İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Kəlbəcər rayonu ilə bağlı SƏRƏNCAM

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib: Müşahidə Şurasının sədri Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Müşahidə Şurasının üzvləri: Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Vaşinqtonda üçtərəfli görüş BAŞLADI

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub. Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.

Ceyhun Nəbinin Şəmkirdə namizəd olacağı bildirilir

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının redaktoru Ceyhun Nəbi'nin 102 saylı Şəmkir Şəhər Seçki Dairəsindən millət vəkilliyinə namizəd olacağı bildirilir.  Sözcü.az

Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olacaq

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək. “Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Badalyan ötən gün açıqlamasında Bayramovla Mirzoyan arasında görüş nəzərdə tutulmadığını vurğulamışdı. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO Zirvəsində iştirak üçün Vaşinqtonda səfərdədir.

Müsavat deputatlığa namizədlərinin bir qismini irəli sürdü

İyulun 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və qərarların icrası ilə bağlı məlumat dinlənilib. Daha sonra sentyabrın 1-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub. Divan 27 dairə üzrə partiyanın namizədlərini irəli sürüb: 1. Razim Əmiraslanlı -10 saylı dairə 2. Almaz Əliqızı – 16 saylı dairə 3. Nüşabə Sadıxlı – 17 saylı dairə 4. Gülağa Aslanlı – 21 saylı dairə 5. Afər Şirvanlı – 23 saylı dairə 6. Ərzulla Bulud -31saylı dairə 7. Oktay Zeynalov – 38 saylı dairə 8. Şayəddin Qasımov – 39 saylı dairə 9. Mail Vəliyev – 40 saylı dairə 10. Cavad Cavadlı – 43 saylı dairə 11. Söhrab Əmrahov -57 saylı dairə 12. Şövkət Ramazanlı – 58 saylı dairə 13. Əliş Əzizov – 66 saylı dairə 14. Yusif Mehdi – 69 saylı dairə 15. Azər Əskər – 71 saylı dairə 16. Rahim Axundov. – 72 saylı dairə 17. Şəmsəddin Əmirli – 73 saylı dairə 18. Tahir Hüseynov – 80 saylı dairə 19. Dünyaxanım Cərullayeva – 89 saylı dairə 20. Zabit Bədəlov – 90 saylı dairə 21. Zakir İsmayıl – 94 saylı dairə 22. Yusif Namazoğlu – 96 saylı dairə 23. Malik həsənov – 97 saylı dairə 24. Etibar Əkbərov – 101 saylı dairə 25. Tahir Səfərli – 114 saylı dairə 26. Bakıxan Qəribli – 115 saylı dairə 27. Hidayət Allahverdi – 120 saylı dairə Məlumatda bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək. Sonda cari məsələlər müzakirə olunub.

Rəsmi Bakının Pezeşkiandan gözləntisi - XİN rəhbəri danışdı

İranda yeni prezident vəzifəsinin icrasına başlayandan sonra əsas gözləntimiz Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətindədir. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Bilirsiniz ki, bu yaxınlarda İranda növbədənkənar seçkilər keçirildi və yeni prezident seçildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev ona (Məsud Pezeşkian) təbrik ünvanladı. Mən onu da qeyd etmək istəyirəm ki, biz bundan sonra da Azərbaycanla İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq”, - nazir qeyd edib.

MSK Müsavatın səlahiyyətli nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Sozcu.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. İclasda Müsavat Partiyasının 30 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 6 səlahiyyətli nümayəndəsi qeydə alınıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.apa

“Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq” - Prezident

"Böyük Qayıdış" Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana DƏVƏT ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda onu ölkəmizə səfərə dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı təbrik məktubunda bildirilib: “İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulandı. Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı. Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunuldu. Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.

Prezident Xankəndidə “Palace” hotelinin açılışında

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.