Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”

İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Zəngəzur dəhlizini təklif etməklə, bəzi dövlətlərin qeyri-qanuni məqsədləri barədə xəbərdarlıq edib.

Sozcu.az xəbər verir ki, o, "X" də qeyd edib:

“Bir daha öz maraqlarına dayaqlanıb regiona biganə olan bəzi dövlətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərə nail olmaq üçün hər qapını döyürlər. 

Sizə xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən istənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”.

Share on Facebook