Separatçılar təslim oldu, döyüş dayandı: şərtlər - MN

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Ermənilər səngərlərdən qaçır - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı antiterror tədbirləri davam edir. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi qarşı tərəfin səngərdən qaçmasına dair görüntürlər yayıb. Həmin görüntüləri təqdim edirik:

Ağdərə haqda yayılmış bu xəbər yalandır – MN

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - Video

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsinin görüntülərini ictimailəşdirib. Sozcu.az Müdafiə Nazirliyinin paylaşdığı videonu təqdim edir:

Ermənistanın Qarabağdakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib

Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağdakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuz müdafiə xəttini yardı - Hikmət Hacıyev

Azərbaycan Ordusu Qarabağ bölgəsinin bir neçə yerində qanunsuz erməni qüvvələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlayıb. Hacıyevın sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur. “Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb. Onun sözlərinə görə, Bakı antiterror əməliyyatları ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.

Ordumuz erməni mövqelərini darmadağın edir - Təcili

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Ermənilər minanı yeni inşa olunan tunelə qoyublarmış...

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Xocavəndə polis əməkdaşlarının minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb. Sozcu.az xəbər verir ki, məlumatda 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partladığı, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlunun hadisə yerində həlak olduğu bildirilib.

Putinə nəfəs almağa imkan vermək olmaz - Zelenski

Mümkün qədər ərazimizi təmizləyib irəli getməliyik, hətta yüz metrdən az olsa belə, bunu etməliyik. Putinə nəfəs almağa imkan verməməliyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenskinin sözlərinə görə, əks-hücum sürəti aşağıdır, amma qoşunlar irəliləməyə davam edir: “Hazırda cəbhə xətti ukraynalılar və rusların hər gün 40 mərmi atdığı artilleriya duelinə çevrilib. PUA-larla aparılan müharibənin də sürəti azalıb. Çətin vəziyyətdir. Amma biz rusların hücumunun qarşısını alıb əks-hücuma keçmişik”.

Rusiyanın itkiləri 272 mini ötdü

Ukrayna müharibənin 571-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 272 320 hərbçi, 4620 ədəd tank, 8828 ədəd zirehli döyüş maşını, 6003 ədəd artilleriya sistemi, 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 523 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8537 ədəd avtomobil texnikası, 4742 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 896 xüsusi avadanlıq itirib.

İstanbulda güclü zəlzələ 2 dəqiqə davam edəcək - Şok

Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir. Sozcu.az xəbər verir ki, bunu türkiyəli akademik, məşhur geoloq Cəlal Şəngör deyib. “Zəlzələnin 2 dəqiqə davam edə biləcəyini düşünürük. Əgər seysmik xətt Silivridən Çekmeceyə qədər qırılarsa, qorxacaq bir şey yoxdur, ancaq seysmik xətt Gebzə sahillərinə qədər uzanarsa, 7,5 bal gücündə zəlzələ meydana gətirər”, - geloq bildirib. Digər türkiyəli geoloq isə zəlzələnin baş vermə tarixindən danışıb: "İstanbula təsir edəcək böyük zəlzələ 2045-ci ildən əvvəl olmayacaq. Mümkün İstanbul zəlzələsinin 2045-ci ildən əvvəl baş verməsi təəccüblü olar".

Çinin müdafiə naziri yoxa çıxdı

Çinin müdafiə naziri Li Şanfu üç həftədən artıqdır ictimaiyyət qarşısına çıxmır.  Sozcu.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.  Nəşrin məlumatına görə, çox güman ki, o, vəzifəsini itirəcək.  "Financial Times" 3 ABŞ rəsmisinə istinadən qeyd edib ki, o, Şanfu böyük ehtimalla istintaq altındadır və bu, Pekinin hərbi və xarici siyasət idarəsinin elit dairələrindəki çaxnaşmanın son əlamətidir.  Xatırladaq ki, o, bu ilin martında müdafiə naziri təyin olunub.