Azərbaycan XİN: “Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə davam edir”

Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir. “Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir”, - paylaşımda qeyd olunub.

Xaçmazda dava düşüb, güllələnən və bıçaqlananlar var

Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var. Rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Rüstəmov Ramik Ramiz oğlu Nabran kəndi ərazisində Zalov Cami Nizam oğlu ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb. Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şıxmətov Şöhrət Gülmət oğlu isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək...” - Rusiya dövlət xadimi

“Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək...” Rusiyanın dövlət və siyasət xadimi, baş nazirin keşmiş müavini, iqtisadçı və yazıçı Alfred Kox İsrailin “9-cu kanal” nəşrində  gündəmlə bağlı növbəti maraqlı köşə ilə çıxış edib. Aktuallığını nəzərə alaraq həmin materialın tərcüməsini dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq: “Rusiyanın hərbi potensialı onun hərbi sənaye kompleksinin imkanları ilə məhdudlaşır. Şimali Koreya və İran istəsələr də, ona az şey əlavə edə bilərlər, Rusiyanın  başqa müttəfiqi isə yoxdur. Ukraynaya gəlincə, ona kömək edən ölkələrin potensialı qalib gəlmək üçün kifayət qədərdir. Əsas fərq budur: Rusiya istəsə belə, qalib gələ bilməyəcək, çünki onun belə bir imkanı yoxdur. Amma bax, Ukrayna yaxşıca üstünlük əldə edə bilər, sadəcə  bunu ABŞ və Avropanın istəməsi lazımdır. . Zelenski öz istəklərinin əksinə olaraq ordusunun irəliləməsini tələb etməyi dayandırmalıdır. Qoy, ordu müdafiədə oturaraq Putinin hərbi potensialını məhv etsin. Hələlik isə Qərb müttəfiqlərinizlə razı salmağa çalışmaqla məşğul olmaqdan ibarət bu mövqe suqsvanqı (şahmatda istənilən gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe-S.L.) davam edir,. Qoy Zelenski qələbəyə olan bütün inamını heç bir anlayışı olmadığı hərbi əməliyyatlara rəhbərlik etməyə yox, natiqliyə sərf etsin. Bu vəziyyətdə uğur şansı daha yüksək olacaq. Obyektiv olaraq Amerika gec-tez başa düşməlidir ki, müharibə bütün dünyaya yayılır, lakin onun mənbəyi heç bir halda "Həmas" və ya "Hizbullah" deyil. Hətta İran da yox. Bütün problemlərin kökü Moskvadadır. İsrailin Qəzzada qalib gəlməsi üçün isə Ukraynaya kifayət qədər silah verilməlidir. Əks halda,  indi Yaxın Şərqdə olduğu kimi, bu cür münaqişələrin sonu həmişə səbəblərlə deyil, nəticələrlə mübarizə olacaq. Və əgər Ağ Evdəki indiki administrasiya bunu başa düşmürsə, növbətisi başa düşəcək. Bir daha: Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək. Bunu Zelenski Qərbə izah etməlidir. Hər halda, bunu etmək kifayət qədər az silahı qalacaq (bu gün Zelenski bunu etməyə çalışır) Putini məğlub etməkdən daha asandır. Həm də bunu etmək daha asandır, çünki bu, həqiqətdir. Zelenksinin hələ də Qərbi buna inandıra bilməməsi o demək deyil ki, bu cəhddən əl çəkməlidir. Hər halda, başqa variant yoxdur. Buna görə də, anlaşılmazlıq divarı çökənə qədər bu nöqtəyə davamlı çəkic zərbələri enditməliyik. Və o divar gec-tez dağılacaq. Çünki bizim mübarizəmiz ədalətlidir. Düşmən məğlub olacaq və Qələbə bizim olacaq...” Tərcümə və təqdim etdi: Sultan Laçın

Tarixçiliyin sağalmayan dərdi...

Deməli görkəmli tarixçimiz Nailə Vəlixanlının 1974-cü ildə nəşr olunan "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" əsərinin 48-ci səhifəsində macarların Azərbaycana gəldiyi və Tovuz ərazisində yerləşdikləri qeyd edilir. Güya bu macarlara erməni dilində "sevordik" (qara oğullar) deyildiyi və ərəb mənbələrində "siyavurdiya" adlı xalqla eyni olub, sonradan xristianlaşaraq erməniləşdikləri ərz edilr.  Müəllif bu məlumatı K. Baqrayanarodnı, Məsudi, Marqvard və V. Minorskidən əldə etdiyini qeyd edir. Məlumat məndə şübhə yaratdığından əvvəlcə Minorskinin qeyd edilən kitabına baxdım. Məlum oldu ki, Nailə xanım Minorskinin verdiyi məlumatı olduğu kimi almış, digər mənbələri də elə Minorskinin qeyd etdiyi şəkildə öz kitabına daxil etmişdir. Tənbəllik etməyib Minorskinin istifadə etdiyi mənbələrə baxdım və şübhəmdə haqlı olduğum ortaya çıxdı. Deməli məlumatın əsas qaynağı Bizans imperatoru da olan Konistantin Porfirogennetosun (ruslar Baqrayanarodnı yazır ki, Nailə xanım da belə yazıb) kitabıdır. Bu kitabda hadisə peçeneqlər tərəfindən yurdlarından qovulub Azərbaycana köç edən sabir türklərindən bəhs edilir. Nə macardan, nə də xristianlaşıb erməniləşən siyavurdilərdən danışılır. Minorski türk və sabir adını çıxardıb özündən macar adını daxili etmiş və bu məlumatı da aparıb Məsudinin siyavurdilər haqqında məlumatına bağlamışdır. Nailə xanım da həmin mənbələri görmədən görmüş kimi davranıb Minorskinin səhv məlumatını olduğu kimi təkrarlamışdır. Nəticədə də ermənilər üçün əsaslı məlumat ortaya çıxıb. Nə deyək, olan şeydir. Onsuz da tariximiz belə görünməyən ancaq görmüş kimi yazılan məlumatlarla doludur. Yaxşı bəs həqiqi mənbələr nə deyir? Birincisi, Azərbaycana gələnlər macar deyil, özlərinə türk deyən və xəzərlərin müttəfiqi olan sabilər olub. Üstəlik onlar xristian deyil Tarım bölgəsinə yerləşdikdən sonra (indiki Qəzvinin şimalında) müsəlmanlığı qəbul ediblər. Və bu sabirlər də Salarilər dövlətini yaradıblar. Bizanslı müəllif bunu olduqca aydın şəkildə əsərində şərh edib. İkincisi, ərəb müəlliflərinin bəhs etdikləri siyavurdiyə isə indiki Şəmkir bölgəsində məskunlaşıblar və Sabir xaqanlığının (500-568) davamçıları olublar. Xristianlığı qəbul etsələr də erməniləşməyiblər. Üçüncüsü ermənilərin sevordik dedikləri elə sabirlərdir və sabir adının ermənicə "qara oğulları" ilə əlaqəsi yoxdur. Nəticəyi kəlam, mənbəni görmədən, başqa bir tarixçiyə istinad etmək olar və həmin məlumatı səhv də olsa o tarixçidən aldığınızı qeyd etsəniz problem sizin deyil istinad etdiyiniz müəllifin olacaqdır. Yox istinad etdiyiniz müəllifin istifadə etdiyi mənbələri yoxlamadan görmüş kimi göstərsəniz o zaman iki problem ortaya çıxır. Birincisi oxumadığınız mənbəni oxumuş kimi göstərirsiniz, ikincisi səhv tarixi məlumatı yayırsınız. Elə tarixçinin də evini görmədiyi və oxumadığı mənbələri görmüş və oxumuş kimi ahkam kəsmək yıxır. Sonrada tariximiz niyə bu gündədir deyib bizə ahkam kəsirlər. Əkbər Nəcəf 

“Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..”

“Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək...” -FİKİR SAVAŞI...- Son onilliklərin xüsusən  hər bayramqabağı və ya iliin sonuna yaxın, yeni il qabağı verilən populyar suallarından biri də bunlardır: “Görəsən, yanvarda benzin, işıq, su, qaz yenə bahalaşacaq?” “Novruz, ya Qurban bayramı qabağı ət bahalaşacaq?”, yaxud “Yanvardan metro, avtobus, taksilər də bahalaşacaq?..” və s. və i.a. Elə son 30 ilin təcrübəsindən görmüşük ki, belə suallar hər dəfə verildikcə sonda əksər hallarda müsbət cavab alınıb, yəni deyilən nəsnələrin doğrudan deyilən vaxtlarda da qiymətləri artıb. Sanki ölkədəki hansısa monopolist, inhisarçı, korrupsioner qruplar belə sualları media, sosial şəbəkələr vasitəsilə ortalığa atmaqla cəmiyyətin, xalqın, yoxsul təbəqələrin reaksiyasını yoxlayırlar. Və görəndə ki, düşüncələrdə qiymət artımına real etiraz görünmür, çəkinmədən qiymətləri qaldırır, yaxud hökumətdən asılı olan qiymətlərin artımı üçün Tarif Şurasına-filana rəsmi və ya qeyri-rəsmi təzyiqlər edir, hətta göstərişlər verirlər... Odur ki, hər birimiz, məsələn, benzinin, qazın, işığın, yaxud metronun, avtobusun, taksilərin bahalaşağı haqda söz-söhbətlərə, xəbər sızmalarına rast gələndə ““Filan şey də bahalaşacaqmı?” yox, “Bu neft-qaz ölkəsində, altı qızıl- üstü qızıl məmləkətdə filan şey, məsələn, benzin, qaz, işıq, yaxud metro, avtobus, taksilər, axı niyə bahalaşmalıdır, hansı səbəbdə?” suallarını verməliyik. Və həmin sualları nəinki media, telekanallar, sosial şəbəkələr vasitəsilə əlaqədar hökumət qurumlarına, nazirliklərə, eləcə də həmin Tarif Şurasına, həmçinin deputatlara adi poçt, elektron poçt və s. vasitəsilə ünvanlamalıyıq. Ciddi və davamlı şəkildə... Yalnız o halda əgər doğrudan da ölkədə hər hansı bir sahədə qiymət artımına qlobal iqtisadi səbəblər yoxdursa, onu əsaslandırmaq mümkün deyilsə, həmin monopolist, inhisarçı, korrupsioner  şəbəkələr kütləvi etirazlardan çəkinərək süni qiymət artımlarına, bahalaşmaya yol verməyəcək... *** ***  Özü də adi həyati məsələlərlə bağlı sual verməkdən niyə və kimdən qorxmalıyıq ki?.. Məgər bu, bizim Konstitusiyamızla, qanunlarımızla təsbit olunan vətəndaş hüquqlarımız deyil?... P.S. Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək... Artıq bu halda belə sual vermək olar: “Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..” Sultan Laçın   Moderator.az

Luçesku Kiyev “Dinamo”sundan getdi və karyerasını başa vurdu

Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. 78 yaşlı mütəxəssis bu sözləri Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra deyib. “Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ilimi Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən karyeramı başqa cür bitirmək istərdim, amma hər şey sona çatır - futbolçu karyeram, sevgim, həyatım. Hər şeyin başlanğıcı və sonu var”, - Luçesku bildirib. Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində yeddinci yerdədir. Luçesku üçün “Dinamo” karyerasında ikinci Ukrayna klubu olub. Bundan əvvəl o, “Şaxtyor” klubunun baş məşqçisi vəzifəsində çalışıb. 2004-2016-cı illərdə kluba rəhbərlik edən məşqçi «Şaxtyor»la 8 dəfə ölkə çempionu olub və 2009-cu ildə UEFA kubokunu qazanıb. 78 yaşlı mütəxəssis Türkiyə millisi, “İnter”, “Zenit”, “Qalatasaray” və “Beşiktaş”a da rəhbərlik edib. Mirça UEFA Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi onun 35 kuboku var. Bu göstəriciyə görə yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola Luçeskudan öndədir. Mənbə: championat.com

Ağ ev: “Hizbullah”ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq

“Hizbullah” partiyasının yaraqlı qanadının İsrail Müdafiə Qüvvələri ilə döyüşlərə girməsi Livanı ağlasığmaz dağıntılarla üz-üzə qoyacaq. Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer ABŞ lideri Cozef Baydenin çıxışı nəzərdə tutulan Men ştatına uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib. “Bu münaqişə Livan və İsrail arasında 2006-cı ildəkindən daha qanlı müharibəyə çevrilmə potensialına malikdir. Buna görə də Birləşmiş Ştatlar bu münaqişənin Livana yayılmasını görmək istəməzdi, Livan və onun xalqı üçün mümkün dağıntılar ağlasığmaz olardı”, – o qeyd edib.

Saxta məlumatla bağlı birgə açıqlama

Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və “deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilib. Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

İsrail Qəzzada daha bir xəstəxanaya zərbə endirdi – YENİLƏNİB

HAMAS-ın üzvlərinin təcili yardım maşınından istifadə etdiyi müəyyən edilib. Buna cavab olaraq İsrail aviasiyası təcili yardım maşınını vuraraq Həmas terrorçularını zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin X hesabında bildirilib. *** İsrailə Qəzzada Əl-Şəfa xəstəxana kompleksinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, zərbə dron vasitəsilə bir neçə təcili yardım maşını xəstəxanaya yaxınlaşan zaman həyata keçirilib. Ölən və yaralananların olduğu bildirilir.

"Dağıstandakı talanları Kreml təşkil edib, İsraildə müharibə Putinə sərf edir" - Feyqin

"Hətta ağlı başında olmayanın da Moskvanın oktyabrın 7-də planlaşdırılan əməliyyatdan xəbəri olmadığını güman etməyə əsasları yoxdur..." "Dağıstan hava limanında talanlar zamanı FTX orada olub və baş verənləri qeydə alıb..." Rusiyalı hüquq müdafiəçisi və müxalif siyasətçi Mark Feyqin Rusiyanın HƏMAS-ın İsrailə hücumundan Ukraynaya qarşı müharibə fonunda necə istifadə etməsi, Dağıstanda talanlar və "yəhidi ovu" arxasında kimin dayanması və gələcəkdə İsrail və Ukraynanın əməkdaşlığının necə inkişaf etməsindən danışıb. Moderator.az xəbər verir ki, bu barədə o, "unian.net" nəşrinə verdiyi müsahibəsində danışıb. "Aydındır ki, 7 oktyabr hadisələri terror aktıdır, HƏMAS dinc vətəndaşların qətlinə görə cavab verməlidir. Lakin sonradan baş verənlərin hamısı artıq qlobal miqyaslı manipulyasiyalardır. Əgər əvvəlcədən Qəzzada tələyə düşən bədbəxt Fələstin xalqının bombardmanlardan əzab çəkdiyi barədə ritorikaya başlasaq, o zaman bu, səbəblə nəticənin yerini dəyişmək olacaq. Yəni təcavüzkarı qurbana və əksinə qurbanı təcavüzkara çevirməli olacağıq", - Feyqin qeyd edib. O, əmin edib ki, Moskvanın İsraildə baş verənlərdə "çox böyuk əli var". "Mən indi HƏMAS-ın və onun əməliyyatının arxasında Moskvanın həqiqətən dayandığını demirəm, biz bunu dəqiq bilmirik. Lakin Qərb mətbuatı yazır ki, onlar iki il hazırlaşıb, HƏMAS Moskvaya başqalarından daha tez-tez səfərlər edir, o, kifayət qədər yüksək səviyyədə qəbul edilir, onunla Lavrov görüşür.  Hətta ağlı başında olmayanın da Moskvanın oktyabrın 7-də planlaşdırılan əməliyyatdan xəbəri olmadığını güman etməyə əsasları yoxdur", - hüquq müdafiəçisi vurğulayıb. O, xatırladıb ki, İsrailin terrorçulara qarşı müharibəsi başlayandan dərhal sonra Moskva fəal surətdə "bu mövzunu təşviq etməyə girişib", bununla bağlı BMT qətnamələri və HƏMAS-a dəstək bəyanatları ilə manipulyasiya edib. "Onlar Rusiyada və başqa yerlərdə antisemit əhval-ruhiyyəni şirnikləndirib. Təəccüblü deyil ki, Dağıstanda sələfi qruplaşmaları təxribatçı hərəkətlərə yol verib.  Faktiki olaraq belə alınıb ki, əvvəlcə qəzəbli gənclər mehmanxanaya tərəf, daha sonra hava limanına qaçışır, uçuş zolağına çıxır, yəhudiləri axtarır. Özü də onları heç kim, nə Rusiya Qvardiyası, nə ordu, nə də bir başqası dayandırmır. Aydın idi ki, hadisələr necə cərəyan edəcək, onlar hava limanını darmadağın edib, bütün bunlar telefona çəkilib. Heç şübhəsiz, FTX orada olub və bütün bunları qeydə alıb", - Feyqin əmin edib. O, əmin olduğunu bildirib ki, məhz Putin antisemit əhval-ruhiyyəyə təhrik edib. "Qlobal mənada o, başlıca mənfəət götürənlərdəndir. Ukranalıların qətli, Ukraynada müharibə fonunda növbəti hədəfin məhz İsrail olacağını gözləmək olardı. Belə təəssürat yaranır ki, diqqəti özündən yayındırmaq üçün ən rahat "hədəf" yəhudilərdir. 7 oktyabr hadisələri olmasaydı, Yaxın Şərqdə heç nə baş verməyəcəkdi. Necə yaşayıblarsa, elə də yaşamaqda davam ediləcəkdi, Səudiyyə Ərəbistanı ilə danışıqlar olacaqdı. Amma indi bütün bunlar pozulub, ABŞ və Ukraynanın Avropa müttəfiqlərinin məşğul olmalı işləri var. Artıq səylər Ukraynaya yardıma və orada alovun söndürülməsinə yönəlib", - müxalifətçi qeyd edib. "Kimsə soruşa bilər ki, Avropa nədən narahat olmalıdır ki? Lakin siz Londonda və Parisdəki mitinqləri görmüsünüzmü? Avropanın mərkəzində böyük insan kütləsi yəhudilərin qətli barədə haray-həşir salır, bu, nonsensdir. Onlar bu problemlərin çoxdan həll edildiyini hesab edib, lakin belə bir şey yoxdur. Ona görə də Putin, Moskva və Kreml, əlbəttə ki, bu əhval-ruhiyyəyə təhrik edəcək, bu, onlara fövqəladə şəkildə sərfəlidir. Bu, təhlükəni, Ukraynada baş verənlərə görə məsuliyyəti özündən uzaqlaşdırmaqdır. Çox məntiqi və siyasi cəhətdən ölçülüb-biçilmiş addımdır", - Feyqin deyib. O, əlavə edib ki, Dağıstandakı talanlar həmçinin Kremlin sifarişi ilə təşkil edilib, çünki nə İsrail vətəndaşları, nə də yəhudi milliyətindən olan insanlar dağıstanlılara heç bir təhlükə törətmir, üstəlik, bu regionda praktiki olaraq yəhdilər yoxdur. "Qafqazın və müsəlmanların başlıca düşməni Kremldə əyləşib, bu, həm onlar, həm ukraynalılar, həm yəhudilər üçün təhlükədir. Lakin qafqazlılar nədənsə hər zaman düşmənləri kənarda axtarırlar. Heç demə, Dağıstanda bütün bəlalar İsraildən gələn yəhudilər, bu reyslər səbəbindən baş verir. Axı, İsrail xəstəxanalarında dağıstanlılar da, xüsusilə uşaqlar da müalicə alır. İsrailin bir milyon yarım vətəndaşları, ərəblər, müsəlmanlar hesaba alınmır? Onlar knessetdə təmsil olunub, heç bir seqreqasiya yoxdur, məscidlər var, istəyirsən sutkada 24 saat dualar etsinlər", - Feyqin xatırladıb. Onun fikrincə, İsrail Rusiyanın əsl siması, tamamilə İsrail əleyhinə mövqeyindən lazımi nəticələr çlxaracaq. Amma İsrailin Ukrayna ilə ümumi cəhətləri çoxdur və "bunu praktiki formaya çevirmək lazımdır". "İndi İsrail öz problemlərinin həlli ilə məşğul olacaq, lakin bu zaman elə edə bilər ki, Moskva üçün faktiki olaraq problemlər yaransın. Məsələn, İranda hərbi obyektləri və zavodları bombalaya bilər, deməli, ukraynalılar "Shahed"lər və mərmilərlə daha az qətlə yetiriləcək. Ukrayna üçün bu, çox yaxşıdır, az ukraynalı həlak olacaq, az "Shahed" gələcək. Bəli, İsrail silahla bölüşə bilməz, bu, onun özünə lazımdır. Lakin bu silahların istehsalı texnologiyaları ilə Ukraynaya, məsələn, yeraltı zavodların inşasında kömək edə bilər. Bəli, ola bilsin ki, sabah bu zavodlar belə vasitələrin istehsalına başlamasın. Bundan başqa, İsrailin dünya boyunca nəhəng lobbisi var. Üstəgəl İsrailin kəşfiyyat birliyinin Rusiya ilə bağlı bir çox məsələlərdən məlumatı var. Bu informasiyanı Ukrayna ilə daha sıx əməkaşlıqda bölüşmək mümkün olacaq", - Feyqin qeyd edib. O, həmçinin əmin olduğunu bildirib ki, Netanyahu hökuməti "oktyabrın 7-də baş verənlərdən sonra çətin ki, hakimiyyətdə qala bilsin". "İstənilən halda İsrailin siyasi isteblişmentində əhval-ruhiyyə dəyişməkdədir", - Feyqin vurğulayıb.

İsrail atəşkəs şərtini elan etdi

Girovların azad edilməsinin daxil olmadığı istənilən atəşkəs çağırışına etiraz edirik. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri başçısı Benyamin Netanyahu deyib. “Bundan əlavə, İsrail hökuməti Qəzza zolağına yanacaq tədarükünə icazə verməyə hazır deyil. Biz əsgərlərimiz üçün təhlükəni minimuma endirməyə çalışırıq, lakin düşmənlərimizi məğlub etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə o əlavə edib.

Rusiya bundan ən iyrənc şəkildə istifadə edir - İsrail

Rusiya beynəlxalq ictimaiyyəti Ukraynadakı müharibədən yayındırmaq ümidi ilə HƏMAS-ın İsrailə hücumundan ən iyrənc şəkildə istifadə edir. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın yəhudi dövlətini işğalda ittiham etməsinə cavab olaraq deyib. “Məhz Rusiya nümayəndəsindən İsrailin ünvanına insan haqları və beynəlxalq hüquqla bağlı əxlaqi sözlər eşitmək gülməlidir. BMT-nin İnsan Haqları Şurasından xaric edilən ölkənin nümayəndəsi əxlaqdan danışır. Bizə nəsə öyrədəcək ən son ölkə Rusiyadır”, - deyə Erdan bildirib. Onun sözlərinə görə, minlərlə vətəndaşı terrorçular tərəfindən öldürülsə və ya qaçırılsa, Moskvanın necə reaksiya verəcəyini hamı anlayır. Erdan hesab edir ki, Rusiya nümayəndəsinin bu cür ritorikasının əsas məqsədi dünyanın diqqətini Rusiyanın Ukraynaya təcavüzündən yayındırmaqdır.

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(1)

Qaçaq Dəli Alı Müəllif: Nağı bəy Şeyxzamanlı (Keykurun) Dəli Alı Gəncənin Qarasuçu kəndindəndir. Gəncliyi çobanlıqda keçmişdir. Çobanlıq etdiyi sürünün sahibi Gəncə şəhərinin əşrəfindən Cəfəroğlu Rüstəm ağadır. Rüstəm ağanın qoyun sürüsü artdıqca çobanlarıda çoxalır və Dəli Alı baş çoban olur. Ağası ona vilayətdən tüfəng daşımaq icazəsi alır. Alı çiynində tüfəng bəzən kəndlərə, bəzən isə xırdavat almaq üçün şəhərə gedir. Dəli Alının çobanlardan, qoyunlardan, sürü itlərindən qat-qat çox sevdiyi, daşıdığı tüfəngi olmuşdur. Şəhərdə iki tərəfli fişənglik düzəltdirdiyi kimi, məşhur dəvə şalıdan arxalıq düzəltdirmişdir. Bəslədiyi ən yaxşı at ilə, silahlı xalq arasında keçərkən hər kəsin nəzər-diqqətini çəkir və insanlar Dəli Alıdan çəkinməyə başlayırlar. Alının bu halından kəndlərdə çəkinməyənlər də peyda olurdu. Aradan bir müddət keçir ətraf kəndlərdən bir varlının evinə basqın edilir, ev soyulur və basqınçılar kənddən uzaqlaşırlar. Dəli Alının adı bədxahlar tərəfindən hallandırılır. Bir gün jandarma çavuşu bir neçə jandarma ilə Alının qoyun yatağına gəlir və Alını tüfəngi ilə polis idarəsinə aparırlar. İstintaqda ifadəsi alınır, Alını həbsxanaya göndərirlər və təhqiqat başlayır. Rüstəm ağa var qüvvəsi və pulu ilə Alını qurtarmağa çalışır, sonda azad olunur, ancaq Alı günahsız yerə 4 ay həbsxanada çilə çəkir. Böyük vilayət həbsxanası məhbuslarla doludur. Alının 4 ay həbsxana həyatı təhqiqat ilə keçir, bir dəfə nə qədər ölüm cəzası verilmiş qaçaq varsa hamısı ilə görüşür, etdikləri işlərdən, həbslərinin səbəblərindən, haqlarında oynanılan oyunlardan, qurulan tələlərdən məlumat toplayır və onlara deyir ki, görürəm ki, qaçaqlıq həyatınızda sizdən əvvəlki qaçaqların həyatlarını, hərəkətlərini və necə tələyə düşürülüb həbs edildiklərini öyrənmisiniz. Dəli Alı 4 aylıq həbs müddətində, həmin vaxt və ondan əvvəllər bir sıra qaçaqların Rus idarəsinə qarşı etdiklərini həbsxanada olan yaşlı məhbuslardan təfsilatı ilə öyrənir. Dəli Alı həbsxanadan çıxır, kəndinə gəlir və öz işləri ilə məşğul olmağa başlayır. Ziyarətinə gələnlərə: Həbsxana zindandır, orada günəş işığı belə azdır, dustaqları həmişə bağlı otaqlarda saxlayırlar. Gündə bir-iki saat çölə çıxarırlar, oda həbsxana nəzarətçilərinin nəzarəti altında. Oradakı məhbuslar məni çox sevdilər, həmişə mənə qulaq asardılar. Mən orada qəhrəmanlıqlar etmiş igidlər gördüm, onlarla danışdım. Bir neçəsini edam etdilər, onlara yas tutduq, dualar oxuduq. Həbsxananın ən ağır, dəhşətli tərəfi hər gün səhərdən axşama rusların üzünü görməkdir. Mən onlar qədər sevimsiz məxluq görmədim. Onları görməmək üçün şəhərə belə getmirəm. Tanrının yaratdığı dağlar, qayalar, sevimli çiçəklər, otlar, qoyunlar, quzular və sadiq itlər mənim həyatım və nəşəmdir. Dəli Alı təkrar sevimli kəndinə qayıdır. Məsud yaşarkən bir gün axşam tərəfi kənddəki evinin önünə silahlı yad adam gəlir, Alını soruşur, adamı evə alırlar, ağırlayırlar, rahat edin biz indi adam göndərər Alını çağırarıq, qoyun yatağındadır. Yad adam, Alının yanına gedən adamla qoy məndə gedim deyir. Dəli Alının yanına gəlirlər. Alı ilk baxışda onu tanımır, diqqətlə baxır, həbsxana dostu Hüseyn olduğunu görür.  Hüseyn ağa məhkum olaraq Sibirə sürgün edilmiş və oradan bir yolunu taparaq qaçmışdı. Məmləkəti olan Naxçıvana getmiş, yaz aylarını qaçaq olaraq yaşamış və qış yaxınlaşanda sıxışmış və qışı səssiz keçirmək üçün Dəli Alının yanına qonaq gəlmişdir. Alı, Hüseyn ağaya dəstək olmuş və yazda o, öz yurdu Naxçıvana dönəcəkmiş. Bundan xəbər tutan jandarma rəhbəri göstəriş vermiş və nahiyə müdiri 4 jandarma ilə yatağa gəlmişdir. Jandarmaların gəldiyini görən Hüseyn ağa hərəkət etmək istəmiş və gec qaldığını görüb müqavimət göstərməmişdir. Dəli Alı onlara qoyun kəsmiş, yemək yedizdirmiş, Hüseyn ağaya dəyməməyi rica etmiş və buna uyğun olaraq hamınızı məmnun edəcəm demişdir. Rəd cavabı alan kimi Dəli Alının gözü dönmüş və vəhşi bir aslan kimi hücuma keçmiş və nahiyə müdirini vurmuş, jandarmalara meydan verməmiş, silahlarını alaraq şəhərə yola salmışdır. Qoyunları çobanlara buraxaraq, Qaçaq Hüseyn ilə bərabər yoxa çıxmışdır. Bir neçə gün sonra bir kənddə kənar evlərin birində Dəli Alı ilə Qaçaq Hüseynin yanına Alının qardaşı Aslan, yeznəsi Məmməd gəlirlər və görüşdükləri əsnada jandarma bölüyü evi mühasirəyə alır, atışma başlayır, bir yüzbaşı ilə 6 jandarma vurulur. Axşam olur, qaranlıq düşür jandarmalar dağılışır və 4 qaçaq isə oradan uzaqlaşır. Bu atışmadan sonra Aslan və Məmməd rəsmən qaçaq elan olunurlar. 1897-ci ildə baş verən bu hadisə Dəli Alını rus idarəsinə qarşı tam 14 il döyüşməyə sövq etmişdir. Ətrafına topladığı igidlərlə dastanlar yaradaraq mübarizə aparmışdır. Dəli Alının dəstəsi bir neçə dəfə mühasirəyə düşüb, qurtulmuşdur. Hər dəfə jandarma alayından bir neçə kişi tələf olur, ertəsi gün Gəncəyə gətirilərək rus məzarlığında dəfn edilirdilər. Bir tərəfdən Dəli Alı adamları ilə qalib gəlir, digər tərəfdən də Azərbaycan xalqı şənlik edirdi. Rus məzarlığının bir küncündə sıra ilə məzarlar, baş tərəfdə eyni yazı: Gəncə qaçağı Dəli Alının dəstəsi tərəfindən öldürülən falan-filan yazılırdı. Təbii ki, ilk sırada zabitlər, məmurlar, nahiyə müdirləri, arxa sırada jandarma nəfərlərinin məzarları yer alırdı. Dəli Alı mühasirəyə düşəndə Gəncə əhli Dəli Alıya zəfər arzulardı. Biz savaşın nəticəsini axşamüstü şəhər klubunda jandarma alayının atışmada iştirak edən zabitlərindən təfsilatı ilə öyrənərdik. Atışmanın dəhşətini unuda bilməyən zabitlər, Dəli Alının qorxulu nərəsini və əllərindəki silahları makinalı tüfəng kimi istifadə etmələrini, 30 nəfər deyil, 300 nəfər ilə döyüşürmüş kimi bizə danışardılar. Hamısının xüsusi olaraq üzərində dayandığı Alının qorxunc nərəsi idi. Təsirini soruşduqda: “Bağırma deyib, keçməyin. Dəli Alı bizə bağırıb atəş açarkən həmin an əsgərlərin əlindən silah düşür və qaçaqlar bu məqamda çəmbəri yararaq uzaqlaşırdılar. Biz onları təqib edə bilmirdik, yaralılarımızı, ölülərimizi toplayıb şəhərə dönürdük”, cavabını verirdilər. Bu döyüşün necə cərəyan etdiyini sonra şəxsən Dəli Alıdan dinlədim. Dəli Alı belə deyirdi: “Biz evimizə gəldikdə hamımız bir otaqda qalırıq, ancaq kəndin hər iki girişinə növbətçi qoyarıq, rus əsgəri kəndə girərkən növbətçilər işarət silahını atarlar, bizdə tez hazırlanıb, toplu halda döyüşmədən kənddən uzaqlaşardıq. Bir gecə jandarmalar kəndə girmiş, bizim evi mühasirəyə almışlar, sonra bildik, sabahdan günortaya qədər atışdıq. Ruslar bir ara atışmaya son verdilər, yarım saat sonra bacım Zeynəb evin balkonuna çıxdı, qapını açdıq, Zeynəb ağlayaraq içəri girdi və: Qardaş vəziyyət çox ağır və təhlükəlidir. Mindən çox Rus jandarması və kazakı ətrafı mühasirəyə alıb, içində olduğumuz evin 3 tərəfinə arabalarla ot yığıblar və jandarma komandanı mənə “Vəziyyəti görürsən, əgər təslim olmasalar evi yandıracağıq, hamısı yanacaq. Əgər təslim olarlarsa da bəlkə İmperator onları edam etdirməz, həbs cəzası verər”, dedi, indi məndən cavab gözləyir, “tez de, geri gəl”, – əmri verdi. Zeynəbi geri göndərdim və dedim ki: “Yarım saat gözləsinlər, müzakirə edək, əgər qərar versək, təslim olarıq”. Zeynəb çıxdı, dostları ətrafıma topladım. Vəziyyətin ciddi və ağır olduğunu hamımız bilirdik, vəhşi rusun bizi silahla deyil, yanğın ilə təslim alacağını düşünməmişdik. Zatən biz onları seyrək atışma ilə yola verib, axşamı gözləyirdik. Yanğın məsələsi çıxınca tez hərəkətə keçib və nə olarsa olsun Allahımıza və silahımıza güvənərək savaşa başlamağın zamanı gəlmişdi. Biz 25 nəfər idik. Aramızdan balaca boylu 9 nəfər ayırdım. Onlara evin bacasını genişlədərək damın üstünə çıxmalarını və oradan ətrafı yaylım atəşinə tutmalarını dedim. Bizdə, digər dostlar ilə hamımız çölə çıxacaq dedim və tənbeh etdim ki, bura bizim evimizdir, bir dənə rusun burnu qanamasın. Evin üstünə çıxanlar yaylım atəşi ilə ətrafı tararkən bizdə qapını açaraq çölə çıxdıq. Əvvəl mən çıxdım, bağıraraq havaya atəş açdım. Rus əsgərləri sipərlərə sinmişlər, başlarını qaldıra bilmirdilər, çəmbərə yaxınlaşmadan rusların silahsız olaraq qaçdıqlarını gördük, bir neçəsinin tüfəngi yerə düşmüşdü. Jandarmalar qaçırdılar, biz yerdə gördüyümüz silahları topladıq, arxamıza baxa-baxa yavaş-yavaş kənddən uzaqlaşdıq. O andan rus əsgəri görmədik, heç bir rusda vurulmadı. Nəticədə biz 12 tüfəng qənimət almış olduq, Ruslar isə kənddə qalan 21 atımızı biz uzaqlaşdıqdan sonra götürüb aparmışdılar. Bu atışmadan sonra Dəli Alı bir daha öz kəndinə getmir, ailəsi ilə birlikdə 5 ay yaylada qalır. Kənddə tarlasına, heyvanlarına, sürüsünə, ilxısına bacısı Zeynəb xanım baxırdı. Dəli Alıya qəhrəmanlığı ilə sevindirdiyi xalqımız tərəfindən çox qiymətli hədiyyələr göndərilirdi. Olduqca çox geniş ərazisi, bir neçə min qoyunu, bir neçə yüz inəyi olduğu kimi buğda və pambıq tarlası var idi. Gəliri bir kənd ağasının sərvətini keçməkdə idi. Kasıb kəndliləri qoruyurdu, kəndlilər Dəli Alıya baba deyirdilər. Kənd toylarına gedər, toy sahibinə nəmər, aşıqlara hədiyyələr verər, xalqın dərdini dinləyərdi. Alının təhsili yox idi, ancaq tanrı ona kəskin bir ağıl və zəka vermişdi. Danışmasında, fikir və mühakiməsində yetkinlik var idi, kimsə ona cahil deyə bilməzdi. Dəli Alının xalqla münasibəti elə dərəcəyə çatmışdı ki, kənd ağalarının qəhrinə və zülmünə məruz qalan kəndlilər rus idarəsinin məhkəmələrinə deyil, dərdlərini, məruz qaldıqları haqsızlığı kənd toylarında Dəli Alıya şikayət edərdilər. Dəli Alı həmin an dostlarından Cəfər bəyə (Dəli Alının təhsil almış silahdaşlarından) qeyd etdirərmiş “İlk fürsətdə sizin kəndinizə gələr, səni məmnun edərəm”, deyərmiş, kəndlinin Dəli Alıya şikayətini duyan kənd ağası, Alı kəndə gəlməmiş kəndlini məmnun edərmiş. Yerli rus idarəsi Dəli Alı ilə bacarmayacağını əvvəldən anlamışdı və bu səbəblə mücadilə formasını dəyişdirərək hiyləyə baş vururdu. Bütün xalqımız tərəfindən himayə görən Dəli Alının ruslara qarşı mücadiləsi asanlaşırdı. Rus ajanları Dəli Alının gecələyəcəyi kəndi müəyyən edir, gecə yarısı hərəkət edən jandarma alayı səhərə yaxın kəndi mühasirəyə alır, fəqər Dəli Alını tapa bilmirdilər. Dəli Alı əvvəldən xəbərdar edilmiş və kənddən uzaqlaşmışdı. Bir dəfə Gəncə Gənclik Təşkilatı polisin izləməsi ilə bağlı zamanında xəbər almış və məlumatı Dəli Alıya çatdırmışdı. Hər vasitə ilə Dəli Alını məhv etməyə çalışan rus idarəsi bir yolla kəndlinin birini aldatmağa müvəffəq olur. Həm çoxlu pul verir, həm də böyük vədlər verirlər. Ruslar aldatdıqları kəndliyə zəhər verirlər, aldadılmış kəndli fürsət gözləyir. Bir gün Dəli Alı 9 nəfər ilə kəndə gəlirlər, həmin kəndli onları qarşılayır və evinə aparır. Yemək hazırlanır, boşqablara qoyulmadan gizlicə zəhəri cibindən çıxarır və yemək qazanına atır. Bunu görən həyat yoldaşı çığırtı qoparır. Kəndlinin anası məsələni anlayır və oğluna “Allah bəlanı versin oğul, bu canlara necə qıyacaqdın?”, deyə çığırır. Dəli Alı baş verənləri xəbər alır, yaxınlaşır ağlayan gəlini, özündən gedən ananı sapsarı kəsilmiş görür və kəndlini tüfəngin arxası ilə vurub yıxır. Gəlin və ana ağlayaraq: “Bu xaini, sizləri qurtaran bizlərə bağışlayın!”, deyib, yalvarırlar. Alı yıxılan kəndliyə bir təpik vurub evdən uzaqlaşır. Hadisə xalq tərəfindən nifrətlə qarşılanmışdı. Nəticə sevindirici olduğu üçün kimsə xainə cəza verilməsini ağlına gətirməmişdi. Çar idarəsi Dəli Alı ilə qarşılaşmanın və atışmaların mənfi nəticələrində əhalini qəbahətli bildiyindən təzyiqini xalqın üzərinə çevirirdi. Hər kəndin bir neçə öndə gələni qubernatorun əmri ilə 1 ay həbsə məruz qalırdılar. Xalqımız bu qanunsuz və ədalətsiz idarənin basqısına dözürdü. Ancaq Dəli Alı xalqa edilən bu təzyiqlərə sinirlənir və çox narahat olurdu. Dəli Alı bir dəfə düşünür, götür-qoy edir, Gəncə şəhərinə yaxın bir kənddə gizlənir və şəhər ilə təmasa girir. Gəncə qubernatorunun fayton ilə Qazax şəhərinə gedəcəyini öyrənir. Mövqe alaraq qubernatorun dönüşünü gözləyir. Qubernator Qazax şəhəri ilə Gəncə arasında bir dərədən keçərkən Dəli Alı 25 silahdaşı ilə qubernatoru dayandırır. Qubernatoru mühafizə edən bir neçə jandarmanı əhatəyə alır və hərəkət etməyə imkan vermir. Jandarmaların tüfənglərini əlindən alır. Bu mənzərəni seyr edən qubernator, məmur və tərcüməçi saralmış halda müqəddəratlarını düşünürlər. Dəli Alı üzünü tərcüməçiyə çevirərək: “qubernatordan soruş, bizdən nə istəyir? Nə üçün bizdən əl çəkmir, mən və dostlarım bu 10 ildə hər hansı bir cinayətimiz, soyğunçuluğumuz və yaxud qeyri-qanuni hərəkətimiz idarəniz tərəfindən qeyd edilmişmidir, kəndlər arasında rast gəldiyim jandarmalara bir pislik etdiyim məlumdurmu, mən rus idarəsini təqib etmirəm, idarəniz məni məhv etmək istəyir, mən yalnız nəfsimi müdafiə edirəm!”. Tərcüməçi bunu qubernatora dedikdən sonra, qubernator hiss edir ki, Alı intiqam hissi ilə yaxınlaşmayıb, gileylənir. Qubernator dedi: “Mən qanunun tətbiqi ilə mükəlləfəm, qanun sizi qovalayır, siz qanundan qaçırsınız, mən başqa cür hərəkət edə bilmərəm!”. Alı qubernatora: “Sizin müsəlləh qüvvəniz məni sıxışdırır, qarşılaşırıq, istəməyərək bir neçə nəfərinizi öldürürük, bunun günahı sizin üzərinizdədir. Mən sizə heç bir pislik etməyəcəm, jandarmaların tüfənglərini arabaçının ayaqları altına qoydururam, bizdən ayrıldıqdan sonra irəlidə yenə silahlarını özlərinə verərsiniz, yenə onlar sizə Gəncə şəhərinə qədər mühafizlik etsinlər, ancaq sizdən bir ricam var (Əli ilə faytonun arxasındakı qarpızı göstərərək) o qarpızdan bir dilim mənə verin, deyir. Qubernator, bütün qarpızı götürün deyir. Dəli Alı, öz əliniz ilə verin, deyir. qubernator əli ilə qarpızı Alıya uzadır. Alı qarpızı alır və “qubernator, gördünüzmü, bu qarpızı siz mənə sevdiyinizdən deyil, vəziyyətə görə verirsiniz. Bir kərə bilmiş olun ki, bizləri evlərinə alanlar, bizə yemək verənlər, bizi istirahət etdirənlər sizin kimi məcbur qalırlar, onlarda sizin kimi edirlər. Sizin qanuna qarşı nə qədər günahlarınız varsa, onlarınkı da o qədərdir. Sizdən çox rica edirəm, Gəncə şəhərinə gedər-getməz məni qoruyurlar deyə həbsə atdıqlarınızı sərbəst buraxdırın, sizə uğurlar olsun !”. Arabaçıya: “Çək arabanı, jandarmalara, haydı atlarınızı sürün, qubernatorunuza çatın, silahlarınızı alın, qubernatoru Gəncə şəhərinə qədər mühafizə edin!”, deyir. Vali Gəncə şəhərinə gələr-gəlməz Dəli Alıdan ötrü həbsə atdığı kəndliləri azad edir. “Azərbaycan Türk Kültür Dərgisi”, 1961-ci il, 115-116-117-ci saylar, səh. 15-19 Təqdim etdi: Ceyhun Nəbi

"Əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək" - Saakaşvili

"Əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək". Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın üçümcü Prezidenti Mixeil Saakaşvili 7 noyabr işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında onlayn iştirakı zamanı bəyan edib. "Bu, müvəqqəti ədalətsizlikdir, əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək. Mən buna tam əminəm, məni bu əsirlikdən xilas edəcəklər və bu əsirliyə son qoyulacaq", - deyə qeyd edib. Mixeil Saakaşvili Gürcüstandakı ruslardan danışıb və qeyd edib ki, onların əksəriyyəti hesab edir ki, bu torpaq artıq gürcülərə məxsus olmamalıdır. “Burada, əvvəlki sessiyadan sonra ruslar mövzusunda qeyri-müəyyənlik yarandı, niyə mən rusların əmlak satışının dayandırılması və ümumiyyətlə, rusların Gürcüstanda daimi yaşayışının dayandırılmasından danışdım. Biz rusları Gürcüstana dəvət edəndə turist kimi dəvət edirdik. Biz onları bura köçməyə dəvət etməmişik. Problem ondadır ki, 100 mindən çoxu artıq Gürcüstanda məskunlaşan bu rusların əksəriyyəti gürcülərin təsadüfən buraya gəldiyinə, bu torpaqların artıq gürcülərə aid olmamasına inanır və bu, bir təsadüfdür və mentalitetlərinə görə özlərini evdəki kimi hiss edirlər" , - deyə Mixeil Saakaşvili söyləyib.

TƏBİB-in yaratdığı ÖLÜM bürokratiyası – ŞİKAYƏT

Doğmasını itirən üçün ölüm haqqında tibbi şəhadətnaməni almaq Azərbaycanda müşkülə çevrilib. Bu sənədin tərtibi və təqdim edilməsi proseduru həddindən artıq qəlizləşdirilib.  Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ən azı 5 tibbi instansiyadan keçmək lazım gəlir. Hansı ki, bu, vətəndaşlar üçün kifayət qədər vaxt itkisi deməkdir. Hələ şəhadətnamənin tərtibi üçün vətəndaşı saatlarla növbələrdə gözlədəndən sonra hansısa xırda sənədin gətirilməsi üçün bir neçə tibb müəssinə göndərdiklərini, müəyyən meyarlar uyğun gəlmədikdə isə təkrar sənəd tələb etmələrini demirik. Bir sözlə ölüsünün öldüyünü təsdiqləmək çətinliyi insanın sinirlərini əməlli-başlı tarima çəkir... TƏBİB-in qoyduğu anormal qayda... Belə bir anormal prosedurla bu günlərdə atasını itirən Sumqayıt sakini qarşılaşıb. Bizim.Media-ya müraciət edən vətəndaş atasının “ölüm kağızı”nı ala bilməsi üçün 6 ayrı-ayrı tibb müəssisəsinə yönləndirilib. Hansı ki, həmin tibb müəssisələri də ötür-ötür oyunu oynayaraq vətəndaşı get-gələ salıblar. Prosedurun lazımsız yerə mürəkkəbləşdirildiyindən gileylənən vətəndaş sistemsizlikdən və TƏBİB-in qoyduğu anormal qaydadan şikayətlənib: “Atam 5 gün əvvəl evdə insultdan dünyasını dəyişib. Ölüm faktı və səbəbi hadisə yerinə çağırılan TƏBİB-in təcili yardım həkimləri tərəfindən təsdiqlənib. Mənə bildirildi ki, ölüm haqqında şəhadətnamə üçün əvvəlcə Sumqayıt Tibb Mərkəzinə yaxınlaşmalıyam. Orada akt və müəyyən məlumatlar əsasında arayış hazırlandı.  Həmin arayışla 13-cü mikrorayonda yerləşən 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə göndərildim. Atamın qeydiyyat kitabçası yoxlandı və mənə bildirildi ki, atamın bu tibb müəssisəsinə hər hansı şikayətlə bağlı müraciəti olmadığı üçün şəhadətnamə verə bilməzlər.  Oradan 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinə göndərildim. Mərkəzdə əməlli başlı biabırçılıq yaşandı. Əvvəlcə sənədləşdirmənin aparılması üçün mənə 12 vərəqli dəftər aldırdılar. Bu azmış kimi xeyli sayda tibb personalının çalışdığı mərkəzdə cəmi 1 kompüter olduğu üçün onun boşalmasını gözləməli oldum.  Sənədlər elektronlaşdırıldıqdan sonra TƏBİB-ə onlayn müraciət göndərildi. Hansı ki, TƏBİB müraciəti incələyib, təsdiqləyəndən sonra həmin cavab  4 nömrəli şəhər polinklinikasına göndəriləcək. Oradan isə Forma AZS-106 alıb ASAN Xidmətə təqdim etməliyəm ki, ölüm haqqında şəhadətnamə ala bilim. Hələki TƏBİB-in onlayn müraciəti təsdiqləməsini gözləyirəm”. Özlərinin təsdiqlədikləri ölüm səbəbinə inanmırlar?  Vətəndaşın sözlərinə görə TƏBİB-in “ölüm kağızı” ilə bağlı bu cür bürokratik əngəl yaratması anlaşılan deyil:  “Təsəvvür edin ki, çalışan vətəndaşlar üçün bu prosedur nə qədər çətin və əlavə vaxt itkisidir. Yaxınını itirmiş, mənəvi cəhətdən çökmüş birinin bir parça kağız alması üçün 6 instansiya gəzməsinə nə ehtiyac var? Vətəndaşları niyə bu qədər incidirlər? Onsuz da mərhumun ölüm anı və səbəbi təcili tibb yardım vasitəsilə təsdiqlənib. Bəs, TƏBİB daha nəyi təsdiqləyir?”, - deyə şikayətçi etiraz edib.  Vətəndaşın işini yüngülləşdirəcək addımlar atılmalıdır Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa hesab edir ki, vətəndaşa sıxıntı verən proseslərin qarşısının alınması zəruridir: “Bu məsələlər daha dəqiq və müəyyən informasiya almaq, eləcə də ölüm aktının təsdiqlənməsi üçün zəruri olur. Çünki sonradan bu məsələlərlə bağlı məhkəməyə müraciətlər olur. Çox güman ki, bunu sığortalamaq üçün belə bir prosedur qoyublar. Amma fikrimcə, prosedur asanlaşmalıdır və vətəndaşın işini yüngülləşdirəcək addımlar atmaq barədə düşünülməlidir”.  Xatırladaq ki, Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalıdır. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir. Ölümün başvermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir. Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq...

Arif Hacılı və İsa Qəmbər Gürcüstana işgüzar səfərə getdilər

Müsavat rəhbərliyi Beynəlxalq tədbirdə iştirak edəcək.  Sozcu.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib: "Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM- nin rəhbəri İsa Qəmbər və başqan müavini Səxavət Soltanlı Beynəlxalq tədbirdə iştirak etmək üçün Tbilisiyə səfər etdilər".

"Paşinyan aradan götürülərsə.., nə baş verəcək?.."

"Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir..." Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişinə hazırlıq görən bir dəstənin ifşa edilməsi ilə dünən yaydığı məlumatı iki aspektdə təhlil etmək olar. Birincisi, yazılanlar həqiqətdir, Ermənistanda hakimiyyət uğrunda son üç ildə gedən mübarizə əsasən yumşaq gücə hesablanmışdı, amma nəticə vermədi. Ona görə də, “Severnıy listopad” adlanan əməliyyatla Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi dağıntı, iğtişaş, vətəndaşlarda təlaş və qorxu yaratmaq, siyasi və mülki qətllər törətmək, dövlət idarələrinə basqın və nəhayət, hakimiyyətin oturduğu binanı ələ keçirib xalqa müraciət ünvanlamaq planlaşdırılıb.  İki ay əvvəl Ermənistan Baş nazirinin mühafizə xidmətinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu sıradan bir vəzifə dəyişikliyi deyildi və Qərb kəşfiyyatının öncədən verdiyi məlumat əsasında baş verdi. Burada hədəfin, təbii ki, Paşinyan olduğu şübhə yaratmırdı. Fiziki cəhətdən onun məhv edilməsinə şərait yaradılması daha asan variant ola bilərdi, nəinki “ Severnıy listopad” əməliyyatı...  Paşinyan hakimiyyətinin Rusiyanı qane etmədiyi, son aylar isə tam qıcıqlandırdığı açıq görünür. Rusiya Ermənistanda bu günədək hakimiyyət dəyişikliyinə rahat nail olub. İlk prezident Ter-Petrosyanın Yeltsin tərəfindən Rublyovkada aparılan bir söhbətlə istefaya göndərilməsi, 1999-cu il 27 oktyabrda Rusiyanın adamı Koçaryana mane olan parlament sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın Rostovdan göndərilən erməni qatil tərəfdən öldürülməsi, 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi kimi hadisələr birbaşa Rusiya ilə əlaqələndirilib. Son əməliyyatın  "Severnıy listopad”- “Şimal xəzanı” adlandırılması və həbs olunanların mənzillərində RF -yə mənsib olan çoxsaylı və hələ işlədilməmiş telefon kartlarının aşkarlanması, planlaşdırılan çevrilişin ünvanını məhz şimala - Rusiyaya yönəltməyə imkan verir. Konkret olaraq Rusiyanın adının çəkilməməsi isə iki dövlət arasında olan gərginliyin pik həddinə çatması deməkdir və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir... Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Rusiyanın adını çəkmədən “ən yaxın təhlükəsizlik müttəfiqinin hakimiyyət çevrilişi “ hazırlaşdığını xüsusi qeyd etmişdi.  Hər iki tərəf çılpaqlığı ilə danışmasa da, həqiqət hər iki dövlətə məlumdur.  Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu sadə bir qruplaşmanın planladığı əməliyyat deyil, peşəkarcasına hazırlanmış standart çevriliş planıdır və adətən bu tip planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir... İkinci aspekt isə verilən məlumatın dezinformasiya olmasının mümkünlüyüdür. Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, ən əsası isə Qərbə sübut etmək istəyir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir və məqsədi baş tutarsa, Qərbin Ermənistan və bütövlükdə Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq. Bununla da özünün fiziki təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün bütün imkanların səfərbər edilməsini Qərbə xatırladır. Guya ifşa edilən çevriliş planını isə fakt olaraq Qərb qarşısında qoymuş olur. Verilən informasiyada şübhəli bilinən məqamlardan biri konkret adların verilməməsi, yalnız baş həriflərin göstərilməsidir. Eyni zamanda əməliyyatın “Şimal xəzanı” adlandırılması şübhə yaradır ki, əgər burada Rusiyanın əli varsa, açıq şəkildə özünü istinad verən bir addan istifadə etməz, çünki adətən peşəkarlar şərti adlardan, ləqəblərdən, uydurulmuş əfsanələrdən istifadə edərkən maksimum çalışılır ki, bu adlar real mənbəyə birbaşa və dolayısı yolla bağlı olmasın...  Roma Statutunu qəbul etdikdən sonra "Moskva Paşinyan hakimiyyətinə olan səbrinə son verdi"- deyə bilirik. Yumşaq güclə üç il ərzində hakimiyyət çevrilişinə nail olmayan Rusiyanın bu tip əməliyyatlara üz tutması sonuncu olmaya bilir. Paşinyanın isə hakimiyyətdən uzaqlaşdırılması Rusiya üçün heç də asan olmur... Bəs Azərbaycanla sülh müqaviləsi imzalamadan Paşinyan iqridarı hakimiyyətdən uzaqlaşdırılarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər? Hazırda Rusiyayönümlü parlaq lider olmasa da, Arman Tatoyan tipli şovinist, revanşist, aqressiv birinin hakimiyyətə gətirilməsi mümkün variantdır. Şəxsin kimliyinin Azərbaycan üçün təhlükəsi olmasa da, sülh müqaviləsinin imzalanaması prosesi uzana bilər və bu zaman bölgəyə kənar qüvvələrin təzyiq və təsiri arta bilər... moderator) İlham İsmayıl

Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ - Əlinizdən ALINA BİLƏR

İkinci əl maşınlar satılarkən çox vaxt tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmır və satıcı alıcıya maşını idarə etməsi üçün etibarnamə verir. Daha sonra satıcının hansısa məhkəmə problemi olduqda, məsələn onun əmlakına həbs qoyulduqda həbs həmin avtomobilə yönləndirilir. Amma satıcı artıq maşını alıcıya satmış olsa da, arada bir yazılı alğı-satqı müqaviləsi olmadığına və maşın DYP-də alıcının adına keçirilmədiyinə görə, maşın hələ də rəsmi sənədlərdə satıcının adına olur. Bəs bu problem necə həll olunmalıdır? Məsələ ilə bağlı danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, baş inspektor, mayor Araz Əsgərli Referans.az-a açıqlamasında bildirib ki, etibarnamə verən şəxs əgər həmin əmlakı onun adına keçirməyibsə, o etibarnamə verənin adında qalır: "Yəni əgər sabah həmin adam ölsə, boşansa, adamın banka borcu olsa, cinayət məsuliyyətinə cəlb olunsa və ya hər hansı bir mülki mübahisə yaransa, avtomobili etibarnamə ilə alan şəxs problem yaşayacaq. Buna görə də biz hər dəfə vətəndaşlara müraciət edirik ki, əmlakınızı öz adınıza keçirin ki, əlavə problemlər yaranmasın. Etibarnamə ilə alınan avtomobil sizin əmlakınız sayılmır". Hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, daşınar və ya daşınmaz əmlakın şəxslər arasında bir birinə ötürülməsi yalnız alqı-satqı müqaviləsi əsasında həyata keçirilməlidir: "Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra müvafiq qeydin dövlət reyestrində qeydə alındığı andan həmin şəxsə həvalə olunmuş hesab olunur. Etibarnamə ilə hər hansı bir alqı-satqı əməliyyatının aparılması yalnız o halda nəzərdə tutukmuşdur ki, əmlakını digər bir şəxsin səlahiyyətinə etibar edən mülkiyyətçi həmin əmlakın yalnız tamamilə 3-cü şəxsə satışı üçün nəzərdə tutulmuş bir hərəkətlərin edilməsi icra edə bilər. Amma birmənalı şəxs hər hansı digər bir şəxsə etibarnamə verirsə, həmin şəxs əmlakı öz adına rəsmiləşdirə bilməz. Istənilən halda etibarnamə ilə alğı-satqının aparılması qanunvericiliklə yol verilmir". Hüquqşünas qeyd edib ki, etibarnaməni vermiş şəxs çox qısa bir müddətdə, pulu aldıqdan sonra gedib həmin etibarnaməni notariusda ləğv elətdirə bilər. Onun sözlərinə görə, şəxs ləğv elətdirdiyi andan da həmin əmlak etibar olunan şəxsin əlindən alınmış hesab olunur: "Eyni zamanda etibar edən şəxsin gələcəkdə hər hansı bir borcu olduğu təqdirdə icra xidməti tərəfindən onun əmlakının müəyyən olunması ilə bağlı müvafiq sorğular verildikdə həmin əmlak şəxsin öz adına çıxır və əmlakın üzərinə həbs qoyula bilər və ya qeydiyyatla bağlı məhdudiyyət qoyulə bilər". Bundan başqa şəxs boşunduğu zaman birgə nikah dövründə əldə olunmuş əmlakdırsa, bölünmə predmenti təşkil edir və nəticədə etibarnamə kimə verilmişdisə həmin şəxs öz əmlakından məhrum olunmuş olur - deyə Ramil Süleymanov əlavə edib.

Kifayət qədər qazımız var: Qaz limiti ləğv olunsun! – Təklif

Azərbaycanda qaz limitinin ləğv olunması təklif olunub. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib. "Kifayət qədər qazımız var və buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm", - deyə deputat bildirib.

ÇAXAL HƏMAS-ın qalasına doğru irəliləyir

İsrailin Qəzza zolağına məhdud reydləri genişmiqyaslı quru əməliyyatına çevrilir. Sozcu.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinin jurnalisti Lavdey Morris deyib. Onun sözlərinə görə, İsrailin Qəzzadakı quru hücumu haqqında məlumat məhduddur və jurnalistlər ora daxil ola bilmirlər: “Bununla belə, sakinlər, ekspertlər və İsrail əsgərləri ilə müsahibələr, eləcə də döyüş meydanından çəkilmiş videogörüntülər və peyk görüntüləri bir neçə cəbhədə qanlı əməliyyatın şiddətləndiyini göstərir”. Morrisin sözlərinə görə, İsrail bölmələrinin bir hissəsi anklavı iki yerə bölməklə şimal və cənubu ayırır, digəri isə şərqdən və şimal-qərbdən HƏMAS-ın qalasına doğru irəliləyir. Jurnalist bildirib ki, İsrailin kiçik hərbi reydləri mülki əhali üçün yeni təhlükələr yaradaraq, yerini genişmiqyaslı quru əməliyyatına verir. İsrail ordusunun hərbçilərindən biri ona verdiyi açıqlamasında deyib ki, artıq mülki əhaliyə zərər vermək qorxusu arxa plana keçib: “Əvvəllər biz elə hərəkət etməyə çalışırdıq ki, mümkün qədər az mülki insana təsir edək, amma indi bu, müharibədir”. İsrail kəşfiyyatının keçmiş əməkdaşı Avi Melda da hazırda Qəzzada əsl irimiqyaslı quru əməliyyatının getdiyini deyib.

Xameneiyə müraciət: İranı müharibəyə sürükləmə!

İranın 80 yazıçı, ziyalı, tanınmış mədəni və siyasi xadimi ölkənin dini lideri Əli Xameneiyə açıq məktub yazaraq, onun yanlış siyasəti il bağlı xəbərdarlıq ediblər. Sozcu.az xəbər verir ki, bu barədə məktub müəllifləri sosial media hesablarında paylaşım ediblər. Məktubda Əli Xameneinin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı siyasəti tənqid olunub. İlahə Əmirintizam, Rza Əlixani və Əbdüləli Bazərqan kimi məşhurların imzaladığı məktubda Əli Xamenei “macəraçı” adlandırılıb. Onlar ölkə rəhbərindən macəraçı, düşünülməmiş və qeyri-milli mövqeyinə son qoymasını, ölkəni İsrail-HƏMAS müharibəsinə sövq etməməsini tələb ediblər.

Prezident Astanada antiterror tədbirlərindən DANIŞDI

Biz “Böyük Qayıdış” proqramını icra edirik. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri, Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”, - dövlət başçısı bildirib.

Serj Sarkisyan Şahramanyanla niyə təcili GÖRÜŞDÜ? - ƏTRAFLI

Separatçı Samvel Şahramanyan Ermənistanın keçmiş prezidenti, əli Xocalı sakinlərinin qanına bulaşmış Serj Sarkisyanla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Görüşün təfərrüatları barədə dəqiq məlumat verilmir. Bildirilir ki, təşəbbüs Serj Sarkisyandan gəlib. Görüş İrəvandakı “Mariott” Holetində keçirilib. Qapalı görüş təkbətək olub. Qəzetin ehtimalına görə, görüşün əsas müzakirə mövzusu Ermənistanda hakimiyyətin dəyişməsi məsələsi olub. Eləcə də Rusiyanın Cənubi Qafqazda sıxışdırlması siyasətinə etiraz olaraq Paşinyana güclü müqavimət yaratmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Qarabağ ermənilərinin Ermənistanda məskunlaşması problemləri də şərh olunub. Məsələ burasındadır ki, Serj Sarkisyan Samvel Şahramanyanı şəxsən tanısa da, münasibətləri elə də isti deyil. Ermənistanın 3-cü prezidenti Bako Saakyanla daha yaxın olub.

Mirzoyandan sərhəd açıqlaması: Yaxşı xəbər olacaq

Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. O deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İrəvan üçün çox vacibdir. A.Mirzoyan Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələrinin olduğunu da xatırladıb: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədinin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”. XİN başçısı vurğulayıb ki, Ermənistan 4 qonşusu (Azərbaycan, Gürcüstan, Türkiyə və İranı nəzərdə tutur - red.) ilə müntəzəm münasibətlərdə maraqlıdır.