Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində Yevlax rayon sakini, 34 yaşlı Qabil Famil oğlu Əkbərlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Hadisə zamanı beton parcaları əks hərəkətin təşkil olunduğu yola tökülüb.
Hadisə zamanı əks itiqamətdə hərəkət edən Ucar rayon sakini, 48 yaşlı Alim Hüseynalı oğlu Şüküralıyevin idarə etdiyi "Lada" markalı minik avtomobili həmin beton parçalarına çırpılıb.
Nəticədə "Mercedes"də olan 3 nəfər -Yevlax rayon sakinləri, sürücü; Qabil Əkbərli, sərnişinləri; 44 yaşlı Bəhmənli Amirə Vidadi qızı və 67 yaşlı Alxanova Gülsüm İbrahim qızı, "Lada" markalı avtomobildə olan 4 nəfər - sürücü; 48 yaşlı Alim Şüküralıyev, sərnişinləri; sürücünün qardaşı 51 yaşlı Asif Hüseynalı oğlu Şüküralıyev, 41 yaşlı Həsrət Nüsrət oğlu Mehdiyev və 44 yaşlı Emil Rəhim oğlu Qasımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.