İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Monteneqronun prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ermənistan COP29-da iştirak edəcək? - XİN rəsmisi

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil. A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib: "İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

17:14 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi. Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı. Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu. Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi. Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.

“Ermənistanın COP-da iştirak edib-etməməsi...” - Prezident

“ATƏT-in Minsk qrupu artıq tarixin bir tərkib hissəsidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı deyib. Prezident, həmçinin bildirib: “Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib, lakin iştirak edib-etməməsi Ermənistanın özünün qərarıdır”.

Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə XİN-dən Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib. Sozcu.az paylaşımı təqdim edir:

CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib. “Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, - deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb. Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, əvvəllər müəyyən yalnışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğuladı.

İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilidi - SƏRƏNCAM

Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə "general-polkovnik" hərbi rütbəsi verilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

İrəvan sülh müqaviləsinə dair təkliflərini Bakıya göndərdi

Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan hazırda bu təkliflərə cavab gözləyir.

Müsavat Partiyası Divanının iclası keçirilib

Noyabrın 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub. Bildirilib ki, noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsi Müsavat rəhbərliyinin “Qafqazinfo” saytının partiyaya böhtan atması ilə bağlı apelyasiya şikayətini təmin etməyib. Saytın rəhbərliyi bu dəfə də məhkəmə prosesinə qatılmayıb. Bununla da yazdıqları ittihamların əsassız olduğunu etiraf etmiş olublar. Məhkəmə orqanları Müsavat rəhbərliyinin şikayətini təmin etməməklə bu böhtanların arxasında hakimiyyətin durduğunu təsdiqləyir. Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi haqda bu günə qədər qərar verilməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilib. Qeyd olunub ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24-dək təyin edilməli idi. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən qanunlara əməl olunmasını, vətəndaşların seçki hüququnun kobud şəkildə pozulması ilə bağlı izahat verilməsini tələb edir. Divan noyabrın 8-də saat 12:00-da Şuşanın işğaldan azad olunmasının ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanın ziyarət olunması haqda qərar qəbul edib. Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirir. Eyni zamanda təəssüflə qeyd edir ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekoloji problemləri qaldırdıqdan sonra həbs olunan Nazim Bəydəmirli də daxil olmaqla, cəzaçəkmə müəssisələrində çoxlu sayda siyasi məhbus var. Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir. Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır, Azərbaycan hakimiyyətindən həm də dövlətin maraqlarını nəzərə alaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir. Moldovada və Gürcüstanda keçirilən seçkilər mövzusunda fikir mübadiləsi aparılıb. Moldovada Avropaya İnteqrasiya tərəfdarlarının qələbəsi müsbət hal kimi qiymətləndirilib. Sonda cari məsələlər müzakirə olunub.