Antiterror əməliyyastından sonra Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək Qarabağ ərazindən köçən ermənilərin Laçın yolunda yaratdığı tıxaca baxanda adamın gözü qaralır. Tam dolu minik, yük avtomobilləri aramla Azərbaycanın dövlət sərhədinin çıxışına doğru irəliləyir. Kameralar baş verənləri çəkir, göstərir.
Qarabağda yaşayan və ora ərazilərimizə sonradan köçürülən erməniləri çoxumuz ilk dəfə görürük, əksəriyyəti yoxsul, səfalət çində olan insanlardır. Onların qorxaq, miskin və rəzil simalarının arxasında gizlədə bilmədikləri, güclə seziləcək bir nifrət də var, onu hiss etməmək mümkün deyil...
Bu aralar Həkəri nəzarət buraxılış məntəqəsində xidmət aparan Azərbaycan sərhədçilərinin işi çox ağırdır. Minlərlə adamın qeydiyyatını aprmaq, yola salmaq fasiləszi iş rejimi tələb edir.
Azərbaycanlı jurnalistlər də tarixin bu qiymətli dövrünü zənginləşdirmək üçün Laçın yolundadırlar, fürsətdən istifadə edib köç edən ermənilərə mikrofon uzadırlar. Hamısı “ağıllanıb”, Azərbaycan xalqını tərfiləyirlər, keçmiş günləri yada salırlar, hətta aralarında düşdükləri duruma görə özlərini söyənlər də tapılır...
İlk baxışdan hər şey sadə və məntiqlidir, qeyri-adi durum yoxdur. Onların tərifləri, duaları adamda ikrahdan başqa heç bir hiss yaratmır. Məlumdur ki, qeyri-səmimidirlər. Zəif olanda məzlum, yaltaq, güclü olanda qəddar, amansız, qaniçən olurlar.
Meşəli qətlimanını törədənlərdən biri, indi Bakıda istintaq təcridxanasında məhkəməsini gözləyən Vaqif Xaçatryan azərbaycanlı həmkəndlilərini öldürməmişdimi?! O, indi saxlanılma şəraitdən razılıq edir, Azərbaycan Prezidentinə minnətdar olduğunu deyir...
Vaqif ermənilərin ümumiləşmiş obrazıdır, necə ki, onlardan biri azərbaycanlı jurnalistlərə bəh-bəhlə müsahibə verən Osipyan Slava (Vyaçeslav) Sərkisoviç Xankəndidə “artsax”ın möhtəşəm mübarizəsindən dəm vurur, Laçın yolunda isə Azərbaycana yaltaqlanır.
Sərkisoviç sentyabrın 7-də “Hayk media”ya deyir: “Biz artsaxlılar dözümlüyük və cəsarətliyik. Biz dözməliyik, hər şeyə müqavimət göstərmək lazımdır. Qəhrəman artsaxlılar, xatırlayın ki, bizim babalarımız necə yaşayıb. Onlar da bizim kimi olublar, onların da həyatı bizim həyatımıza bənzəyir, lakin onlar qalib gəldilər, biz də qalib gələcəyik”.
Sentyabrın 25-də Qarabağdan qaçan həmin Sərkisoviç Azərbaycanın internet kanalına isə başqa şey deyir: “Qorbaçovun beli qırılsın, bütün bunları o edib ki, iki xalq belə olub. Mən Xankəndidə, Bakıda yaşamışam, İrəvanda da olmuşam.
-Azərbaycanlılar haqda nə deyə bilərsiniz?
-Nə deyə bilərəm ki? Təqsirkar bizik, Allah eləsin müharibə olmasın, hər şey yaxşı olsun. Bakıda oxumuşam, qalmışam, Bakıda çoxlu dostlarım var, onları bu gün də xatırlayıram...”(azpolitika)
Ətraflı videoda: