Müsavat rəhbərliyi Gürcüstanda seçkiləri müşahidə edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Razim Əmiraslanlı Gürcüstanda səfərdədirlər.

Bu haqda Arif Hacılı özünün feysbuk səhifəsində paylaşım edib.

“İsa bəy, Gülağa bəy və Razim bəylə birlikdə beynəlxalq qurumların dəvəti ilə beynəlxalq müşahidəçi kimi burada, Tbilisidəyik.

Bu gün Tbilisi, Rustavi şəhərlərində, Marneuli rayonu ərazisində bir çox seçki məntəqələrində olduq.

Yeni texnolgiyaların tədbiq edildiyi seçki prosesini izlədik.

Siyasi qüvvələr arasında çox ciddi rəqabət şəraitində keçən parlament seçkiləri tezliklə başa şatacaq.

Ümid edirik ki, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə edəcək və Gürcüstanın gələcək inkişafında mühüm rol oynayacaq” – deyə, Arif Hacılı qeyd edib.

Share on Facebook