5 medallı Şuşa fatehi: İki nazirliyin arasında qalıb

- Elnur, qadan alım, eşitdim Füzulidəsən. Dostunu da götür, bizə gəl. Zəng edən Mikayıl kişi idi. Şuşa fatehi İsanın atası. Vətəni canından çox sevən, müharibədən sonra yarımcan qalan İsanın... Kişidə qabiliyyətə bax, ha! Bu qədər qayğının arasında evinə qonaq çağırır... Dəvət üçün təşəkkür edib İsanı xəbər alıram.  Cavabı belə olur: "Ağrıları tutanda bir yerdə dinclik tapmır. Amma bu gün yaxşıdır. Televiziyada Şuşanın görüb, uşaq kimi sevinir". Aramızda belə bir dialoq baş verir:  - Mikayıl dayı, İsaya salam söylə.  - Gəl, özün söylə. Evimizi ki, tanıyırsan... Şəhid ailələri və müharibə əlilləri haqda yüzdən çox məqalənin müəllifi olan həmkarım Seymur Verdizadənin vətənpərvərlik damarı baş qaldırır: "İsa Şuşaya qədər gedib. Biz də onun ziyarətinə gedək".  - Gedək! İsa Quliyev Füzuli rayonunun Qərvənd kəndindədir. Taleyin köçkünlük yükünü ailəlikcə daşıyıb, müharibənin ağrı-acısını elliklə yaşayıblar. Beşiyinin başında layla əvəzinə yurd həsrətli, torpaq niskilli bayatılar səslənib. Elə o vaxtdan İsanın körpə qəlbi düşmənə nifrət hissi ilə alışıb-yanıb, qisas hissi düşüncələrinə hakim olub. Yaşının üstünə yaş gəlsə də, uşaqlıq illərini yeniyetməlik, gənclik çağları əvəz etsə də, doğma Füzulini, cənnət Qarabağı azad etmək arzusu heç vaxt dəyişməyib. İllərin "qanadında" həyatdakı ən böyük arzusuna doğru can atıb... 18 aylıq hərbi xidmət dövrünü uğurla başa vursa da, onun üçün peşəkar hərbçi karyerası bundan sonra başlayıb. Azərbaycan Ordusunda könüllü xidmət etməyi seçərək, Vətənə xidmətini gizir kimi davam etdirib. İndi İsa Quliyev kimi igid oğulların formalaşan Azərbaycan Ordusunun qarşısında bir vəzifə dayanırdı: Qarabağı azad etmək, düşməni kürüyüb sərhədlərimizdən kənara atmaq! O gün uzaqda deyildi...  ..."Vur!" əmrini İsa və döyüşçü dostları sevinclə qarşıladılar. Bu, həmin tarixi an idi! Azərbaycan xalqı bu günü düz 27 il gözləmişdi... İsa müharibənin ilk günündən qanlı döyüşlərə atılmışdı. Düşmənin postları dağıdılır, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz bir-birinin ardınca işğaldan azad olunurdu. İndi onun qar kimi saf, təmiz qəlbi qürur hissi ilə dolub-daşır, sevinc, xoşbəxtlik iki damla göz yaşına çevrilib yanaqları aşağı yuvarlanırdı... ...İllərin jurnalisti Seymur Verdizadə sualı-suala calasa da, İsa hərbçi təmkini qoruyur, təvazökarlığından zərrə qədər də vaz keçmirdi: "Biz Vətən qarşısındakı borcumuzu yerinə yetirdik. Döyüşlərə atılanda heç vaxt orden-medal, mükafat barədə fikirləşmirdik".  Düz deyir! Qəhrəmanlar Vətəni təmənnasız sevir .. "Şuşa uğrunda döyüş dünya hərb tarixinə yazıldı", - İsa iki peşəkar jurnalistin israrlı sualları qarşısında aram-aram danışır: "Düşmən "dəmir yumruq"un təsirindən yerə yıxılsa da, təslim olmaq istəmirdi. Şuşanın hər küçəsi, hər dalanı uğrunda qanlı döyüşlərə getdi. Mən noyabrın 9-da, müharibənin başa çatmasına cəmi bir neçə saat qalmış yaralandım. Düşmən qumbarasının nişanələrini hələ də bədənimdə gəzdirirəm". Atası Mikayıl Quliyev Şuşa uğrunda döyüşdə İsanın başından yaralandığını, qəlpələrdən birinin müharibədən sonrakı dövrdə boğaz nahiyəsinə qədər irəlilədiyini deyir. Bildirir ki, tibb elmi İsanın vücudundan müharibənin bu acı nişanəsini götürməkdə acizdir: "Qəlpə həssas bölgədə olduğu üçün onu cərrahi müdaxilə ilə götürmək mümkünsüzdür. Bu yaxınlarda Türkiyədən də cavab gəldi ki, ölüm riski yüksək olduğu üçün bədənin həmin nahiyəsini əməliyyat etmək qeyri-mümkündür".  Mikayıl kişi bizi masanın üstündə qalaqlanmış sənədlərlə tanış edir. Məlum olur ki müharibədən sonrakı 3 il 2 ay ərzində İsanın döymədiyi xəstəxana qapısı qalmayıb. Amma onun dərdinə əlac edən, mənfur düşmənin nişanəsi olan qəlpəni çıxaran yoxdur.  Əvvəl başında olan qəlpə indi boyunun yumşaq nahiyəsinə qədər irəliləyib... Bunca əziyyətə baxmayaraq İsa bu günə kimi əlillik dərəcəsi ala bilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq komissiyasında təmsil olunan həkimlər onun sağlam olduğunu iddia edirlər. Müdafiə Nazirliyi isə səhhətindəki problemlərə görə onu yararsız elan edərək, ordudan tərxis edib. Beləcə, İsa nə əlil kimi müavinət, nə də sağlam adam kimi işləyib maaş ala bilir. Bu müşkülü çözülsə, özü də, ailəsi də rahat nəfəs alacaq... İsa müharibədən 5 medalla qayıdıb. Hamısında da Müzəffər Ali Baş Komandanın imzası var. Amma onun daha bir imzaya ehtiyacı var. Bu imza İsanı iş və aş qayğısından xilas edəcək. İsa çoxdan haqqı olan əlillik dərəcəsini alıb dövlətin verdiyi imtiyazlardan faydalanmalıdır. Canı, qanı bahasına keşiyində durduğu Vətən indi onun qayğısına qalmalıdır.  Elə biz vətəndaşlar da... Eşidirsinizmi, vətəndaş məmurlar?  Elnur MƏMMƏDLİ 

XİN-dən İranda həbsdə olan Fərid Səfərli barədə açıqlama

Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust 2023-cü il tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı suala cavabında deyib. O qeyd edib ki, 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub: "Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.

Bəzi universitetlər Bakıdan köçürülə bilər

Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. Onun sözlərinə görə, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır: “İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər”, – deyə o qeyd edib.

Bakıdakı partlayışda ölənlərin sayı 7 nəfərə çatdı - Rəsmi

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Binəqədidəki yanğında ölənlərin sayı 5-ə çatdı

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb. Sozcu.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib. Məlumata görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, bundan əvvəl yanğın zamanı 3 nəfərin öldüyü, 24 nəfərin yaralanmağı barədə açıqlama verilmişdi.

Sabahdan Bakıda və rayonlarda qış daha sərt üzünü göstərəcək - 15 dərəcə şaxta

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Yağıntılar bu tarixdə kəsiləcək

Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. “Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağıb. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz bağlama ehtimalı var, xüsusən də dağlıq və dağətəyi rayonlarda. Yağıntıların ayın 15-i səhər saatlarına doğru tədricən kəsiləcəyi, yanvarın 15-də gündüz Bakıda və Abşeron yarımadasında, habelə bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”, – o vurğulayıb.

Türkiyə terrorçulardan qisas alır - 29 hədəf vuruldu

İraq və Suriyanın şimalında yerləşən Metina, Hakurk, Qara və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib.  Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.  Bildirilib ki, əməliyyatda terror təşkilatlarının istifadə etdiyi bunker, mağara, sığınacaq və neft obyektlərindən ibarət 29 hədəf içində yüksək vəzifəli terrorçular olmaqla vurulub.  Qeyd edək ki, bundan bir gün öncə İraqda Türk bazasına hücum edilib. Nəticədə 9 hərbçi şəhid olub. 

Prokuror Əvəz Zeynallının 10 il azadlıqdan məhrum edilməsini istəyib

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Xural-TV İnternet resursunun rəhbəri Əvəz Zeynallı və Səda TV YouTube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib. Eyni zamanda prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb. Prokuror Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib. Növbəti məhkəmə iclası yanvarın 26-na təyin edilib. Vəkil Aqil Layıc jurnalistlərə bildirib ki, Zeynallı “rüşvət almaq” maddəsilə cəzalandırıla bilməz, çünki o, vəzifəli şəxslərin hərəkətlərinə aiddir, Zeynallı isə belə şəxslərdən deyil. * Ötən il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV saytının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib. İstintaq məlumatına görə, Zeynallı həbs olunan sahibkar Rasim Məmmədovu gözdən salan məlumatlar dərc etməmək üçün onun ailəsindən pul alıb və buna Sadıqov vasitəçilik edib. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb və onun işini ayrı icraata götürüb. Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin  312-1.1-ci maddəsilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib.

Türkiyədə prezidentin oğlu sərbəst buraxıldı

Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb. Qeyd edək ki, ötən il noyabrın 30-da İstanbul şəhərində Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Göçər yolun kənarında dayanmaq üçün tunelin çıxışında sürəti azaltmağa başlayıb. Sükanda Məhəmməd Həsən Mahmudun olduğu avtomobil isə eyni istiqamətdə hərəkət edərək motosikletə çırpılıb. Ciddi zədə alan Göçər həlak olub. Bundan sonra prezidentin oğlunun həbsi tələb edilmişdi.

Yuxarı sinif şagirdlərinin NƏZƏRİNƏ: 10, 11-ci siniflər ləğv olunur? - AÇIQLAMA

“Biz, həqiqətən də, 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”. Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev “İTV”-yə müsahibəsində deyib. Bildiyiniz kimi, Azərbaycanın orta məktəblərində kurikulum tədris proqramı tətbiq olunur. Bu proqrama əsasən, orta təhsilin 9-cu sinifinə qədər bütün dərs proqramı tədris olunub bitirilir. 10 və 11-ci siniflərdə isə 5-ci sinifdən etibarən keçilmiş mövzuların daha geniş formada tədrisi nəzərdə tutulur. Bu proses ölkədə kurikulum sistemi tətbiq olunmağa başladığı andan start götürüb. Belə bir sistemlə dərslərin tədrisi nə qədər effektivdir? Bu suallar əlaqədar təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında danışıb. “Ümumiyyətlə, konstitusiyaya və qanunvericiliyə əsasən, icbari təhsil ödənişsizdir. 9 və 11-ci siniflərdən – tam orta və ümumi orta təhsil bazasından biz şagirdləri buraxırıq. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək təhsilini dayandıra və məktəbi tərk edə bilər. Bu şəxslər fərqli sahələrə keçid ala bilər, kollecə, peşə məktəblərinə üz tuta bilər və yaxud da, ümumiyyətlə, təhsilinə davam etməyə bilər. Bu nöqteyi nəzərdən biz şagirdi müvafiq sinifə, yəni, 9-cu sinifə qədər müəyyən biliklərlə təmin etməliyik”. Ekspert bildirib ki, 9-cu sinifi bitirən şəxslərin bütün tədris proqramını mənimsəməsi onların həyatlarında, gələcək karyeralarında olduqca vacibdir. Lakin dərs prosesi zamanı 9-cu sinifə qədər alınmış informasiyalar əhatəli formada deyil, daha lakonik və gündəlik həyatda istifadə ediləcək dərəcədə əhatəlidir. “Təbii ki, 10 və 11-ci siniflərdə isə digər fənnlərə - fizika, kimya və s. fənnlərlə bağlı daha geniş formada tədris prosesində iştirak edir və həmin fənnləri daha professional səviyyədə mənimsəmiş olur. Tədris proqramının bu formada tətbiq olunması 9 illik prinsipə əsaslanır. 9 illik proqram buraxılış olduğu üçün ilkin informasiyanın verilməsi, həmin sinifə qədər ən azından müəyyən mövzuların tədris olunması əsas mövzulardan biridir”.

Zelenskidən şok: Rusiya Özbəkistana hücum edəcək! - Təcili

Biz birlikdə Putini dayandırmayana qədər, o, müharibəni dayandırmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu yaxınlarda o, Finlandiya və Özbəkistandan danışmağa başladı. Biz hamımız birlikdə onu dayandırmayana qədər Putin dayanmayacaq”, - deyə Zelenski bildirib. Dövlət başçısı Ukraynadan sonra Rusiyanın Baltikyanı ölkələrə və Moldovaya hücumunu da istisna etməyib.