Ərdoğan Kiyevə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır.

Sozcu.az xəbər verir ki, bunu “RBK-Ukrayna” portalına müsahibəsində bu ölkənin səfiri Nəriman Cəlal deyib.

O bildirib ki, səfər Ukraynanın Prezidenti Vladimir Zelenskinin dəvəti ilə reallaşacaq:

“Tərəflər arasında onun reallaşmasına mane olan çoxsaylı məsələlər var. Ona görə də bu səfər əhəmiyyətli səylərin göstərilməsini tələb edir”.

Share on Facebook