Soçidə neft bazasına PUA zərbəsi - Yanğın olub

Soçidə neft bazasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib, yanğın olub.

Sozcu.az-ın xəbərinə görə, bu barədə regionun qubernatoru Veniamin Kondratyev Telegram-da paylaşım edib.

Qeyd edilib ki, Ukraynanın PUA zərbəsi nəticəsində "Rosneft-Kubannefteprodukt" neft bazasında həcmi 2000 kubmetr olan anbarda yanğın olub.

Share on Facebook