Azərbaycan vətəndaşı olan 40 nəfər oktyabrın 9-da Almaniyadan geri qəbul edilib.
Bu barədə Sozcu.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş çərçivəsində baş tutub.