COP29-la bağlı məktəblər noyabrda 1 aylıq tətil edəcək? - AÇIQLAMA

“COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”.  Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib.  Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: “Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”.  K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: “Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”. 

Orban gözlənilmədən Ukraynaya getdi

Macarıstan Baş naziri Viktor Orban Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orban səhər Kiyevə yollanıb. Burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq”, - Havaşi bildirib.

Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi

Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. Sozcu.az APA-ya istinadən xəbər verir ki, yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar. Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər. Müraciəti ünvanlayanlar "bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə - Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi" Makrondan xahiş ediblər. Onlar Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.

Pentaqon Rusiyanın Ukrayna müharibəsində itkilərini açıqlayıb

"Ukrayna xalqı dəyanət göstərir, Ukrayna qüvvələri öz məharəti ilə dünyanı heyran edir..." "Müharibə başlanandan ən azı 350 min rusiyalı hərbçi qətlə yetirilib və yaralanıb..." "Təkcə 2023-cü ilin sentyabrından rusiyalı işğalçılar 2 600-dən çox döyüş maşını itirib..." Rusiyanın qəsbkar qoşunlarının Ukraynaya 2022-ci il fevralından tammiqyaslı hərbi müdaxiləsi başlanandan 350 mindən artıq hərbçisi həlak olub və yaralanıb. Moderator.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən Ukraynanın müdafiəsi məsələləri üzrə Təmas Qrupunun  ("Ramştayn-23") iclasında bəyan edib. Nazir o cümlədən deyib ki, Ukrayna qüvvələri ağır mübarizə aparır, Kreml isə Ukraynanın şəhərləri və mülki əhalisinin, o cümlədən Xarkovun bombardman edilməsini gücləndirməkdə davam edir. "Ukraynanın təcili olaraq öz səmasını müdafiə etmək üçün çoxlu sayda hava hücumundan müdafiə imkanlarına ehtiyacı var", - Ostin vurğulayıb. Eyni zamanda o, vurğulayıb ki, Ukrayna xalqı dəyanət və qalibiyyət nümayiş etdirir, Ukrayna qüvvələri öz məharəti ilə dünyanı heyrətə gətirir. "Ukrayna qoşunları Rusiyanın Xarkovda yeni hücumunu dəf edir və öz xəttdə, Ukraynanın şərqi və cənubunda möhkəm dayanıb", - Ostin qeyd edib. Onun sözlərinə görə, Rusiya diktatorunun Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən artıq 840 gün keçir. "Ukrayna müdafiəçiləri rusiyalı qəsbkarlarını heyrət doğuran itkilərə məruz qoyub. 2022-ci ilin fevralından ən azı 350 min rusiyalı hərbçi həlak olub və yaralanıb. Ukrayna qüvvələri Rusiyanın Qara dənizdə 24 gəmisini batırıb və ya zədələyib", - Ostin vurğulayıb. ABŞ müdafiə naziri əlavə edib ki, 2023-cü ilin sentyabrından Rusiya Ukraynanın cəbhə xəttində 2 600-dən çox döyüş maşınını itirib. Həmçinin təkcə may ayında rusiyalı qəsbkarlar Avdeyevkadan qərbə doğru irəliləməsi zamanı 160-dan çox döyüş maşınını itirib. "Bu, Rusiyanın Putinin imperiya ambisiyalarına görə ödədiyi bədəlin daha bir xatırlatmasıdır", - Ostin vurğulayıb. Bununla əlaqədar olaraq Ostin qeyd edib ki, beynəlxalq tərəfdaşlarının Ukraynaya dəstək verməsinə şübhə olmamalıdır. Rusiyanın Ukraynada itkiləri - Ukrayna Silahlı Qüvvələrinin məlumatı USQ Baş Qərargahının məlumatına görə, Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyanın döyüş itkiləri şəxsi heyətinin 522 810 nəfərini təşkil edib. Son sutka ərzində minədək rusiyalı qəsbkar məhv edilib. Rusiya döyüş meydanında 7928 tank, 15 208 zirehli maşın, 13 770 artilleriya sistemi, 1099 yaylım atəşli reaktiv sistem itirib.

“Artıq Paşinyan üçün o təhlükə sovuşdu...-Olaylar kulminasiya nöqtəsinə yaxınlaşır...”

“Paşinyan ilk növbədə ad çəkərək hadisələrin arxasında duranları ittiham etdi- Robert Köçəryanı və erməni katolikosu Qaregini... Amma maraqlıdır ki, o, Serj Sərkisyanın adını çəkmədi...” “Ən başlıcası da Paşinyan ona da nail olub ki, erməni cəmiyyəti yalnız müxalifət və hakimiyyətə münasibətdə deyil, həm də kilsəyə münasibətdə parçalanıb. Bütün səylərinə baxmayaraq, kilsə Paşinyana qarşı davamlı, kütləvi etirazlar təşkil edə bilmədi...” “İrəvanda baş verən hadisələr qəribə bir məcraya düşüb. Bunun qəribəliyi ondan ibarətdir ki, Paşinyana müxalif olan keşiş Qalstanyana dəstək verən qüvvələr artıq müəyyən bir limiti keçə biliblər. Görünən budur ki, hadisələrin axarında zəruri qüvvə toplayıb ölkədə dəyişikliyə və təbii ki, hakimiyyət dəyişikliyinə nail ola bilməyən müxalifət çalışır bir tərəfdən zorakılığa əl atmasın, çünki bu halda hakimiyyət də zorakılıqla cavab verəcəkdir. Digər tərəfdən isə onu da anlayır ki, bu gedişatla onun ciddi bir şansı yoxdur. Çünki müəyyən bir kritik kütlə toplaya bilmirlər”.  Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Lakin başqa bir tərəfdən də görünən odur ki, artıq hakimiyyət də, yəni Paşinyan hakimiyyəti kartları açmağa başlayır. Məsələn, əvvəllər Paşinyan özü də ümumi sözlərlə kifayətlənirdi. Lakin dünənki çıxışında bir xeyli sensasyon bəyanatlar verdi və o cümlədən də ilk dəfə baş nazirin dilindən açıq şəkildə bu hadisələrin arxasında kimlərin durduğu deyildi.  Paşinyan katolikos Qaregini və Robert Köçəryanı ittiham elədi. Əslində bu, belə də var- bu, sirr deyil. Paşinyan hökumətinin bəzi rəsmiləri bu barədə artıq danışmışdılar. Amma olaylar istənilən halda zorakı müstəviyə keçməyə başlayır. Baş nazir də bu haqda xəbərdarlıq etdi. Və Paşinyanı narahat edən məqamlardan biri də odur ki, müxalifət müvafiq güc toplaya bilməsə də, gündəmi öz xeyrinə yönləndirə bilibdi. Yəni Ermənistanda hazırkı gündəm etirazlardır, həmin etirazların təşkilatçılarıdır. Və bu proses davam etdikcə həm də onların populyarlığının artmasına gətirib çıxara bilər. Ona görə də Paşinyanın müxtəlif bəyanatlarla zəngin və yetərincə ciddi məqamlarla dolu dünənki çıxışı həm də gündəmi dəyişməyə yönəlmişdi. Və yüksək ehtimalla baş nazir buna nail ola bildi”, - deyə davamında analitik bildirib.  “Paşinyan ilk növbədə ad çəkərək hadisələrin arxasında duranları ittiham etdi- Robert Köçəryanı və erməni katolikosu Qaregini... Amma maraqlıdır ki, o, Serj Sərkisyanın adını çəkmədi. Belə görünür ki, Köçəryanla Sərkisyan arasında da etirazların təşkilinə və hətta ola bilsin, hədəflərinə dair müəyyən ziddiyyətlər var. Və Paşinyan bu şəkildə mesaj verməklə həmin ziddiyyətlərin varlığını üzə çıxarmağa çalışdı. Bu da, yəqin ki, Köçəryan və Sərkisyanın lideri olduğu siyasi blok və partiyaların üzvləri, onları dəstəkləyənlər arasında müəyyən bir etimadsızlıq yaratmağa yönəlmişdi... Ermənistan baş nazirinin bəyanatlarının sensasyon məqamlarından biri də o idi ki, o, bəyan elədi ki, mən Qarabağı vaxtında Azərbaycanın tərkib hissəsi kimi tanımalıydım. Bu da Ermənistanda gündəm olub və yəqin ki, olacaqdır. Çünki Paşinyan 2018-ci ildən danışırdı. Yəni demək istəyirdi ki, biz bununla müharibədən, ermənilərin Qarabağdan köç etməsindən də qaça bilərdik.  Və çox güman ki, bu məsələlər bir müddət Ermənistanın siyasi gündəminin əsas mövzularından olacaqdır”, - siyasi təhlilçi diqqətə çatdırıb. Analitik işarə edir ki, İrəvandakı son olayların gedişatına Ermənistan baş nazirinin növbəti dəfə çıxışında bir daha anti-Rusiya mövqeyi nümayiş etdirməsi fonunda İrəvanda Birləşmiş Ştatların həm hərbi, həm də siyasi dairələri ilə rəsmi görüşlər keçirilməsi də yetərincə təsir göstərir. “Amma hesab edirəm ki, Paşinyanın mayın 12-dəki çıxışında daha sensasyon bəyanat müxalif deputatlardan birinin sualını cavablandırarkən Ermənistan-Rusiya münasibətlərinə aid verdiyi bəyanat idi. Və erməni baş nazir ölkəsinin KTMT-dən çıxa biləcəyini vurğulamağa qədər irəli getdi. Bununla Paşinyan göstərdi ki, o heç ksədən çəkinmir, qorxmur və zamanı gələndə Moskvaya qarşı deyilən addımlar da atılacaqdır. Və artıq bunun anonsunu verdi...  Nəhayət, bilirik ki, dünənki hadisələrdən öncə ABŞ-la Ermənistan arasında həm hər iki tərəfdən hərbçilərin iştirakıyla, həm də Paşinyanın özünün ABŞ Dövlət katibinin müavini Ceyms O Brayenlə görüşündə strateji tərəfdaşlığa dair çox intensiv məsləhətləşmələr gedibdir...   Bir sözlə, görünən odur ki, Paşinyan hökuməti artıq qəti addımlar atmağa hazırlaşır. Çünki o, etirazçıları polisə güc tətbiqində ittiham etdi. Buradan belə qənaətə gəlmək olar ki, hadisələrin növbəti mərhələsində tərəflər artıq güc tətbiqinə hazırlaşırlar. Və bunun hansı nəticələr verəcəyini söyləmək çətindir. Ona görə ki, hələlik görünən budur ki, dediyim kimi, müxalifət kritik kütlə toplaya bilmir, iqtidar isə, baş nazirin dünənki çıxışından bəlli oldu ki,  bu etirazlara son qoymağa hazırlaşır. Yəqin ki, biz yaxın günlərdə, hətta ola bilsin, bu gün, yaxud sabah İrəvanda baş verən hadisələrin öz kulminasiya nöqtəsinə çatmasının  şahidi olacağıq. Lakin hər bir halda Paşinyan  hökumətinin etirazlar, fiziki təzyiq yolu ilə istefa verəcəyi görünmür. Artıq o təhlükə sovuşdu. Ən başlıcası da Paşinyan ona da nail olub ki, erməni cəmiyyəti yalnız müxalifət və hakimiyyətə münasibətdə deyil, həm də kilsəyə münasibətdə parçalanıb. Bütün səylərinə baxmayaraq kilsə Paşinyana qarşı davamlı, kütləvi etirazlar təşkil edə bilmədi. Və Paşinyan da bu məqamı gördü, seçdi və dediyim kimi, dünənki çıxışıyla artıq konkret ittihamlara keçdi. Bütün hallarda, mənə elə gəlir ki, bu həftənin sonunda Ermənistandakı hadisələrin sonluğu bəlli olacaqdır”, -deyə ekspert yekunlaşdırıb.

"Ukrayna Putini cavabsız olaraq alçaldır..." – "The Telegraph"

Kreml diktatoru Vladimir Putin zəifliyini nümayiş etdirdi... Ukrayna Rusiya tərəfindən yaradılmış və guya ciddi nəticələrə səbəb olmalı olan “qırmızı xətləri” pozmaqda davam edir. Lakin reallıq bunun əksini göstərir: Ukraynanın hərəkətləri Rusiya Federasiyasının ciddi qisas almasına səbəb olmur ki, bu da Kreml diktatoru Vladimir Putinin və onun hakimiyyətinin qətiyyətini şübhə altına alır. Sozcu.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazır. Ukrayna bu yaxınlarda Rusiya ərazisindəki hədəflərə, o cümlədən Rusiyanın ən yeni SU-57 qırıcısının məhv edildiyi Həştərxan vilayətindəki Axtyubinsk aerodromuna zərbələr endirmək üçün Amerika silahlarından istifadə edib. Bu hadisə “qırmızı xəttin” pozulmasının bariz nümunəsi oldu və Rusiya Federasiyasının öz ərazisində belə strateji obyektlərini effektiv müdafiə edə bilmədiyini nümayiş etdirdi. Kreml bundan əvvəl Rusiya hədəflərinə qarşı Amerika silahlarından istənilən istifadənin ciddi nəticələr verəcəyini bildirsə də, Rusiya tərəfinin faktiki hərəkətləri inandırıcı deyil. Bu, Putinin ölkə daxilində və beynəlxalq arenada nüfuzunu sarsıdır ki, bu da Rusiya Federasiyasının hazırkı münaqişədə zəifliyini bir daha vurğulayır. Ekspertlər qeyd edirlər ki, Ukraynanın taktiki uğurları və Rusiyanın çağırışlara adekvat cavab verə bilməməsi Moskvanın mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyini və Kremlə beynəlxalq təzyiqi artırdığını göstərir.moderator)

Radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək

Avropa Parlamentinə seçkilərlə əlaqədar dünən axşamdan bəri hay-küy var, amma yekun nəticəyə baxanda ciddi dəyişiklik olmadığını görürük.  Sağ mərkəz və sol mərkəzdən ibarət 2 ana blok – Avropa Xalq Partiyası (EPP) ilə Sosialist və Demokratların Proqressiv Alyansı (S&D) öz gücünü qoruyur. Hətta EPP alman xristian-demokratların qələbəsi sayəsində yerlərinin sayını artırıb. Yəni radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək.  Doğrudur, milli səviyyələrdə ifrat sağın yüksəlişi var, xüsusən Fransada Milli Birlik (keçmiş Milli Cəbhə) Partiyasının qələbəsini (31,5%) ayrıca qeyd etmək lazımdır. Lakin bu, dəhşətli bir sürpriz deyil, çünki Milli Cəbhə hələ 10 il əvvəl Fransada Avropa Parlamentinə seçkilərin qalibi olmuşdu. Partiyanın lideri Marin Le Pen sonuncu (2022) prezident seçkilərində 41,5% kimi çox yüksək səs almışdı Bir az da keçmişə getsək, xanım Le Penin atası və partiyanın qurucusu Jan Mari Le Pen 2002-ci prezident seçkilərində 2-ci tura çıxmışdı. Milli Cəbhə Fransa siyasətində 70-ci illərdən bəri mövcud olan realitedir və seçkidən seçkiyə bəzən səs artırır, bəzən yerində sayır. Onun ənənəvi dəyərlərin, milli identikliyin, fransız mədəniyyətinin qorunmasına, milli suverenlik, antiqlobalizasiya və avroskeptisizmə əsaslanan proqramı və islamofobik fikirləri Fransa toplumunda hər zaman özünə dəstək tapıb.  Son prezident seçkilərindən sonra M.Le Pen sədrliyi 27 yaşlı (indi 29) Jordan Bardellaya ötürdü və o vaxtdan partiyanın siyasətində müəyyən korrektələr gözə çarpır. Məsələn, vaxtilə Rusiya bankından kredit almış və Putinə simpatiyasını gizlətməyən Le Pen Ukraynada müharibə başladıqdan sonra Rusiyanı birmənalı qınadı. Ötən həftə Zelenski Fransa parlamentində çıxış edərkən onu ayaqda alqışlayanlar arasında Le Pen də var idi. Atası əlcəzairli, anası italyan olan fransız millətçisi mösyö Jordan Bardella Ukraynaya hərbi yardımın əleyhinə olmadıqlarını deyir, sadəcə, onun fikrincə, bu siyasəti ehtiyatla aparmaq lazımdır ki, Fransa nüvə dövləti Rusiya ilə üz-üzə gəlməsin. Bütün bunlar Milli Birliyin müəssəs-nizamla mümkün qədər uyum içərisində çalışmaq niyyətindən xəbər verir.  Şübhəsiz ki, son illər kəskinləşən illeqal miqrasiya məsələsi və onun yaratdığı çeşidli problemlər (o cümlədən asayiş və təhlükəsizliklə bağlı) Fransa başda olmaqla, qitə Avropasında bəzi əhali təbəqələrinin millətçi-mühafizəkar qüvvələrə yönəlməsini şərtləndirən başlıca faktordur. Almaniya da bu baxımdan istisna deyil. Orada radikal sağçı AfD (Almaniya üçün Alternativ) 16%-lə ikinci oldu. Bu partiyanın yüksəlişinin yeganə səbəbi miqrant problemi deyil. AfD-nin əsas elektoral bazası şərq torpaqlarıdır, yəni keçmiş ADR coğrafiyası. Birləşmədən sonrakı dövrdə ölkənin şərqi ilə qərbi arasındakı sosial-iqtisadi inkişaf fərqləri hələ tam aradan qaldırılmayıb. İki fərqli sistemdə uzun müddət yaşadıqları üçün insanlar arasında mentalitet fərqi də var - şərq liberal dəyərlərə daha məsafəlidir. Bu sosial-iqtisadi və mental disbalans qeyri-sistem partiyalarını böyüdən amillərdən biridir. Amma AfD-nin aldığı nəticəni də tükürpədici sensasiya kimi təqdim etməyə ehtiyac yoxdur. Bir neçə ay əvvəlki sorğularda bu partiya hətta 22%-ə yüksəlmişdi, sonda 16%-lə kifayətləndi.  Onu da qeyd etmək lazımdır ki, Şröderin 5 illik, Merkelin 17 illik idarəçiliyi nəticəsində “Deutschland”dən “Gazpromland”ə çevrilmiş ölkə ötən 2 ildə radikal dönüş yaşadı (Zeitenwende) və Rusiyadan enerji asılılığına son qoymaq istiqamətində siyasət apardı. Uzun illər ucuz rus qazından faydalanan alman sənayesi və ev təsərrüfatları bu “iynə”dən vaz keçilməsinin fəsadlarını yaşadı. Qiymət artımları və inflyasiya baş verdi, bu da əhalinin narazılığını artırdı. Nəticədə qırmızı-sarı-yaşıl koalisiyanın səsləri azaldı.     Son olaraq, Macarıstanda Viktor Orbanın partiyası “Fidesz”in ötən seçkilərlə müqayisədə 9% səs itirməsi də diqqətəlayiq nəticələrdən biridir. Belə görünür ki, Orbanın və partiyasının qarşısına nəhayət ki, ciddi rəqib çıxmaqdadır. Daha əvvəl “Fidesz”in üzvü olmuş və müxtəlif vəzifələrdə çalışmış, həyat yoldaşı isə ədliyyə naziri olmuş 43 yaşlı Peter Madyar son aylar ölkədə sürətlə populyarlıq qazanıb. Onun faktiki lideri olduğu “Tisza” Partiyası dünən 30% səs aldı. P.Madyar Orban hökumətini sərt tənqid edir və Avropa Birliyi ilə münasibətlərin təkrar istiləşməsinə tərəfdardır. Şahin Cəfərli, politoloq

Qordon: “Beş aydan sonra Krıma girəcəyik”

Yaxın gələcəkdə Krım ərazisindəki bütün hədəflər, eləcə də Krım körpüsü vurulacaq. Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon bildirib. “Əgər bərə keçidləri, körpü yoxdursa, bütün hərbi hədəflər vurulubsa, Rusiya nə edə bilər? Sadəcə, qaça bilərlər. Bunu da edəcəklər. Ona görə də Ukraynanın 5 ay ərzində Krıma girəcəyini düşünürəm”, – Qordon bildirib.BakuPost)

"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”

“Rusiyada etirazçıların kobud zorakılıqla dağıdıldığı, qətlə yetirilən müxalifətçinin dəfn mərasimi polisin qəddar nəzarəti obyektinə çevrildiyi halda digər ölkələrdə müxalifətin sıxışdırılması barədə danışmaq ən azı əxlaqi deyil. Rusiyada müxalifətçi küçədə, həbsxanada öldürülür, zəhərlənir...” "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Gürcüstanda və Ermənistanda baş verən daxili siyasi proseslərlə bağlı qiymətləndirməsi zamanə  “polisin kobud güc tətbiq etməsi”ndən “ narahatlıq ” keçirir, Gürcüstanda baş verənləri isə sadəcə “Qərb tərəfindən səs-küy salınması” adlandırır. Zaxarovanın bəyanatları bir daha və qəti şəkildə sübut etdi ki, hazırda Ermənistanda baş verən qondarma müxalifət proseslərinin arxasında kim dayanır və mənim  Zaxarovanın həm siyasi, həm də insani cəhətdən müdafiə etdiyi insanlara yazığım gəlir". Moderator.az xəbər verir ki, politoloq Edqar Arakelyan Arakelyan “Haykakan Jamanak” qəzetinə açıqlamasında belə deyib.  Onun fikrincə, Rusiya Federasiyasının rəsmi nümayəndəsinin Ermənistanda baş verən hadisələrə siyasi qiymət vermək və müxalifətə qarşı repressiyalardan istifadə edildiyini bəyan etmək hüququ yoxdur. Çünki Rusiyanın özündə müxalifət yoxdur,  çünki orada müxalifət ya küçədə, ya da həbsxanada öldürülür.  “Hesab edirəm ki, xanım Zaxarovanın bu cür hadisələr, təzyiqlər, zorakı və ya qeyri-zorakı üsullardan danışmağa da mənəvi haqqı yoxdur” deyən Arakelyanın sözlərinə görə, Zaxarovanın açıqlamaları bir daha sübut edir ki, bu gün guya sərhədin demarkasiyası və ya delimitasiyasına qarşı mübarizə aparmaq üçün çıxan qüvvələri Rusiya Federasiyası yönləndirir və onlara rəhbərlik edir. “Təəssüf ki, Erməni Apostol Kilsəsi baş ruhanisi də digər din xadimləri ilə birlikdə həmin gücün nümayəndələridir. Kilsə bu proseslərə girdiyi üçün siyasi partiyaya çevrilib və bütün bu qiymətləndirmələr kilsəyə verilən siyasi qiymətlərdir. Zaxarovanın bəyanatı Ermənistanın daxili siyasi proseslərinə birbaşa müdaxilədir, bundan sonra yeganə daha birbaşa müdaxilə ola bilər. Yəni bircə o qalıb ki, Zaxarova şəxsən gəlib bu proseslərdə keşiş Baqratla birlikdə iştirak etsin”, - politoloq deyir. Eyni zamanda, Arakelyan qeyd edir ki, Zaxarovanın zorakılıqla bağlı iddialarından asılı olmayaraq, polis müstəsna olaraq qanun çərçivəsində hərəkət edib. “Polisin funksiyası qanun çərçivəsində ictimai asayişi qorumaqdır. Hər ay, iki aydan bir, hətta mövsümi olaraq ölkədə hansısa siyasi eskalasiya ola bilməz, bəziləri çıxıb ölkədə asayişi pozur, yolları bağlayır. Əgər onların ictimai dəstəyi olsaydı, proses başqa məcrada gedəcəkdi. Üstəlik, polis də çox səy göstərmir, bu proses sönükləşib və təbii olaraq sönür. Biz görürük ki, bu gün cəmi bir neçə yüz insan küçələrdə toplaşır və bunu hansısa “xalqın müqəddəs mübarizəsi” adlandırmaq günahdır və reallığa uyğun gəlmir”, - deyə politoloq diqqətə çatdırır.  O, bir daha xatırladır ki, məsələn, Rusiyada hətta plakatda nəsə yazaraq etirazını bildirən şəxsləri həbs edirlər. “Rusiyada etirazçıların kobud zorakılıqla dağıdıldığı, qətlə yetirilən müxalifətçinin dəfn mərasimi polisin qəddar nəzarəti obyektinə çevrildiyi halda digər ölkələrdə müxalifətin sıxışdırılması barədə danışmaq ən azı əxlaqi deyil. Rusiyada müxalifətçi küçədə, həbsxanada öldürülür, zəhərlənir. Nemtsovun nümunəsi, ən sonuncusu, Navalnının nümunəsi və hazırda həbsdə olan, mühacirətdə və ya qaçqın olan bir çox müxalifətçinin nümunəsi ortalıqdadır”,- Arakelyan belə deyib.

ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir

ABŞ-dan Ukraynaya yardımın ayrılması artıq döyüş meydanındakı vəziyyətə təsir edib. Bu, Müdafiə Qüvvələrinə mərmilərin istifadəsini artırmaq imkanı verib. Bunu “Aydar” batalyonunun keçmiş tağım komandiri Yevgeni Dikiy deyib. Qeyd olunur ki, cəbhədə vəziyyət ağır olaraq qalır, lakin ruslar heç bir bölgədə onu yarıb keçə bilməyib: “Artilleriya mərmilərinin və minaların istifadəsinə dair çox ciddi məhdudiyyətlər var idi. İndi bu ehtiyatları istifadə etməyə icazə verildi".

Kürd Əmir, yoxsa “Kür dəymir”? - Adı mübahisə doğuran KÜRDƏMİR

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Kürdəmiri seçdik.  Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var: Bir ehtimala görə, Kürdəmir "Kür" və "Dəmir" sözlərinin birləşməsindən yaranıb. "Kür" sözü çılğın anlamını, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi obanın başçısının adını daşıyır.  Başqa versiyaya görə, guya rayonun adı Kürd Əmir və ya Qurd Əmir ləqəbli tayfa başçısının adı ilə bağlıdır.  Tarixçi Nazim Tapdıqoğlunun "Kürdəmir rayonunun toponimləri" kitabında isə yazılıb ki, Kürdəmir toponimi “Kürün dəymədiyi yer”, yəni "Kür dəymir" kimi mənalandırılır. Modern.az-ın əməkdaşı mövzu ilə bağlı müxtəlif şəxslərin fikirlərini öyrənib. Rayonu Milli Məclisdə təmsil edən deputat Əminə Ağazadə "Kürdəmir" adı ilə bağlı bir neçə versiyadan danışıb: “Bu ad kürd tayfalarının köçdüyü yer kimi də izah olunur. Ehtimal olunur ki, burada vaxtiylə müəyyən qədər kürd tayfaları yaşayıb.  Kür çayının 35 kilometrliyindən keçdiyinə görə “Kürün dəymədiyi” ifadəsi də var. Rayon camaatının, Kürdəmirlə bağlı araşdırma aparan şəxslərin böyük əksəriyyətinin fikri ondan ibarətdir ki, “Kür dəymir” ifadəsi daha uyğundur. Ancaq konkret olaraq bu versiyalar elmi cəhətdən təsdiqini tapmayıb. Bunlar fərziyələrdir". Əslən Kürdəmirdən olan filologiya elmləri doktoru, professor Vaqif Sultanlı:  “Bölgənin adı ilə bağlı qədimlik elementi əsas faktorlardan biri və ən önəmlisidir. Kürdəmirə gəlincə burada ən qədim elementi çayla bağlıdır. Ən çox üzərində dayanılan versiya “Kür dəymir” mənasıdır.  Başqa mənalara yozmaq cəhdləri olur, ancaq hesab edirəm ki, bu daha məntiqlidir. Rayon Kür çayının kənarında yerləşdiyinə görə, bu ad “Kür dəymir” anlayışına uyğundur. Başqa hansısa formada yozulması fikrimcə, yanlışdır. Bu ad tarixi bir addır, belə də qalmalıdır. Sovet İmperiyası dövründə Azərbaycanın rayonlarına, şəhərlərinə milli tarixlə, bölgənin coğrafiyası ilə əlaqəsi olmayan adlar qoyulmuşdu: Puşkin, Jdanov, Xanlar, İliç, Qasım İsmayılov, Əli Bayramlı və s. Bu rayonların adlarının dəyişdirilməsi o dönəmdə çox zəruri idi. Bəzilərinə çox yaxşı adlar seçildi, daha doğrusu tarixi adları bərpa olundu. Beyləqan, Biləsuvar, Qəbələ adlarının bərpası çox doğru addım idi. Ancaq bəzi yanlış məqamlar da var. Məsələn, Mərəzənin adını dəyişdirib Qobustan qoyublar. Duvannı qəsəbəsinin adı da Qobustandır. İkisi də qəsəbə-şəhər tipindədir. Əli Bayramlının adını Şirvan qoyublar, bu dəyişməlidir. Çünki Şirvan bölgə adıdır. Bölgənin adını şəhərə qoymaq çox uyğunsuz və yanlış addımdır”. Kürdəmirdən olan hərbi ekspert Ədalət Verdiyev də rayonun adının hardan gəldiyi ilə bağlı fikirlərini bölüşüb: "“Kürdəmir" sözünün mənbəyinə aid müxtəlif versiyalar mövcuddur. Ancaq həm mütəxəssislərin, həm də real hadisələr fonunda "Kürdəmir" sözünün “Kürün dəymədiyi” ərazi fərziyyəsi özünü daha qabarıq şəkildə göstərir. Mənim də xatırlayıram ki, uşaq vaxtlarımda və ondan sonrakı dövrdə Kür çayının daşması ilə rastlaşmışıq, lakin bu proseslər, fəlakətlər zamanı heç vaxt Kür daşqınları Kürdəmir rayonu ərazisinə qədər gəlib çıxmamışdı. Ona görə real hadisələrin əsasında “Kürün dəymədiyi yer “ ifadəsi daha doğrudur”.

İranın yalanı ifşa oldu: Hanı ölən diplomatlar?

1 apreldə İsrailin dəqiq zərbələrlə Dəməşqdəki İran konsulluq binasını vurması barədə Tehranın yaydığı məlumat elə həmin gün İsrail Teleqram kanalları vasitəsilə təkzib olundu. Sozcu.az xəbər verir ki, qısa müddət sonra İsrail rəsmiləri də İranın səfirlik və ya konsulluq binasına hücum edilmədiyi, SEPAH-ın qərargah kimi istifadə etdiyi binanın hədəf alındığını açıqladı. Əslində, İsrail haranı vurub? 1 apreldə, zərbədən dərhal sonra İranın Suriyadakı səfiri Hüseyn Əkbəri açıqlama verərək, İsrailin F-35-lərdən atdığı 5 raketlə İran səfirliyinin yanında yerləşən konsulluq binasını darmadağın etdiyi, nəticədə iranlı diplomatların öldüyünü açıqladı. İran səfiri SEPAH zabitlərinin ölümü ilə bağlı bircə kəlmə də demədi, yalnız iranlı diplomatların ölümündən bəhs etdi. Saylarına gəldikdə isə bildirdi ki, 5-7 adamın öldüyünü təxmin edirlər, dəqiq rəqəm dağıntılar tam təmizləndikdən sonra üzə çıxacaq. Ancaq aradan iki gün keçməsinə baxmayaraq, İran ölən diplomatlarından birinin də adını açıqlamayıb. Məgər iki gündür dağıntıları təmizləmək mümkün olmayıb, yoxsa diplomatları sayıb, kimin “yoxa çıxdığını” tapa bilmirlər? Əvəzində isə dini liderləri Xamenei də daxil olmaqla, SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabitinin – müşavirlərin ölümü təsdiqlənib və onların adı da açıqlanıb. Maraqlıdır: SEPAH hücumdan dərhal sonra ölən generallarının və zabitlərinin adını, rütbəsini elan edə bilir, İran səfirliyi ölən diplomatlarının sayını və kimliklərini iki gündür tapa bilmir? Heç “itkin düşənlər” haqda da məlumat yoxdur. Ümumiyyətlə, səfir xaricində İran rəsmiləri diplomatların ölümü haqda niyə danışmırlar? Ona görə də sual yaranır: Konsulluq binası vurulursa, niyə ölənlər SEPAH generalları və zabitləridir? Necə ola bilər ki, konsulluq binası yerlə-yeksan edilir, ancaq bir diplomatın da burnu qanamır? Anlaşılan odur ki, İran və Kanada səfirliyinin ortasında yerləşən və “İran konsulluğu” adı altında fəaliyyət göstərən bina həqiqətən SEPAH-ın istifadə etdiyi qərargah olub. İsrail bu maskalanmış-gizlədilmiş qərargahı aşkarladıqdan sonra isə idealcasına dəqiq zərbə endirib. Elə bir zərbə ki, bunun nəticəsində nə İran səfirliyinin əməkdaşları ziyan görüb, nə də Kanada. Hətta zərbə istiqaməti də o qədər dəqiq seçilib ki, dağıdılan binanın “dalğası” yalnız İran səfirliyinin binasına ziyan verib, Kanada səfirliyinə isə “toz da qonmayıb”. Beləliklə, İranın “Konsulluq binası vurulub” təbliğatı özünü doğrultmur. O ki qaldı İranın öz diplomatlarının ölümünü qəsdən gizlətməsi haqda versiyaya, bu, inandırıcı deyil. Əlbəttə, diplomatların ölümü artıq İranın dərhal cavab zərbəsi endirməsini vacib edir. SEPAH zabitlərinin ölümü isə “hərbi qarşıdurmadır”, İrana hücum sayılmır və bunun qisası “üçüncü ölkələrdə” nə vaxtsa verilə bilər. Digər tərəfdən, diplomatların ölümünü açıqlanmaqla Tehran İsrailin konsulluğa hücum etmədiyi arqumentini gücləndirir - birbaşa konflikdən qaçmaq məqsədi ilə. Ancaq bu ehtimal, dediyimiz kimi, çox cüzidir: çünki hansısa diplomatı ölsəydi, İran bundan beynəlxalq miqyasda İsrailin cinayətkar hücumunu ifşa etmək üçün istifadə edə bilərdi. Əvəzində isə İranın “konsulluğa hücum edilib” tezisini davam etdirməyə çalışdığı, əvəzində isə SEPAH zabitlərindən başqa ortaya “meyit qoya bilməməsinə” şahid oluruq. Demək, binanın SEPAH qərargahı olması dəqiqdir!axar)