Estoniya Azərbaycanda səfirlik açacaq.
Sozcu.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bu, ikitərəfli münasibətlərin inkişafı üçün önəmli addımdır:
"Biz təmsilçiliyimizi artırmalıyıq".