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Dairəsindən məlumat verilib.
Məlumata görə, Tiflisdə səslərin 100 faiz sayılmasından sonra hakim partiya burada 50 faizdən də az səs toplayıb.
Gürcü Arzusu Partiyası Vake, Saburtalo, Qldani, Samqori, İsani, Mtaçminda, Krtsanisi, Çuqureti, Nadzaladzevi və Didube rayonlarında ümumilikdə 45.54, müxalifət partiyaları isə 45.8 faiz səs toplayıb.