Ermənistan ordusuna təlim keçmək... - AB

AB İrəvanla hərbi təlimlər keçirmək, erməni hərbçilərə isə təlim keçmək niyyətində deyil. Sozcu.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib. “AB Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. AB hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”, - o bildirib. Stano qeyd edib ki, AB Ermənistan ordusunun hərbi personalına AB-yə üzv dövlətlərin ərazisində də təlim keçməyi planlaşdırmır: “Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını öyrənirik, lakin hələlik konkret qərarlar yoxdur”.

656-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 656-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 339 850 hərbçi, 5 655 ədəd tank, 10 560 ədəd zirehli döyüş maşını, 8070 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 636 ədəd avtomobil texnikası, 6154 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 168 xüsusi avadanlıq itirib.

Netanyahu HƏMAS-ın “sonunun başlanğıcı”nı elan edib

İsrailin Baş naziri Binyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatı üçün “sonun başlanğıcı” olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, onun sözləri İsrail hökuməti başçısının rəsmi teleqram kanallarından birində sitat gətirilib. Baş nazirin sözlərinə görə, son günlər HƏMAS-ın onlarla döyüşçüsü İsrail ordusuna təslim olub. O, HƏMAS yaraqlılarının silahlarını yerə qoyduğunu və İsrail hərbçilərinə təslim olduğunu bildirib. Netanyahu bildirib ki, bu proses bir qədər vaxt aparacaq, müharibə tam sürətlə davam edir, lakin bu, HƏMAS üçün sonun başlanğıcıdır. O, həmçinin hərəkatın döyüşçülərini təslim olmağa çağırıb.

Rusiyada yumurta qıtlığı: uzun növbələr yarandı

Rusiyada yumurta qıtlığı yaşanmaqdadır. Artıq bir çox yerlərdə yumurta almaq üçün uzun növbələr yaranır. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, noyabr ayında Rusiyada yumurtanın qiyməti 17 faiz bahalaşıb. Bahalaşma və yumurta qıtlığı yay aylarından başlanıb. İlki mərhələdə Rusiya Kənd Təsərrüfatı Nazirliyi bahalaşmanın quşçuluq şirkətlərinin özfəaliyyəti olduğunu elan etsə də, araşdırmalardan sonra istehsalın kəskin azaldığı məlum oldu. Eyni proses toyuq əti ilə bağlı da gedir. Noyabr ayında Rusiya hökuməti toyuq əti və yumrtanın idxalını gömrük rüsumundan tam azad edib.

Zelenski sabah ABŞ-a gedir: Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ-a səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar lideri Co Bayden həmkarını Ağ Evdə qəbul edəcək. Qeyd edək ki, V.Zelenski hazırda Argentinada səfərdədir.

Ceyhun Bayramov Brüsselə yola düşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

"KamAZ" 74 yaşlı velisopedçini vuraraq öldürdü

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib. Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb. Hadisə ilə bağlı araşdırma aparılır.

27 yaşlı gənc özünü GÜLLƏLƏDİ

Şəkidə intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Çeşməli kəndində, meşəlik ərazidə qeydə alınıb. Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib. Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji problemləri olub. Faktla bağlı araşdırma aparılır. (Report)

Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Sozcu.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib. Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir. Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib.

Qəzza zolağında döyüşlər daha iki ay DAVAM EDƏCƏK

Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək. Sozcu.az İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Qəzzanın daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. “Kan”ın məlumatına görə, İsrail oktyabrın 7-də radikallar tərəfindən oğurlanmış və sektorda saxlanılan girovların azad edilməsi üçün bu iki ay ərzində əlavə danışıqlar aparmağa çalışmağa davam edəcək. Radiostansiya diqqətə çatdırıb ki, qarşıdakı iki ay ərzində İsrail bəzi Qəzza sakinlərinə evlərinə qayıtmağa icazə verəcək, çünki “bu, ABŞ-nin tələbidir” və eyni zamanda “əməliyyat zərurətinə” uyğun gəlir.

Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Türk ordusundan irimiqyaslı əməliyyat – Hədəflər vuruldu

Türkiyədə terror təşkilatının qış üçün yenidən qurulması ilə bağlı 12 vilayətdə silahlı qüvvələr “Kahramanlar-33” əməliyyatı həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya danışıb. Məlumata görə, əməliyyatda 78 sığınacaq sahəsi məhv edilib.

ABŞ F-16-nı 5-ci nəsil qırıcısı etdi

ABŞ-ın Blok 70\72 F-16 dördüncü nəsil qırıcısı yeni radar sayəsində 5-ci nəsil qırıcının xüsusiyyətlərini əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Neşnl İnterest” nəşri məlumat yayıb. “Təkmilləşdirilmiş F-16 Blok 70 və Blok 72 eyni avadanlıq dəstini alıb və yalnız mühərrikdə fərqlənirlər. Birinci versiya “General Electric F110” enerji bloku, Blok 72 isə “Pratt & Vhitney F100” mühərrikləri ilə təchiz edilib. Blok 70\72 təyyarələri F-16-nın əvvəlki versiyalarından yüksək ayırdetmə qabiliyyətinə malik əsas displeyə malik modernləşdirilmiş kokpit, genişləndirilmiş silah dəsti və uyğun yanacaq çənlərinin olması ilə fərqlənir. Bundan əlavə, təyyarədə aktiv fazalı “AN/APG-83 Scalable Agile Beam Radar” antenası var”, - nəşr bildirib.

Rusiyanın itkiləri 339 mnə yaxınlaşır

Ukrayna müharibənin 655-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 338 820 hərbçi, 5 636 ədəd tank, 10 529 ədəd zirehli döyüş maşını, 8064 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 623 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 162 xüsusi avadanlıq itirib.

Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta...

Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta başqa məsələlər də var. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Nəhayət razılaşdırılmamış başqa məqamlar da var və düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq. Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır. Son versiya budur ki, Ermənistan təkliflərə cavab verib və hesab edirəm ki, o, bəzi məsələləri həll edir”, - o bildirib. Qriqoryan “Ermənistan” fraksiyasından olan deputat Geqam Manukyanın təkliflərin Ermənistan üçün çox pis nəticələr verəcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, o, pis nəticələr verəcəyini düşünmür və ümumilikdə sülh müqaviləsi Ermənistanın maraqlarını əks etdirir. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər.

Toyda dava düşüb, bıçaqlananlar var - YENİLƏNDİ

Gəncədə toyda bıçaqlan şəxslərin sayı üçə çatıb. Bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. APA *** 12-09/22:41 Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyərlərinin kafi oldu bildirilir. Məlumata görə hər iki şəxs toyda dava zamanı bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. APA

Şok mesaj: -380 dərəcə şaxta xəbərdarlığı edildi

Qazaxıstanın şimal vilayətlərinin sakinlərinə bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən xəbərdarlıq SMS-i gəlib. Sozcu.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Belə ki, SMS-də -38 dərəcə əvəzinə -380 °C şaxta olduğu qeyd edilib: “Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”.

Bakıda azyaşlı qız dəm qazından boğularaq ölüb

Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb. Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb. Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Ölümün dəqiq hansı şəraitdə baş verdiyi araşdırılır.

Valeybolçular prezidentə videomüraciət etdilər

“Xarı Bülbül ŞuŞa” və “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli voleybolçuları prezident İlham Əliyevə videomüraciət ediblər. Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı Avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül Şuşa” və Azərbaycan milli komandası üçün ehtiyyat qüvvə yetişdirmək məqsədi ilə qurulan “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli oyunçuları, texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan qurtulmaq üçün ölkə başçısı, Ali Baş Komandan, cənab İlham Əliyevə videomüraciət ünvanlamışdır. Azərbaycanı, Bakını, buranın mədəniyyətini, tarixini, insanlarını və onlara olan münasibəti çox sevdiklərini söyləyən heyət üzvləri bizim üçün dəyərli olan simvolların adını daşıyan bu möhtəşəm layihənin daha da yüksəklərə ucalması üçün ölkə rəhbərliyinin dəstəyinə ehtiyacı olduğunu bildirmiş və gələcəklərini Azərbaycanla bağlamaqdan qürur duyduqlarını söyləmişdir. Sozcu.az sözügedən videomüraciəti sizlərə təqdim edir:

Müsavat Partiyası seçki müzakirələrinə başladı

Bu gün Müsavat Partiyasının rayon təşkilatı sədrləri və bir qrup fəalının partiya başqanı Arif Hacılı ilə görüşü keçirilib. Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Partiya strukturlarına bu müzakirələrin davam etdirilməsi tapşırılıb. Qeyd edək ki, bir gün əvvəl Müsavatın Divanı növbədənkənar seçki ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən siyasi məhbusların dərhal azad olunması və ölkədə demokratik seçki mühitinin yaradılması tələb edilir.

Bank kartlarından oğurluq edənlər tutuldu

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Qeyd edilib ki, onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Rusiya sərhədləri yaxınlığında yeni nüvə dövləti - ŞOK TƏKLİF

Yaponiya qonşu ölkələri çəkindirmək üçün öz nüvə silahını inkişaf etdirməlidir. Sozcu.az xəbər verir ki, bu barədə “The New York Times”ın keçmiş redaktoru Barri Geven “The National Interest” jurnalında dərc olunan məqaləsində bildirib. "Yaponiyanın qlobal sülh hərəkatında lider kimi mövqeyi əlçatmazdır. Yaponiya nüvə silahı hazırlamalıdır", - deyə jurnalist bildirib. Onun sözlərinə görə, ABŞ-ın təcridçilik ənənələrinə qayıtması səbəbindən Tokio Amerikanın “nüvə çətirini” dəyişdirmək barədə düşünməlidir. Jurnalist qeyd edib ki, Vaşinqton müttəfiqlərini qorumaq üçün şəhərlərini təhlükəyə atmağa razı olmayacaq. Köşə yazarı əlavə edib ki, Yaponiya öz nüvə imkanlarından Rusiya, Şimali Koreya və Çini çəkindirmək üçün istifadə edə bilər.

10-cu sinif şagirdi bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. Sozcu.az xəbər verir ki, APA-nın məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb. Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

Ağ evdən Putinin namizədliyinə ironiya: şiddətli kampaniya olacaq

Amerika rəsmiləri 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyinin irəli sürülməsi xəbərinə ironik reaksiya verib və gözlənilən nəticənin artıq bəlli olduğunu qeyd edib. Sozcu.az xəbər verir ki, Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi istehza ilə deyib: “Putinin namizədliyi irəli sürülübsə, bu, çox güman ki, şiddətli seçki kampaniyası olacaq, elə deyilmi?”. Con Kirbi ABŞ Prezidentinin xidməti təyyarəsində jurnalistlərlə söhbət zamanı daha ətraflı şərh verməkdən imtina edib və bildirib ki, hazırda deyəcək başqa heç nə yoxdur. Xarici mətbuat yazır ki, Putinin 2024-cü il prezident seçkilərində qələbəsi demək olar ki, təmin olunub, çünki onun ciddi rəqibi olmayacaq.