Gürcüstan müxalifəti Tbilisidə genişmiqyaslı etiraz aksiyalarına başlayıb.
Sozcu.az xəbər verir ki, onlar seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib.
Müxalifət liderləri parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələbi edirlər.
Yüzlərlə etirazçı ölkə parlamentinin binası qarşısında Rustaveli prospektini bağlayıb.
"Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin", - "Birlik - Milli Hərəkat" assosiasiyasının nümayəndəsi Giorgi Vaşadze bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili də mitinqdə çıxış edib. O bildirib ki, "məyusluq və istefa vaxtı deyil". O, xarici liderlərlə məsləhətləşdiyini və aşkar edilmiş pozuntular barədə onlara məlumat verdiyini bildirib. Etirazçıların əllərində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları var, Rusiya əleyhinə şüarlar səsləndirilib.
Qeyd edək ki, oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb.