İranın nüvə proqramı ilə bağlı vəziyyət pisləşir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron qeyd edib ki, nüvə proqramının sürətləndirilməsi Qərbi kritik nöqtəyə çox yaxınlaşdırır.
Peskov təyyarənin vurulmasına görə Azərbaycandan üzr istəməklə bağlı məsələyə münasibət bildirərkən deyib ki, istintaqın nəticəsi məlum olmayana qədər bunu etməyəcəklər. Lakin Rusiyanın istintaqın nəticəsindən sonra da üzr istəmək və günahkarları cəzalandırmaq istəmədiyi görünür. Bunu Peskovun açıqlamasındakı bir detal da deməyə əsas verir. Kremlin sözçüsü fikrinin davamında bildirir ki, “bunu edə biləcək (yəni istintaqı apara biləcək) aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”. Bu o deməkdir ki, Rusiya tərəfi “yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək” niyyətindədir. Moskvadanın üzr istəməkdən yayınmaq üçün istintaqı nəticələrinə təsir etmək cəhdləri də müşahidə edilir. Bu kontekstdə üç məqam xüsusilə diqqət çəkir. - Kadırov Bakıya yaralılara və həlak olanların ailələrinə kömək təklifi edib: bu, Rusiya rəhbərliyinin göstərişi ola bilər və məqsəd məsələnin ciddiliyini Bakı-Qroznı marşrutuna endirmək, məsuliyyəti Kadırovun üzərinə qoyaraq, həll etməkdir; baş verənlərə görə Kadırov məsuliyyət daşıyır, çeçen liderin qardaşı oğlunu təltif etməsi həm də təyyarənin vurulduğunun dolayısı ilə etirafı hesab oluna bilər, lakin Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir; - Rusiya və Qazaxıstanın hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılma təklifi reallığın gizlədilməsi və Moskvanın istədiyi nəticənin çıxarılması məqsədi daşıyır; - Və nəhayət, hökumətdəki mənbələrin təyyarənin vurulduğu faktını mediada təsdiq etməsi, eləcə də Azərbaycanın hər iki təklifdən – Kadırovun yardım və məsələnin MDB müstəvisinə çıxarılması – imtina etməsi o deməkdir ki, rəsmi Bakıda baş verənlərin Rusiya tərəfindən gizlətmək cəhdinə dair məlumatlar var; Bu məqamlar fonunda “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrovun açıqladığı “duman” iddiasını təkrarlaması Moskvanın gerçək niyyətinin rəsmi şəkildə elan edilməsidir. Lakin Bakının hadisənin və “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılması tələbi Moskvanı fakt qarşısında qoyacaq. Rusiya üçün bu məsələdən yeganə çıxış yolu etiraf etmək və Azərbaycandan üzr istəməkdir. Asif Nərimanlı
Suriya Prezidenti Bəşər Əsəd rejiminin süqutu Rusiyanın Suriyadakı hərbi varlığını sual altına qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business Insider) nəşri yazıb. Bildirilir ki, bu, Rusiyanın gücünü Yaxın Şərqdə və onun hüdudlarından kənarda genişləndirmək qabiliyyətini də təhdid edir. "Bu, onlara (ruslara - red.) güclü zərbədir. Suriya onların ən etibarlı ərəb müttəfiqi idi", - bunu Ekstremizmlə Mübarizə Layihəsinin baş məsləhətçisi Edmund Fitton-Braun deyib. Qeyd edək ki, 2017-ci ildə Suriya hərbi yardım qarşılığında Hmeymim aviabazasını və Tartusdakı dəniz bazasını 49 il müddətinə Rusiyaya icarəyə verib. Rusiya bu bazalardan Aralıq dənizi və Afrikadakı qüvvələri, həmçinin NATO-nun cənub cinahına qarşı çıxmaq üçün istifadə edib.
Əsəd rejiminin çox qısa müddət ərzində müqavimətsiz düşməsi faktı insanlarda belə bir düşüncə yaratdı ki, guya Rusiya Suriyanı Qərb blokuna təslim etdi, əvəzində isə gələcək danışıqlarda Ukraynanın təslimiyyətini əldə edəcək. The Washington Post yazır ki, Suriya müxalif qüvvələrin hücumuna bir neçə həftə qalmış Bayden administrasiyası BƏƏ vasitəsilə Əsədə saziş təklif etmişdi. Əsəd İranın Suriya üzərindən "H*zbullah"ı silahlandırılmasının qarşısını almalıydı, əvəzində isə Bayden administrasiyası Suriyadan bəzi sanskiyaları ləğv edəcək idi. Əsəd bu təklifi rədd etdi. Bundan əlavə, müxalif qüvvələrin hücumuna bir neçə gün qalmış Ərdoğan da Əsədə mesaj göndərmişdi. Ərdoğanın xahişlərindən biri, Türkiyəyə sığınmış suriyayalıların bir qisminin qayıdışı üçün şəraitin yaradılması idi. Əsəd bu təklifi də rədd etmişdi. Nəticə etibarı ilə Əsədin devrilməsində maraqlı olan bir neçə dövlətdən ibarət koalisiya formalaşdı: ABŞ, İsrail, Türkiyə. Türkiyənin dəstəklədiyi və ABŞ-ın dəstəklədiyi qüvvələrin irəliləməsilə yanaşı, İsrail da hərbi əməliyyatlardan kənar deyil idi. İsrail HHQ çox intensiv şəkildə "H*zbullah"a və əsədçilərə aid olan hədəflərə zərbələr endirirdi. WSJ xəbər verir ki, Əsədin köməkçiləri Əsədə ABŞ, Türkiyə və İsraillə razılığa gəlməyə məsləhət görürdülər, amma Əsəd Trampla daha əlverişli razılığa gələ biləcəyini düşünürdü, bu səbəbdən də gözləyirdi. Nəticə göz qabağındadır. Suriyanın Rusiya üçün xüsusi önəmi var idi. Rusiyanın Suriyadaki Hmeymim və Tartus bazaları vasitəsilə Əsəd rejiminə dəstəklə yanaşı, Rusiyanın Afrikada başqa qüvvələrə də dəstəyi həyata keçirilirdi. Söhbət Liviyada Xəlifə Həftar, Sahel regionunda bir neçə xunta, Mərkəzi Afrika Respublikası, Sudan və digər qüvvələrdən gedir. Rusiya üçün Hmeymin bazasının gələcəyinin naməlumluğu, onun Afrika və Yaxın Şərqdəki geosiyasi mövqelərinə bütövlükdə sarsıdıcı zərbədir. Bu gün Rusiya propaqandası Suriyada öz dağıdıcı fiaskosuna bəraət qazandırmaq üçün info məkana "Suriyanı Ukraynaya dəyişdik" kimi absurd tezisləri buraxır. Bunun ehtimalı 0.0%-dir ən azı ona görə ki, Suriya və Ukrayna məsələlərində geosiyasi oyunçuların koloriti fərqlidir. Suriyada bu oyunçular: İran, Rusiya, Türkiyə, ABŞ və İsraildir. Ukraynada geosiyasi oyunçular: ABŞ, Rusiya, Çin və Avropadır. Əsəd rejiminin bu dərəcədə sürətli çöküşünün 2 fundamental səbəbi var: 1) ABŞ, İsrail və Türkiyənin Suriyada maraqlarının üstə-üstə düşməsi. 2) Rusiya və İranın siyasi/hərbi/iqtisadi/geosiyasi mövqelərinin zəifləməsi nəticəsində Əsəd rejimini qoruya bilməməsi. Suriyada maraq dairələrin yeni bölüşdürülməsi olacaq, amma "pay bölücüləri" arasında Rusiya və İran olmayacaq. Kamran Cəfərov, politoloq
İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer zonasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qolan təpələrində yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək lazımdır”, - məlumatda deyilir. Hərbçilər xüsusi olaraq qeyd ediblər ki, İsrail Suriyada baş verənlərdə iştirak etmək niyyətində deyil: “Biz vurğulayırıq ki, ÇAXAL Suriyadakı daxili hadisələrə qarışmır”. Qeyd edək ki, daha öncə "Tayms of İsrail" nəşri İsrail tanklarının Suriya sərhədini keçdiyi xəbərini yayıb.
Fransa Prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Fransanın məşhur "Yelisey" sarayında baş tutacaq. Ukrayna Prezidenti Volodimir Zelenski və Donald Trampın ikitərəfli görüş keçirib-keçirməyəcəyi isə hələlik mətbuata açıqlanmayıb.
Son vaxtlar ölkədə piyadavurma hadisələrinin sayı artıb. Elə bu gün Dövlət Yol Polisi də bununla bağlı əhaliyə müraciət edib. Bildirilib ki, piyadavurma hadisələrinin sayının artmasının əsas səbəbi hava şəraiti və yolların sürüşkən olmasıyla bağlıdır. Təkcə son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb. Ancaq piyada ölümləri yalnız hava şəraiti ilə bağlı deyil. Burada sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etməmələri, eləcə də digər amillər ciddi rol oynayır . Bəs, piyada ölümlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakupost.az -a açıqlamasında bildirib ki, piyada ölümlərinin qarşısını almaq üçün müasir yanaşmalar tətbiq olunmalıdır: "Qəzalar dünyanın hər yerində baş verir. Səbəblər müxtəlif ola bilər, amma ayrı-ayrı ölkələrin bu məsələyə yanaşması fərqlidir. Vision Zero konsepsiyası mövcuddur - ölüm hallarına sıfır dözümlülük siyasəti. Yəni qəza qaçılmazdır, lakin qəzanın nəticəsi olaraq insanlar yollarda ölməməlidir. Bunun üçün Azərbaycanda görülən işlərin davamı gəlməlidir. Məsələn, sürəti azaldan qərarlar qəbul edilib, nişanlar qoyulub, cərimə balları artırılıb və ya yağışlı havada sürətin azaldılmasının vacibliyi tablolarda əks olunub. Lakin fiziki olaraq sürətli sürməmək üçün yetərincə tədbirlər görülməyib”. Ekspert qeyd edib ki, piyada keçidlərinin təhlükəsizliyi artırılmalı, şəhər daxilində zolaqların enləri daraldılmalıdır: “Şəhər daxilindəki küçələrdə zolaqlar daha genişdir. Zolaqların ensizləşdirilməsi əməliyyatı aparılmalıdır. Bəzi prospektlərdə bunu görmək mümkündür. Məsələn, 8 Noyabr prospektində bu addım atılıb, amma bütün şəhərdə həyata keçirilməlidir. Zolaqlar ensizləşdirildikdə kanallaşma təmin edilir, yəni sürücülərin yanlış manevr etməsi mümkünsüz olur. İki zolaqdan artıq olan prospektlərdə, eyni səviyyəli piyada keçidlərində təhlükəsizlik adacıqları qurulmalıdır. Piyada küçəni tam keçə bilməsə belə, həmin adacıqlarda özünü təhlükəsiz hiss edir və avtomobilin keçməsini gözləyir. Bu adacıqlar olmadıqda, sürücülər sürəti artırır və piyadaların yanlış hərəkət etməsi ilə qəzalar qaçılmaz olur. Bundan əlavə, piyada keçidlərinin işıqlandırılmasına diqqət yetirilməli və işıqforlarla nizamlanan keçidlərin sayı artırılmalıdır. Bu tədbirlər həyata keçirildikdə, qəzalarda yalnız maddi ziyan və yüngül xəsarətlər ola bilər". Ekspert qeyd edib ki, qəzalar bir halda insan həyatına son qoya bilər, digərində isə zərər yalnız qırıq və ya zədə ilə məhdudlaşa bilər: "Əsas məqsəd insan həyatını qorumaqdır. Küçələri sakitləşdirən elementlərin sayını artırmaq və həssas insanların hərəkət etdiyi ərazilərdə fərqli həllərə üstünlük vermək lazımdır. Dünyada belə həllər tətbiq olunur. Məsələn, bağçalar, məktəblər və xəstəxanaların önündə süni maneələr qoyulur ki, buna "Berlin yastığı" deyilir. Riskləri azaldan həllərə gəldikdə, sürəti sakitləşdirən elementlər və qəzanın nəticəsini yüngülləşdirən tədbirlər iki hissədə nəzərdən keçirilməlidir. İnsan faktoru burada mühüm rol oynayır: sürücünün peşəkarlığı, avtomobilin texniki vəziyyəti və hava şəraiti qəza səbəbləri ola bilər. Amma əsas məqsəd nəticədə insanın həyatını itirməməsidir. Bir şeyi də qeyd edim ki, sadaladığım elementlər Bakı şəhərində var, amma nöqtəvidir. Məsələn, Həsən Əliyev küçəsində Kral şadlıq evinin yanında və Ağa Nemətulla küçəsində təhlükəsizlik adacıqları qurulub. Ağ Şəhər layihəsi çərçivəsində də müasir elementlər tətbiq olunub. Məhəllə girişləri səki səviyyəsinə qaldırılıb ki, bu da sürücüləri sürəti azaltmağa məcbur edir" Rauf Ağamirzəyev həmçinin, Bakı şəhərində mövcud piyada infrastrukturundakı problemləri də dilə gətirib: “Əgər biz hər hansı vərdişlərdən danışırıqsa, çox təəssüflər olsun ki, bizim piyada infrastrukturumuz bərbbaddır. Səki və keçidlərdə çoxlu maneələr -ağaclar, nişanlar, işıq dirəkləri və dükanların pilləkənləri kimi əngəllər mövcuddur. Konkret zəbt hallar var ki, bu da piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir və yanlış vərdişlər formalaşdırır. Biz ilk olaraq, səkiləri azad və abad etməliyik". Ekspert vurğulayıb ki, cərimələrin tətbiqində boşluqlar var: "Səkilər azad edilməli və qayadalar sərtləşdirilməlidir. Son statistikalara görə, taksilərlə hərəkət edənlərin müəyyən faizi avtobus və metroya keçib, lakin bunun əsas önəmli faizi piyadalardır. Şəhərimizdə məsafələr qısa olmasına baxmayaraq, şəxsi avtomobil və taksi istifadə edilir ki, bu da yol infrastrukturunda küçə yol şəbəkəsinin yüklənməsinə, tıxacların atmasına birbaşa təsir edir. Ona görə də piyada infrastrukturunun yaxşılaşdırılması, təhlükəsizlikliyin təmin olunması məsələlərinə diqqət artırılmalıdır".
Hidayət Allahverdi, Müsavat Partiyası Təhsil Komissiyasının sədri Parlamentin son iclasında bəzi deputatlar sosial yönümlü çıxışlar etdilər və onlardan biri ölkədə 4000 məktəbdən 1500-nün bağlanacağı barədə də məlumat verdi. Dedi ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır: “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”. Bunun ardınca Elm və Təhsil naziri E.Əmirullayev sosial şəbəkə hesabında bu çıxışa və cəmiyyətdə yaranan rezonansa cavab verdi: “”Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün ANLAŞILMAMASIDIR” (fərqləndirmə bizimdir—müəllif). Ardınca ANLAŞILMAYAN fikirləri sadalayır. Bu sadalamadan belə qənaətə gəlmək olar: 1.Ölkədə 4400 məktəbdən 1500-də 100-dən az şagird təhsil alır. 2.Bu məktəblərə çəkilən xərc böyükdür ki, bəzi hallarda özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur və tədrisin keyfiyyəti aşağıdır. 3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq. Bu üç fikri ümumiləşdirən nazir ANLADIR ki, həmin fikirlərdən çıxış edərək “Ölkədə 1500 məktəb bağlanacaq” qənaətinə gəlmək düzgün deyil. Daha sonra sadalanan fikirlərdə işlədilən “RASİONALLAŞMA” sözünün açıqlamasını verərək görüləcək işlərdən qısaca danışır. Anlada bildi, ya bilmədi, bu qalsın hər iki şəxsin insafına. Hesabla gərək anlaşa biliblərsə, deməli, söhbətə son qoyulmalıdır. Amma onların anlaşa bilməsi hələ təhsildə uzunömürlü problemlərin bitməsi anlamına gəlməməlidir. Elə buna görə də mətbuat və sosial şəbəkələrdə müzakirələr davam etməkdədir. Səbəb?.. …Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk əsaslı dəyişikliklərdən biri TQDK tərəfindən test üsulu ilə imtahan götürülməsi oldu və bu hadisə təhsilin qarayarası olan qəbul imtahanlarında rüşvət amilini aradan qaldırdı. Müstəqil Azərbaycanın ilk “Təhsil haqqında” Qanunu 1992-ci ilin 7 oktyabrında qəbul edildi. Bu qanun Azərbaycanın müstəqillik əldə etməsindən sonra təhsil sahəsində hüquqi əsasları olan ilk sənəd idi. Qanun, təhsilin demokratik prinsiplər əsasında qurulması, milli maraqlara və standartlara uyğunlaşdırılmasına uyğun olaraq hazırlanmışdı. 1992-ci il qanunu təhsil sisteminin bütün pillələri (ümumi, ali, peşə, əlavə təhsil və s.) əhatə edir və Azərbaycanın təhsil siyasətinin formalaşdırılmasında mühüm rol oynayırdı. Amma cəmiyyət dəyişdikcə, dünyaya inteqrasiya prosesi gücləndikcə təhsil sistemində islahatlar zərurətə çevrilirdi. 1992-ci il Qanunu üzərində aparılan dəyişikliklər (1995-ci və 1999-cu il dəyişiklikləri) daha sonra yeni Qanunun qəbuluna gətirib çıxarsa da (2009_cu il) sistemdə köklü dəyişiklik nəzərə çarpmadı. Daim yenilənmə tələb edən təhsil sistemi2006-cı ildə ümumi təhsil pilləsində “Milli Kurikulum”un tətbiqinə başlasa da, bu sahədə görülən işlər kosmetik xarakter daşıyırdı. Əslində bu sahədə külli miqdarda vəsait xərclənirdi, lakin görülən işlərin effekti çox da hiss edilmirdi. Çünki kadr hazırlığı sahəsində görülən işlər gözlənilən dəyişikliklərə uyğun deyildi. Həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Təhsil haqqında Qanunda qeyd edilən vətəndaşın təhsilə əlçatanlığı (özü də keyfiyyətli təhsilə), təhsil sisteminin ayrı-ayrı pillə və səviyyələri arasında güclü rabitənin olması, təhsil sisteminin əmək bazarına uyğun qurulması, təhsil verənlərin əməyinin qiymətləndirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi və s. bu kimi istiqamətlərdə görülməli olan işlərin ləngiməsi təhsil sisteminin yüklənməsinə gətirib çıxardı. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş beş istiqamət üzrə tədbirlərin həyata keçirilməsinin ləngiməsi də vaxtilə ləngiyən islahat prosesi və eyni zamanda pedaqoji kadr hazırlığının keyfiyyətinin tələblərə uyğun olmaması ilə də sıx bağlıdır. Təhsilverənlərin hazırlanması ilə məşğul olan orta ixtisas təhsili müəssisələrinin hələ də mövcudluğu, ali məktəblərin hazırladığı kadrların sayı ilə ehtiyacın uzlaşmaması, təhsili başa vurduqdan sonra iş yeri tapmaq istiqamətində yaranan çətinliklər günün problemlərindəndir. Sadalananların hər biri ayrıca müzakirə mövzusu ola bilərdi. Amma problemlərin bolluğunda rasionallaşma və optimallaşma prosesini məktəblərin kütləvi bağlanması kimi dəyərləndirib gündəmdə qalmaq da olar. Amma çıxış yolu göstərmək hər bir vətəndaşın hüququ olsa da, hamının vəzifəsi deyil. Çıxış yolu isə vətəndaşın təhsilə əlçatanlığının təmin edilməsinə qulluq etməli, hüquqi bazaya istinad etməlidir. Rəsmilərin dediklərinə inansaq, bağlanmaq zərurəti qaçılmaz olan məktəblərin şagirdlərin yaxın məktəblərə daşınması təmin ediləcək. Daşınmanın davamlılığı gözləniləcəkmi və bu işə kim nəzarət edəcək? Təhsil sektorları və ya məktəb rəhbərliyinin daşınmaya nəzarət mexanizmi olacaqmı? Elə buradaca xatırladaq ki, təhsil müəssisələrinə bir sıra səlahiyyətlər vermək idarəetmədə təmərküzləşmə yükünün azaldılmasına da yardımçı olardı. Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, distant təhsil sisteminin, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin imkanlarından yararlanmaqla zərərləri minimuma endirmək olar. 2023-2024-cü tədris ilindən əhatə dairəsi genişləndiriləcək peşə təmayüllü siniflərin, Regional Model Peşə Təhsil Mərkəzi və Regional Peşə Kompetensiya Mərkəzi tipli mərkəzlərinin sayını artırmaqla da təhsilə əlçatanlıq imkanlarını reallaşdırmaq olar.
Almaniyanın keçmiş kansleri Angela Merkel 26 noyabrda Berlindəki Alman Teatrında öz xatirə kitabının təqdimatında verdiyi bəyanatda, Ukraynanın suverenliyini qorumaq üçün beynəlxalq tərəfdaşların kömək etməli olduqlarını vurğulayıb. Musavat.com-un məlumatına görə Merkel bildirib ki, Rusiyanın müharibədə qalib gəlməməsi vacibdir: "Bizim maraqlarımıza uyğun olan, Ukraynanın müstəqil bir dövlət olaraq qalmasıdır", - deyə o, əlavə edib. Keçmiş kansler, Avropa və beynəlxalq icmanın Ukraynanın ərazi bütövlüyünü təmin etmək və onun müstəqilliyini qorumaq üçün daha fəal dəstək göstərməli olduğunu qeyd edib. Merkel həmçinin qeyd edib ki, bu müharibənin yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün də ciddi əhəmiyyət kəsb etdiyi üçün daha çox həmrəylik və birgə mübarizə tələb edir. Merkelin sözləri, beynəlxalq dəstəyi daha da gücləndirmək və Ukraynanın qalib gəlməsi üçün diplomatik və hərbi yardımların davam etdirilməsini təşviq edən bir çağırış kimi qiymətləndirilir.
Bayden səlahiyyətlərini təhvil vermək ərəfəsində Ukrayna ilə bağlı daha bir mühüm qərara hazırlaşır. Söhbət ABŞ-ın Ukraynaya AGM-158 JASSM raketlərini verməsindən gedir. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib. O bildirib ki, AGM-158 JASSM raketləri Almaniya “Taurus”unun analoqudur: “ATACMS-lardan fərqli olaraq, AGM-158 JASSM “hava-yer” tiplidir və atəş F-16-lar vasitəsilə həyata keçirilir (ATACMS-lar isə HİMARS-lardan atılır). Bu raketlərin ən köhnə və zəif modifikasiyası 370 kilometr mənzilə sahibdir, ən müasir modifikasiyalar isə 900 kilometr məsafəyə zərbə endirə bilir. Ən əsas məsələ ondadır ki, istehsal olunan AGM-158 JASSM raketlərinin sayı “Storm Shadow”, “Taurus” və SCALP raketlərinin toplamda sayından çoxdur. Başqa sözlə, Pentaqonun bazalarında bu raketlər yetərincədir”. Politoloq xatırladıb ki, noyabrın 23-ündən 24-ünə keçə gecə Ukrayna ordusu Kursk vilayətində S-400 kompleksini məhv edib və ən əsası, bu kompleksə məxsus RLS-i də sıradan çıxarıb: “Zərbə kombiləşdirilmiş olub, yəni eyni zamanda raketlər və dronlarlarla. Rusiyanın hərbi müxbirləri zərbənin ATACMS-larla endirildiyini bildirir, Ukrayna zərbəni etiraf etsə də, hansı raketlərdən istifadə edildiyini açıqlamayıb. Rusiya MN isə ümumiyyətlə susur. Belə məlumat da var ki, Ukrayanın hərbi-siyasi rəhbərliyi 26 noyabr tarixində keçiriləcək Ukrayna-NATO sammitinə qədər Rusiya ərazisinə Qərb istehsallı raketlərlə zərbələri dayandırmaq əmri verib”.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimimdən sonra kənd təsərrüfatı katibi postuna Bruk Rollinsi gətirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında bildirib. Xanım Rollins yeni hökumətdə kənd təsərrüfatı, qida, ərzaq təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, həmçinin, ərzaq ticarəti məsələlərinə cavabdeh olacaq. Bruk Rollins Trampın ilk prezidentliyi dövründə Daxili Siyasət Şurasına rəhbərlik edib.
Rusiya Dneprə qitələrarası ballistik raketlə zərbə vurdu, lakin rusların belə silahları çox az olduğu üçün bunun tez-tez təkrarlanması mümkün deyil. Sozcu.az xəbər veri ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib. “Düşünmürəm ki, Rusiya “dəhşət” saçacaq. Ona görə ki, Rusiyada raket yüzlərlədir, qitələrarası ballistik raket isə onlarladır. Ballistik raketin birinin qiyməti 50 milyon dollar civarındadır”, - deyə o bildirib.