“Rusiya əks-hücuma keçməyə çalışır, amma uğursuzdur" - Zelenski

Ukrayna Rusiyanın hücum cəhdlərinə baxmayaraq, addımbaaddım irəliləməyə davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski deyib. “Rusiya əks-hücuma keçməyə çalışır, amma uğursuzdur. Biz də istədiyimiz və ya gözlədiyimiz kimi elə sürətli irəliləmirik”, - Zelenski bildirib.

“Leyli və Məcnun” Təbrizdə tamaşaya qoyulur

Oktyabrın 16-da Təbrizin Tərbiyət Mədəniyyət Mərkəzində “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulacaq. Kult.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb. Bildirilib ki, tamaşanın səhnəyə çıxarılmasına bir həftə qalmış biletlərin hamısı satılıb. Yaqub Sədiq Camalinin rejissoru olduğu tamaşanın böyük maraq doğurmasının səbəbi səhnə əsərinin Azərbaycan dilində olması ilə əlaqələndirilir.

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfirliyi məlumat yayıb. Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub. *** HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı 1200 nəfərə qalxıb. Bu barədə ABŞ Prezidenti Co Bayden çıxışında bildirib. Onun sözlərinə görə, ölənlərdən 14 nəfəri ABŞ vətəndaşıdır. Qeyd edək ki, İsrail 7 oktyabrda HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə ordunun indiyə qədər 123 hərbçi itirdiyini açıqlayıb.

ABŞ-ın Cənubi Qafqazda yeganə məqsədi budur

ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. O qeyd edib ki, Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının təmin edilməsi vacibdir.

Bu gün ABŞ Ukraynaya 200 milyonluq yardımı elan edəcək

Bu gün ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb. Qeyd olunur ki, yeni yardım paketinin ümumi dəyəri 200 milyon dollara yaxındır: “Paketə "AİM-9 Sidewinder" raketləri, HİMARS üçün artilleriya sursatları, TOV tank əleyhinə raketlər, həmçinin 155 mm və 105 mm mərmilər daxildir”.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? – Paşinyandan CAVAB

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalıb-qalmaması məsələsi təkcə bizdən asılı deyil. Çünki biz bilirik ki, Rusiya bu mövzuda Azərbaycanla müəyyən müzakirələr aparır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib. “Paralel olaraq bizimlə də müzakirələr davam edir. Bu məsələdə konkret fikir bildirə bilmərəm. Sülhməramlıların Qarabağdan çıxacaqları halda Ermənistana gəlməsinə dair söyləntilər məntiqsizdir. Elə olacağı təqdirdə onlar Rusiyaya qayıtmalıdırlar. O ki qaldı, Gümrüdəki Rusiya hərbi bazasına, onun Ermənistanda olmasının səbəbləri hər kəsə aydındır. Bu səbəblər hələ də keçərlidir və biz onların çıxarılması ilə bağlı heç bir məsələ qaldırmırıq”, – Baş nazir bildirib.

ABŞ-ın aviadaşıyıcısı Şərqi Aralığa çatdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Gerald Ford” Aralıq dənizinin şərqinə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qeyd edək ki, ABŞ administrasiyası Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda regiona əlavə hərbi qüvvələr göndərir.

Paşinyan: “Bir neçə saata qoşunların yeri dəyişə bilər” – Ermənistan sərhədə ordu yığır?

“Hazırda nə Azərbaycan, nə də bizim tərəfimizdən sərhədə qoşun yığılmır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində bildirib. “Ötən gün ərzində sərhəddə sadəcə bir güllə açılıb. Bu eskalasiya vəziyyətinin demək olar ki, 0 olduğu mənasına gəlir. Sərhəddə heç bir gərginlik yoxdur. Lakin müasir dünyada hər an hər şey ola, bir neçə saata qoşunların yeri dəyişə bilər. Lakin Azərbaycanla məsələləri həll etsək, müharibənin mənası qalmayacaq”,- Paşinyan deyib.

HƏMASDAN tükürədici VƏHŞİLİK- Başı kəsilmiş 40 israilli körpənin cəsədi tapıldı

İsrail və Fələstin arasındakı münaqişədə baş verən cinayətlər dünyanı şoka salmağa davam edir. Bu dəfə bir kənddə başı kəsilmiş 40 israilli körpənin cəsədi tapılıb. Azyaşlıları HƏMAS üzvlərinin qətlə yetirdiyi bildirilir. Sözügedən hadisə dünya gündəmini zəbt edib. Hadisə yerinə gedən jurnalistlər baş verən məsələ ilə bağlı şok keçirdiklərini bildirib./Lent.az/

Gəncə terrorunun üçüncü ili...

Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il keçir. Sozcu.az xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Zelenski açıqladı: Bu ölkələrə taxıl dəhlizi açılır

Ukrayna yaxın zamanda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynadan Moldova və Rumıniyaya gedən taxıl dəhlizi tezliklə işə düşəcək”, - Zelenski bildirib.

Suriya İsraili raket atəşinə tutur

İsrail ərazisi Suriyadan raket atəşinə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, Suriyadan atılan bir neçə raket açıq əraziyə düşüb. Hazırda İsrail əsgərləri atəşin açıldığı məntəqələrə zərbələr endirir.

Yaxın Şərqə qoşun göndərməyə hazırıq - Bayden

ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, ABŞ bununla digərlərini gərginlikdən istifadə etməkdən çəkindirmək niyyətindədir.

ABŞ-dan İrana şok: Əgər bu işdə əlin varsa...

İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bildirib. "Mən burada heç bir siyasi qərar elan etmək üçün deyiləm, lakin bu pul dondurula bilər", - Kirbi deyib. Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər. Eyni zamanda o, bu vəsaitin indiyədək bir dinarının belə xərclənmədiyini vurğulayıb.

HƏMAS məqsədinə çatdı: Bir gündə öldürülən yəhudi sayı...

HƏMAS Suriya və Livanı İsrailə qarşı müharibəyə sürükləmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Maşa Mixelson bildirib. Mixelson qeyd edib ki, silahlılar İsraili bir dövlət kimi məhv etmək və mümkün qədər çox yəhudini öldürmək istəyirlər. Onun sözlərinə görə, silahlılar 24 saat ərzində İkinci Dünya müharibəsi dövründə hər gün olduğundan daha çox yəhudini öldürməklə öz məqsədlərinə qismən nail olublar.

İsrail Qəzzaya fosfor bombası atdı - Fələstin XİN

İsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib. Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.

İran darmadağın ediləcək – İsrail xəfiyyəsi

Hizbullahın İsrailə qarşı ikinci cəbhə açması ehtimalı qalmaqdadır, amma çox azdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi erməni mediasına açıqlamasında Hizbullahın İsrail ordusunun Qəzzaya quru əməliyyatına başlayacağı halda İsrailə qarşı hərbi əməliyyatlara qoşulacağı barədə açıqlamasını şərh edərkən deyib. Ekspert bildirib ki, buna cavab olaraq İsrail Hizbullahı məhv etmək üçün hərəkətə keçəcək: “İsrail Hizbullahı İranın yaratdığı və Tehrana tabe olan bir təşkilat kimi görür. Odur ki, hadisələr çox tez İranın özünə qarşı birbaşa hərbi əməliyyatlarla nəticələnə bilər ki, buna da böyük ehtimalla ABŞ da qoşulacaq. İran üçün bu, özünəqəsd ssenarisidir. İranın bütün siyasi, texnoloji, iqtisadi nailiyyətləri məhv ediləcək”. Kedminin sözlərinə görə, İranın özü məhv edilməyəcək: “Çünki o, güclü dövlətdir və bunu etmək mümkün deyil, lakin zərbələr ölkənin iqtisadiyyatı və infrastrukturu üçün ölümcül olacaq. Buna görə də Tehran, çox güman ki, Hizbullahın bu avantüraya cəlb olunmasına imkan verməyəcək”.

Netanyahunun oğlu döyüşə yollandı

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu 29 yaşlı Avner Netanyahu hərbi xidmətə çağırılaraq cəbhəyə yollanıb. Sozcu.az xəbər verir ki, bu barədə “İsrailin səsi” məlumat yayıb. Avner baş nazirin üç övladının ən kiçiyidir. Ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var. Avnerin dəqiq harada xidmət edəcəyi və antiterror əməliyyatı zamanı nə edəcəyi barədə məlumat verilmir.

Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün bunu edir - SENSASİON DETALLAR

“Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlar ziddiyyətləri artırır. Putinin “Valday”da dedikləri sülhməramlılara artıq ehtiyacın qalmadığı və Rusiyanın mövcud reallığı qəbul etdiyi fikrini önə çıxardı. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dünən bəyan etdi ki, “sülhməramlı kontingentə tələbat var, Qarabağda qalan ermənilərlə təmaslarda vasitəçilik edir, bununla yanaşı, gedənlər yenidən qayıda bilər və rus hərbçilərinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək””. Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, Rusiyanın sülhməramlıları bölgədən çıxarmaq istəmədiyi bəllidir: “Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri də sual altındadır. Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla, sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir: bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir; İkincisi, Xankəndidə qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır: ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir; Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir: gedən ermənilərin sülhməramlılara inamı qalmayıb, eyni zamanda qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir”. Ekspert “Rusiyanın sülhməramlılarla bağlı planı nədir?” sualını da cavablandırıb: “Lavrovun bu gün dedikləri bunu müəyyən qədər anlamağa imkan verir. Rusiyanın baş diplomatı bildirir ki, “İrəvan və Bakı iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır”. Bu açıqlamadan 2 nəticə çıxır: Birinci, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır: hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb, bu baxımdan sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir. İkinci, Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir: Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb, ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır, istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var. İkinci variant daha real görünür, lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi, yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək? Açıq qalan suallar var”.

Zaxarova: “Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, sülhməramlılar artıq bir sıra daimi və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar: “Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib; 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri (Nikol Paşinyan) Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri ciddi şəkildə tənzimləndi və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”. Zaxarova qeyd edib ki, Moskva Rusiya sülhməramlıları ilə bağlı fundamental məsələləri Bakı ilə müzakirə edir.

“Qarabağdakı erməni qüvvələrinin tərksilah olunması Sərkisyanın koordinasiyası və Köçəryanın iştirakı ilə razılaşdırılıb…”-İDDİA

Ermənistanın “Respublika naminə” partiyasının sədri Arman Babacanyan iddia edir ki, Qarabağın dağlıq hissəsindən “dağlıq Qarabağ müdafiə ordusu”nun silahlı birləşmələri” adlanan separatçı-terrorçu qüvvələrin tərksilah olunaraq ərazidən çıxarılması Rusiya “sülhməramlı”larının vasitəçiliyi, Xocalı caniləri olan terrorçu eks-prezidentlər  Serjik Sərkisyanın koordinasiyası və Robert Köçəryanın iştirakı ilə İrəvanda razılaşdırılıb.  Moderator.az xəbər verir ki,  "Aykakan Jamanak"ın yayğığı məlumata görə, bu barədə A.Babacanyan öz “Facebook” səhifəsində yazıb. “Sentyabrın 20-də sizin artsaxda seçdiyiniz hökumət rəhbərləri:  parlament sədri Davit İşxanyan, keçmiş prezidentlər Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, milli təhlükəsizlik xidmətinin direktoru, daxili işlər naziri, parlamentdəki “milli birlik” fraksiyasının lideri Samvel Babayan, İrəvanda bütün parlament fraksiyalarının liderlərinin, həmçinin Robert Köçəryanın iştirakı, Serj Sarkisyanın koordinasiyası və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə məşhur bəyanatı yayıblar ki, onun ikinci bəndində deyilir: “Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlılarının dislokasiya zonasından çıxarılması, Dağlıq Qarabağ Müdafiə Ordusunun silahlı birləşmələrinin buraxılması, tam tərksilah edilməsi və ağır texnika və silahların Dağlıq Qarabağ ərazisindən mümkün qədər tez çıxarılması barədə razılıq əldə olunub”,- deyə erməni partiya sədri yazıb. P.S. Əslində Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyandan da öncə Robert Köçəryan və Serj Sərkisyan hələ sovet dövründən “KQB”-nin, sonra da xüsusən Putinin dövründə “FSB”-nin sadiq nökərləri olduğu üçün Moskvadan əmr gələndən sonra onlar Ermənistan ordusunu da tərksilah etdirilməsinə razılıq verərlər… Onu da xatırladaq ki, sentyabrın 9-da Azərbaycan torpağında artıq külləri də sovrulmuş separatçı-terrorçu rejimin sonuncu "seçilmiş" qondarma "prezident"i Samvel Şahramanyanın da Serjik Sərkisyanın və deməli, dolayısıyla Rusiyanın "adamı" olması haqda informasiyalar yayılmışdı...

Türkiyə ordusu şəhid verdi

Türkiyə Ordusunun hərbçisi İraqın şimalında terrorçulara qarşı həyata keçirilən “Pəncə-Kilid” əməliyyatında şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçuların yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində çavuş Mustafa Çakmak həyatını itirib.

Hüquq müdafiəçisi: "Heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz"

“Azərbaycanda həbs edilən separatçılar saxlanma şəraitindən şikayət etmir, informasiya, kitab, qida ehtiyacları təmin olunur, vəkillə də təmin ediliblər, hətta Rubenin apelyasiya şikayətinə baxılıb. O deməkdir ki, onlar qatı cinayətkar olsalar da, Azərbaycan beynəlxalq konvensiyalara və qanunvericiliyə uyğun addım atır”. Sozcu.az xəbər verir ki, bu fikirləri tribunainfo.az-a Siyasi Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu deyib. Hüquq müdafiəçisi hesab edir ki, həbsdə olan Araik, Ruben, David, Bako və digərləri ilə ombudsmanlıq da maraqlanıb, bəziləri ilə görüş keçirilib. “Fikrimcə, bizə hər hansı beynəlxalq təsisat hər hansı irad tuta bilməz. Baxmayaraq ki, Avropa Parlamenti böhtanlarla dolu bədnam qətnamə qəbul etdi, yenə də heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz. İkincisi, saxlanan şəxslər separatizmin və terrorçuluğun əsas liderləridir. ABŞ-ın Quantanamo türməsində terrorçular var, amma heç bir Qərb təşkilatı onlarla maraqlanmır. O cəhətdən bizdən nəsə tələb etmələri absurddur. Azərbaycan antiterror tədbirlərini də beynəlxalq hüquqa uyğun həyata keçirib, terrorçuları da o qaydalar çərçivəsində həbs edib. Terrorizmə qarşı mübarizə aparan beynəlxalq koalisiya bizə minnətdar olmalıdır. Diqqət edin, nə Makron, nə başqaları həbs edilən araiklərə görə səsini çıxarmır. Çünki deməyə arqumentləri yoxdur”.

İsrail Qəzzanı şumlayır

İsrailin Qəzza zolağına endirdiyi zərbələrin nəticələrinin miqyası pilotsuz uçan aparatdan qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü yayılıb. Qeyd edilib ki, İsrail ordusu (ÇAXAL) hər 4 saatdan bir Qəzza zolağını kütləvi raket zərbələri ilə vurur.