“Ruben Vardanyan başına gələn və yaşayacağı hər şeyə layiqdir”.
Sozcu.az xəbər verir ki, bu sözləri erməni politoloq Ayk Martirosyan deyib.
“Bu gün Ruben bütün erməni satqınlarına dərs olur. Antiermənilər Rusiyaya xidmət etməklə hər şeyə nail olurlar, amma sonra yararsız vəziyyətdə zibilliyə atılırlar, hər şeylərini itirirlər.
Ruben birinci olsa da, sonuncu deyil! Qoy Qarabağın keçmiş “liderlərinin”, din xadimlərinin və Ermənistanı məhvə sürükləyən hər kəsin başına eynisi, hətta daha artığı gəlsin”, – erməni politoloq deyib.