Rusiyanın Krasnoyarsk diyarında İstintaq Komitəsi və Hərbi Komissarlığın əməkdaşları miqrantlara qarşı reydlər keçiriblər.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, reydlər zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 miqrant saxlanılıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, taxta emalı bazasını və istehsal və logistika kompleksini yoxlayıb.
Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Rusiyada yaşayan vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir.