"Azərbaycanda uşaq pulu o vaxt verilə bilər ki, təbii azalma prosesi baş versin və əhalinin strukturunda yaşlı əhalinin sayı çox olsun. Biz də bu problemlərin heç biri yoxdur, vəziyyət Avropadan daha yaxşıdır”. Sozcu.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert uşaq pulunun nə üçün verilməməsinin səbəbini belə izah edib: "Uşaq pulu nədir? Doğum artımını həvəsləndirən, ailələrin daha çox uşağa sahib olması üçün dövlət tərəfindən subsidiya mexanizmidir. Azərbaycanda həm əhalinin strukturunda gənclərin payı 40%-in üzərindədir, həm də təbii artımla bağlı müsbət tendensiya var. Məsələn, Avropada əhali azalanda, əhalinin strukturunda yaşlılar çoxalanda həmin ailələrə pul verirlər ki, uşaq sayı çoxalsın. Həm də miqrasiya qanunlarını yaxşılaşdırırlar ki, yaxşı işçi qüvvəsi cəmiyyətə qayıtsın. Azərbaycanda isə bu problemin heç biri yoxdur. Əhalinin strukturunda gənclərin sayı kifayət qədərdir. Cəmiyyəti natahat edən işçi çatışmazlığı deyil, məşğulluq problemidir. Bu baxımdan, bizdə uşaq pulu verilməli deyil”. Ekspert qeyd edib ki, bu gün cəmiyyətdə varlı və kasıb ailələr var: "İndi uşaq pulu verəndə bunlara baxmadan bütün ailələrə uşaq pulu verirsən. Birincisi, Azərbaycan cəmiyyətində demoqrafik problem yoxdur, əhalinin artımı baş verir, insanların sayı artır. İkincisi, əhalinin strukturunda yaşlanma problemi Qərb və Abropadakı kimi xüsusi aktuallıq kəsb etmir, gənclərin payı daha çoxdur. Üçüncüsü, uşaq pulunun ağına-bozuna baxmadan verilməsi bir az da ədalətsizlik yaradır. Çünki uşaq var ki, bahalı paltarlar geyinir, uşaq da var nimdaş geyinir. Bunların hər birinə büdcədən pul vermək doğru deyil”. Ekspert təklif edib ki, uşaq pulunu verməkdənsə, dövlət kasıb ailələrə sosial ödənişlərin həcminin artırılmasına baxsa, daha yaxşı olar: "Söhbət uşaqdan getmir ki, böyüyün də qarnı tox olmalıdır. Böyük var ki, iş tapa bilmir. Sosial çəhətdən köməyə ehtiyacı olan, ailə gəlirləri aşağı olan insanlara daha çox vəsaitin verilməsindən söhbət gedir. Ehtiyacı olan ailələr düzgün müəyyənləşdirilsin”.
İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Paşinyanın sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir.
"Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu (Əsasnamə) tam ratifikasiya edir". Sozcu.az erməni mediasına əsasən bildirir ki, bunu baş nazir Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib. “Hökumət Roma Əsasnaməsini Milli Assambleyaya göndərdi və mənim mövqeyimə və fraksiyamızın mövqeyinə görə, o, tam təsdiqlənəcək. Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu, Ermənistanın təhlükəsizlik məsələlərinə aiddir”, - Paşinyan bildirib. 2022-ci ilin sonunda Ermənistan Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb. Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya Prezidentinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu addımın təkrarən aktuallaşması Paşinyan hokumətinin Putinə şantajı kimi qəbul oluna bilər. Mesaj aydındı: Putin İrəvana gəlsə, qandallanacaq... Bu da o deməkdir ki, Paşinyan hökuməti Rusiya ilə bütün körpüləri yandırmağa hazırdır... Arayış: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998–17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdi. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.Musavat.com
“Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir…” Putin yalnız indi deyil, hələ keçən il Praqa görüşündə Almata deklarasiyasını qəbul edən Ermənistan baş nazirini Valday diskusiya klubunda hədəfə alaraq, onu Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdiyinə görə şantaj etmişdi. O dərəcədə ki, keçən il oktyabrın 31-də Soçidə keçirilən görüşdən sonra altı ay danışıqlara fasilə verildi. Dünən Vladivostokda keçirilən tədbirdə bir daha bu məsələyə münasibət bildirən Rusiya prezidenti faktiki olaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu elan etmiş Paşinyanı qınadı. Putinin dediklərinə diqqət edək: “Əgər Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas açar hissəsini, yəni, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem də budur”. Putinə sual vermək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfdən tanınması ( hələ şifahi bəyanatla) niyə Rusiya üçün, şəxsən Putin üçün problemdir? Hərçənd cavabını çoxdan bilirik… Elə həmin mətbuat konfransında Putin Paşinyanla münasibətlərində problem olmadığını dildə desə də, qonşuları ilə normal münasibətlər yaratmağa çalışan Paşinyanı hakimiyyətdən devirib, rusiyayönümlü bir ermənini Ermənistanın başına gətirməklə Qarabağ münaqişəsini uzun müddətə dondurmaq niyyətindədir. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibəyədək Qərb də, Rusiya da Azərbaycana təzyiq edir və “mövcud reallıqla barışmağı” məsləhət görürdülər. İndi Putin köhnə varianta qayıtmaq üçün Ermənistanda hakimiyyəti dəyişdirməyi və yeni hakimiyyətin “Dağlıq Qarabağa müstəqillik” tələbi ilə çıxışını əsas götürüb, “yeni reallıq” kimi Azərbaycan qarşısında qoymağı planlaşdırır. Və yaxud, bu plan baş tutmadıqda “B” planına keçsin. Yəni, hazırda Putin Paşinyana təzyiq edir ki, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatından açıq şəkildə imtina etsin və Ermənistan baş naziri bunu guya son zamanlar Azərbaycanın qeyri-konstruktiv mövqeyi ilə izah etmiş olsun. Dünənki çıxış göstərdi ki, Putin artıq paralel olaraq ikinci planına da start verib. Mövqeyini tez-tez dəyişən Paşinyanın belə bir bəyanat səsləndirməsi də istisna deyil və Azərbaycan buna hazır olmalıdır… Putinin Vladivostokdakı çıxışı həm də Rusiyanın əsil sifətini göstərdi. Putin Laçın və Kəlbəcər də daxil olmaqla keçmiş Dağlıq Qarabağın Ermənistana təklif edildiyini və bunu Ermənistanın qəbul etmədiyini təəssüf hissi ilə vurğulayıb məyusluğunu etiraf etdi. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisini erməniyə peşkəş etmək siyasəti hələ Putinin planında qalır. Bu siyasətin gizlin tərəfləri qalmayıb. Üç ilə yaxındır ki, Qarabağa gələn Rusiya hərbi kontingenti sülh naminə heç nə yaratmayıb. Azərbaycanın humanitar yük maşınlarının da Ağdam yolundan keçməsinə şərait yaratmayan Rusiyanın məqsədinin sülh deyil, məhz qarşıdurmanı daha da gərginləşdirməkdir… Alınan məlumatlara görə, Azərbaycan-Ermənistan danışıqları tezliklə Vaşinqton müstəvisində davam edəcək. Avropa İttifaqının səmərəsiz fəaliyyəti və onun Borrel kimi rəsmilərinin yanlış bəyanatları ortada olduğundan, görünür, Vaşinqton artıq Brüssel görüşlərinə ciddi yanaşmamağı qərara alıb. Təbii, Vaşinqton süddən çıxan ağ qaşıq deyil, amma ABŞ-ın hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır və bu istiqamətdə istədiyinə nail omaq üçün iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanmasını və Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını şərt hesab edir. Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir… Amma, bu o demək deyil ki, Azərbaycan baş verənlərə zəruri cavablar verməsin, əksinə, Azərbaycan bu günlərdə yeni qanuni tələblərlə çıxış edərsə, Laçın yolu ilə bağlı hələ də qalmaqda olan gərginliyi müəyyən qədər səngidə bilər. Bu məqsədlə Laçın yoluna tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması üçün şərt olaraq 10 noyabr bəyanatına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etmək mümkün variantlardan biridir… Əlbəttə, bölgədə gedən proseslərə Ukrayna müharibəsinin ciddi təsiri var və perspektivdə də gözlənilir. Burada Rusiyanın uğursuzluğu bizim maraqlarımıza uyğundur. Amma, heç kəs zəmanət vermir ki, mütləq Rusiya məğlub olacaq. Ona görə də Putinin Qarabağla əlaqədar planlarını alt-üst etmək üçün zamanı dəyərləndirməli və Türkiyə ilə koordinasiyalı siyasət yürüdüb, 2025-ci ildə Rusiyanın Qarabağdan çıxarılmasını qarantiyaya almaq lazımdır. Çətindir, amma mümkündür… (moderator) İlham İsmayıl
“Qarabağ Azərbaycanın NATO-ya gedən yolunda əsas maneədir”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun rusiyalı politoloq Fyodor Voytolovski İrəvanda keçirilən dəyirmi masa zamanı deyib. Onun sözlərinə görə, bu, Alyansın Cənubi Qafqaz ölkələrini, xüsusən də Gürcüstan və Azərbaycanı fəal şəkildə inteqrasiya etməyə çalışması fonunda baş verir: “Türkiyə Birləşmiş Ştatlara sadiq qalaraq, Azərbaycanı gələcəkdə NATO-nun bir hissəsi kimi görmək məqsədi ilə mümkün qədər sıx əməkdaşlıq üçün tam kart-blanşa malikdir. Bunun üçün Bakıya Ermənistanla ərazi mübahisələrini həll etmək lazımdır. Bu, Azərbaycanın xeyrinə həll olunarsa, ölkənin Alyansa daha dərindən inteqrasiyası üçün imkanlar açacaq”. Görünən odur ki, rusiyalı politoloqu bu səpgidə danışmağa vadar edən erməni lobbisinin pullarıdır. Görəsən, Fyodor Voytolovski Ermənistanla ABŞ arasında hərbi təlimlərdən niyə danışmır. Məgər öz suveren hüquqlarını bərpa etmək istəyən bir ölkənin hüquqi hərəkətlərini siyasiləşdirmək ideyası ermənilərin və ya rus şovinistlərinin hansı məqsədinə yarayacaq?!konkret
Ukraynalı hərbçilər cənubda Rusiya müdafiəsini tədricən keçərək cəbhə xəttini yarırlar. Eyni zamanda işğalçılar Zaporojye istiqamətində Rabotino bölgəsində əks-hücuma keçməyə çalışırlar. Sozcu.az xəbər verir ki, bunu Azadlıq Legionunun hərbçisi Konstantin Denisov deyib. "Rabotino bölgəsində yüksək intensivli döyüşlər davam edir. Hər iki tərəfdən artilleriya işləyir. Düşmən təyyarələri səmaya qaldırır. Bu istiqamətdə taktiki uğurlarımız var, lakin bu, çox baha başa gəlir", - o bildirib. O qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna texnikasını aviasiya və "Lancet" zərbə PUA-ları ilə vurur. Bundan əlavə, ruslar ukraynalı piyadalara qarşı FPV dronlarından istifadə edirlər: "Yüksək keyfiyyətli kəşfiyyat nəticəsində Ukrayna Silahlı Qüvvələri tədricən düşmənin müdafiəsini yarır. İşğalçılar bizim oğlanları atəş altına salmağa çalışırlar. Yəni ruslar geri çəkilir, sonra onları cinahlardan artilleriya ilə vurmağa cəhd edir. Lakin hərbçilər buna imkan vermir".
“2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki, Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan 29 800 kv.km ərazisini tanıyıb.
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 580 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 269 210 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 6 tank, 12 zirehli döyüş maşını, 28 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Krımın Simferopol şəhərində hərbi hissə yanır. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) qeyd olunanlarla bağlı əhaliyə təkrar müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!
“...Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və bu səbəbdən özünə yeni havadar axtarır...” “Son illərdə Rusiyanın başçılıq etdiyi KTMT kimi hərbi təşkilatdan Ermənistanın çıxma kimi bəyanatları ciddiyə alınmamışdı, hətta Paşinyan “biz deyil, KTMT bizdən çıxır” kimi bəyanlarda bulunmuşdu. Ermənistandakı bəzi siyasi qüvvələr ölkənin Rusiyadan imtina edib NATO blokuna meyillənməsini ölkənin əsas prioriteti hesab etmiş və hakimiyyəti Amerikaya daha çox yaxınlaşdırmaq üçün çalışmışdılar. Amerikanın Rusiya ilə bağlı apardığı siyasətindən ermənilər ustalıqla yararlanmış, ABŞ- NATO genişləndirilməsi proqramına bu şəkildə dəstək vermək istəmişlər.” Bu fikri Moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı ifadə edib. “Ermənistanda son illərdə Rusiya əleyhinə aparılan siyasətin nəticəsi kimi Ermənistan -ABŞ ortaq hərbi təlimini göstərmək olar. Bu, onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxmur, çünki hesab edir ki, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və bu səbəbdən özünə yeni havadar axtarır. Rusiyanı çevrələyib ona qarşı bütün gücü ilə cəbhə açan ABŞ üçün Ermənistanın belə ucuz xidməti göydəndüşmədir və əslində NATO üçün yeni bir meydanın açılması deməkdir”,- deyə həmsöhbətimiz davamında bildirib. “Amerika -Ermənistan əsgəri işbirliyi həm də bölgəmizdə gərginliyə səbəb olacaq. Ermənistanla Azərbaycan və Türkiyə arasında gedən danışıqlara da mənfi təsir edəcəkdir. Ən çox gərginlik isə Rusiya ilə Ermənistan arasında yaşanacaqdır. Rusiya ermənilərdən belə bir xəyanəti gözləyirdimi? Rusiyadan eşidilən reaksiyalardan bəlli olur ki, Kreml bu erməni oyununu öncə incələyəcək və şübhəsiz ki , bunun cəzası olacaqdır. Üstəlik, Ermənistanın Roma Statutu ilə bağlı sənədi ratifikasiya etmək üçün parlamentə göndərməsi bu ölkənin nə dərəcədə kəmfürsət olduğunun göstəricisidir. Putin kinli adamdır və gec tez bu risqə də reaksiya olacaqdır... Bir sözlə, yaşanan siyasi gəlişmələr onu göstərir ki, bölgəmizdə maraqlı proseslər başlaya bilər və bu arada ədalətsizcəsinə qurulmuş erməni dövlətinin sonu yaxınlaşmaqdadır... Qəribədir, bu duruma İran necə baxır. Bəzi politoloqlar belə bir fikri səsləndirirlər ki, guya İran Ermənistan üzərindən ABŞ-la əlaqə qurmaqdadır”,- deyə ermənişünas alim sonda sual edib.
İstefa verəcəyimlə bağlı arzunuzu unudun, mən olduğum yerdəyəm, hara lazımdırsa, gedəcəm, bu mənim konstitusiya borcumdur. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Özümü yalnız məni prezidenti seçmiş Gürcüstan cəmiyyətinin qarşısında cavabdeh hesab edirəm. Gürcüstan əhalisi kimi mən də əminəm ki, Tiflisin problemlərinin həlli yalnız Avropa ilə mümkündür. Məhz buna görə Berlinə, Brüsselə, Parisə gedirəm. Əlaqələrimdən istifadə edirəm, mənə inamın olmasından istifadə edirəm. Əgər siz önə çıxıb bu perspektivin sizin üçün nə qədər vacib olduğunu bütün Avropaya göstərməsəydiniz, bəlkə də mənim bu qədər inamım olmazdı. Mən müxtəlif liderlərlə görüşəndə bilirlər ki, sizin seçdiyiniz adamam və bu perspektivi, bu gələcəyi siz seçirsiniz. Ümid edirəm ki, bu iki ay yarım və ya üç ay ərzində mən Avropanın əsas, bəlkə də bütün paytaxtlarını ziyarət edə biləcəyəm və arzumu, gələcəyinizi qoruya biləcəyəm. Hamı bilir ki, Gürcüstan bunu istəyir, Tiflis heç vaxt Rusiya qarşısında sürünməyəcək, biz bunu birlikdə müdafiə etməliyik”, - o bildirib.