Ukrayna ordusu raket zərbəsilə Rusiyanın Xerson yaxınlığındakı hərbi qərargahını məhv edib

"Müşavirə vaxtından əvvəl başa çatıb, 8 zabit "200", 7 zabit "300" statusuna "layiq görülüb"..."

"HIMARS raketi qərargah zabitlərinin gündəlik müşavirəsinin "iştirakçısı" olub..."

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Ukrayna Müdafiə Qüvvələrinə ötürülən məlumata görə, Ukrayna artilleriyaçılarının dəqiq raket zərbəsilə Rusiyanın Xerson yaxınlığındakı hərbi qərargahı məhv edilib.

Sozcu.az xəbər verir ki, bu barədə "news.liga.net" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, zərbə nəticəsində səkkiz rusiyalı zabit həlak olub, daha yeddi nəfəri yaralanıb. Zərbə HIMARS yaylım atəşli reaktiv sisteminin raketi ilə endirilib.

"Ukrayna Təhlükəsizlik Xidmətinin yönləndirilməsi sayəsində HIMARS raketi Rusiyanın 70-ci motoatıcı diviziyasınım 24-cü motoatıcı alayı zabitlərinin gündəlik müşavirəsinin "iştirakçısı" olub", - Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib.

"Müşavirə vaxtından əvvəl başa çatıb: səkkiz zabit "200", yeddi zabit "300" statusuna "layiq görülüb", - məlumatda deyilir.

Mənbələr həmçinin bu yaxınlarda Xerson yaxınlığındakı müvəqqəti idarəetmə məntəqəsində baş vermiş partlayışın videosunu yayıb.

Bundan öncə məlumat verilib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin dəyərləndirməsinə görə, son bir neçə itkilərdən sonra Rusiyanın Qara dəniz donanması Ukraynanın dəniz blokadasının effektiv şəkildə həyata keçirmək imkanını itirib, lakin hələ də dəniz mənzilli raketlərlə atəşlər həyata keçirə bilər.

O cümlədən Britaniya kəşfiyyatı qeyd edib ki, Rusiya donanmasına sentyabrın 20-si və 22-də qərargahlarının məhv edilməsinin kulminasiyası olan ciddi zərbələri bu müharibədə daha dağıdıcı və koordinasiyalı olub.

Share on Facebook