"40 yaşında özünü ana kimi gerçəkləşdirə bilməyən qadın ev ocağının nə demək olduğunu bilmir..."
Rusiyada qızlara ali təhsil almaqdansa, uşaq doğmağa çağırış edilib
Çelyabinsk vilayətindən olan senator Marqarita Pavlova gənc qızlara ali təhsildən doğuşa yönəlməyə çağırış edib.
Sozcu.az xəbər verir ki, bu barədə o, "Tsarqrad" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
"Qızları ali təhsil almağa yönləndirməkdən əl çəkmək lazımdır. Ali təhsil alan, sonradan mahiyyətcə heç bir şeyə gətirib çıxarmayan gənclər yetişdirməkdən əl çəkilməlidir.
Onlar ya başqa ixtisaslar üzrə, ya da başqa bir sahədə işləməyə başlayır, sonra da özünə yer tapmaq üçün uzun illər lazım olur, nəticədə uşaq doğmaq funksiyası nəzərdən qaçırılır", - Pavlova deyib.
Onun fikrincə, hansısa "mifik inkişaf" dalınca qaçmaq deyil, ərslərin dərinliyinə nüfuz etmək lazımdır, çünki bəzən inkişaf "deqradasiyaya bərabərdir".
"Son 100 ildə inqilab səbənindən qadınlar işləmək imkanı qazanıb və az doğmağa başlayıb", - senator deyib və əlavə edib ki, zərif cinsin nümayəndələri öz üzərinə kişilərin funksiyasını götürüb, kişilər onlara qadın kimi baxmır.
Bundan başqa, Pavlova qeyd edib ki, hazırda valideynlər qızlarını əvvəlcə təhsil almağa, karyera qurmağa, mənzil almağa, sonra isə ərə gedib uşaq doğmağa yönləndirir.
Nəticədə 40 yaşında özünü ana kimi gerçəkləşdirə biməyən qadın "ev ocağının nə demək olduğunu bilmir". Senator əmindir ki, bu dəyərlər sistemini dəyişmək lazımdır.
"Bizi yanlış yola çəkməyə çox cəhdlər edilir, guya, demoqrafiyanı iqtisadi tədbirlərin köməyilə qaldırmaq olar, bunun üçün ailələrə daha çox müavinət, mənzil, maşın vermək təklif edilir.
Bizə deyirlər ki, bu amillər olmasa, gənclər uşaq doğmaq qərarına gəlməyəcək. Bu, tamamilə yanlış yoldur və Ərəb Əmirliklərinin təcrübəsi bunu sübut edir. Orada ailəyə hər cür dəstək göstərilir, lakin bu zaman doğuş əmsalı artmır", - Pavlova deyib.
Qızları "ali təhsil almağa yönləndirməkdən əl çəkmək lazımdır", çünki onlar doğmağı unudur", - senator bəyan edib.
Onun "zamanı geriyə döndərməkdə" ittiham olunmasından çəkinib-çəkinməməsi barədə suala cavabında senator deyib: "Burada qorxulu nə var ki?".
Məmur qadının özü 21 yaşında "sosial-mədəni sahədə sosial-psixoloq" ixtisası üzrə ali təhsil alıb.
Gələcək senator ərə gedib və ali məktəbi bitirdikdən dörd il sonra qızını dünyaya gətirib.
Bu zaman o, Çelyabinsk vilayətinin sabiq qubernatoru Mixail Yuryeviçin ailəsinə məxsus telekanalda işləyib.moderator)