Rusiyanın itkiləri 690 minə yaxınlaşır

Ukrayna müharibənin 977-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 689 040 hərbçi, 9 113 ədəd tank, 18 355 ədəd zirehli döyüş maşını, 19 792 ədəd artilleriya sistemi, 1 240 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 560 ədəd avtomobil texnikası, 17 849 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 542 xüsusi avadanlıq itirib.

Share on Facebook