“Temu” istifadəçilərinə PİS XƏBƏR: Bədəni zəhərləyir!

“Polyester dediyimiz material əslində polietilendən əldə edilən süni bir lifdir. Bu maddə gündəlik həyatda istifadə etdiyimiz bir çox qablaşdırma məhsullarının, məsələn, şirə butulkalarının, plastik qabların hazırlanmasında da əsas xammal kimi istifadə olunur. Yəni polyester neft mənşəli bir materialdır və kimyəvi yolla emal edilərək lif halına gətirilir.

Bunu “Yeni Sabah”a həkim-allerqoloq Şahvələd Məmmədov bildirib.

O, “Temu” onlayn ticarət platformasından alınan ucuz məhsulların tərkibi ilə bağlı narahatlığa aydınlıq gətirib. 

Ş Məmmədov əksər geyimlərin polyester materialından hazırlanmasına toxunaraq bunun dəri sağlamlığına necə təsir etdiyini izah edib: 

"Bu lifdən hazırlanan geyimlər uzunömürlü, davamlı və elastik olur. Onlar yuyulmaya qarşı dözümlüdür, formalarını asanlıqla itirmir. Məhz buna görə polyester parça həm idman geyimləri, həm də gündəlik paltarların istehsalında geniş istifadə edilir”.

Həkim xəbərdarlıq edir ki, polyester geyimlərin uzunmüddətli istifadəsi sağlamlıq üçün fəsadlar doğurur:

“O cümlədən, uzun müddət polyester materialdan hazırlanmış geyimdən istifadə allergik xəstələrdə qıcıq yaradır, allergik dermatitin, eqzemanın əmələ gəlməsinə səbəb olur. Elə xəstələr var ki, polyester geyim onların dərilərində yanıq yarada bilər. Buna “polyester yanığı” deyirlər. Uzun müddət bu tip geyimlər geyinmək məsləhət deyil”.

Mütəxəssis qeyd edib ki, eyni materialdan hazırlanan plastik qablar və butulkalar da sağlamlıq üçün risklidir:

“Həmin polietilendən hazırlanan qablar, plastik butulkalar, əslində, sağlamlıq baxımından müəyyən risklər daşıyır. Bu cür qablar yüksək temperatur və ya günəş işığına məruz qaldıqda tərkibindəki kimyəvi maddələr içkiyə keçə bilər. Məsələn, su, “Cola”, “Fanta” kimi qazlı içkilər bu qabların içərisində uzun müddət qaldıqda  onların tərkibindəki bəzi birləşmələr orqanizm üçün zərərli təsir göstərə bilər. Məhz buna görə, xüsusilə, Avropa ölkələrində içkilərin şüşə qabda satılmasına daha çox üstünlük verilir. Şüşə qablar həm təbii, həm də kimyəvi baxımdan daha təhlükəsiz sayılır və içkilərin dadını, tərkibini dəyişmir. Bu, sağlamlıq baxımından daha doğru seçim hesab olunur”.

Share on Facebook