Müharibə bu il başa çata bilər - Zelenski

Rusiyanın ölkəmizə qarşı başladığı müharibə ilin sonuna qədər müəyyən şərtlər daxilində bitə bilər. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Müharibənin bitmə tarixi haqda danışmaq çətindir. Lakin bu, yaxın aylarda ola bilər. Hər şey bir neçə amildən, o cümlədən Ukraynanın əks-hücumunun uğurundan asılıdır”, - Zelenski bildirib.

“Necə olur, Biləsuvardan istədiyin qədər məhsul keçirə bilirsən, Culfadan yox?

İranla həmsərhəd Culfa sərhəd-keçid məntəqəsində 3 kiloqramdan artıq ərzağın keçirilməsinə qadağa qoyulduğu bildirilir. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Onlar deyirlər ki, bundan əlavə, gətirdiklər məişət avadanlıqlarına görə də onlardan qanunsuz pul alınır. Keçid məntəqəsinin fəaliyyətindən şikayət edənlər əsasən, gündə 4 dəfə həyata keçirilən və İran ərazisindən keçən Naxçıvan-Bakı-Naxçıvan avtobus reyslərinin sərnişinləridir. Ordubad rayon sakini M. Əsgərov deyir ki, Naxçıvan tərəfindən fərqli olaraq, Biləsuvardakı sərhəd-keçid məntəqəsindən Bakıya istənilən qədər ərzaq keçirmək mümkündür: “Əslində, Naxçıvan blokadadadır deyə, ərzağa məhdudiyyət qoyulmamalıdır. Təəssüf ki, tam əksinədir. Necə olur ki, Biləsuvar tərəfdən istədiyin qədər məhsul keçirmək olur, Naxçıvana isə yox? Məgər, Naxçıvanda Azərbaycan qanunları işləmir? Avtobusla Bakıya gedərkən, oradakı qohumlar üçün İrandan xeli ərzaq almışdım, keçid məntəqəsindən rahatlıqla keçirdim. Naxçıvana qayıdarkən düşündüm ki, eyni qanunlar bu Culfada da işləyir. 10-15 kilo ərzaq aldım ki, evə aparım. Çünki İranda Naxçıvana nisbətən 3-4 dəfə ucuzluqdur. Lakin bizimkilər buraxmadı. Dedilər ki, 3 kilodan artıq olmaz. Gömrük işçiləri əlimdəki ərzaqları alıb, müsadirə etdilər”. Şahbuz rayon sakini B. Quliyev isə deyir ki, 200 manatlıq məişət avadanlığını Naxçıvana buraxmaq üçün ondan 50 manat rüsum tələb ediblər: “Qanunla min manatdan yuxarı dəyəri olan məişət avadanlıqları üçün rüsum alınmalıdır. İrandan alıb Biləsuvar vasitəsi ilə Azərbaycana keçirəndə, bu qanun nəzərə alınır. Naxçıvan isə, sanki başqa ölkədir. 50 manatlıq əşyaya da rüsum alırlar. Bu yaxınlarda İrandan 200 manatlıq məişət ləvazimatı alıb Naxçıvana keçirdim. Dedilər ki, 50 manat rüsum ödəməlisən, yaxud da geri qaytar. Başıma az qala hava gələcəkdi. Məcbur olub, dediklərini ödədim. Əvəzində qəbz istədim, güldülər mənə. Dedilər ki, biz qəbz vermirik”.

Ermənilər Edillidə azərbaycanlıları 3 metr dərinlikdə basdırıbmış...

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Sozcu.az xəbər verir ki, bu, Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var. “Bugünədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb. Aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir. Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb”. Ətraflı Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlandığı da əlavə olunub: “Fərrux kəndi yaxınlığında tapılmış qalıqların ekspertizası nəticəsində Ermənistan tərəfinin iddialarının əksinə olaraq, insanların heç bir qəbirüstü abidə və ya tanınma lövhəsi olmadan dəfn edildiyi və antropoloji təhlilə əsasən həmin insan qalıqlarının Azərbaycan türklərinə aid olduğu üzə çıxarıb. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 62 nəfər Azərbaycan hərbçisi Birinci Qarabağ müharibəsi zamanı 1992 – 1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Eyni zamanda, toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb”. Hesabatda Şuşada da bugünədək bir neçə kütləvi məzarlıq aşkarlandığı qeyd olunub: “Xüsusilə Şuşa həbsxanası ərazisində aşkarlanmış məzarlıqlarda insanlara işgəncə verilməsinin izləri aşkarlanmış, baş və bədənin ayrı basdırılması, qarın boşluğunda mismarların olması və s. kimi hallar məlum olmuşdur. İnsan qalıqlarının tapıldığı bu cür kütləvi dəfn yerlərindən sonuncusu isə çirkab quyusunda aşkarlanıb”. Həmçinin vurğulanıb ki, ümumilikdə, azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb. “Bugünədək aparılmış eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilərək onların qalıqları ailələrinə təhvil verilərək adətlərə uyğun şəkildə dəfn mərasimləri keçirilib. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar isə hərbi qulluqçulara aid olub. Aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir və Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini bir daha sübut edir”.

Araiklə gizli görüş keçirən “səkkizlik” separatçı rejimin gələcəyi haqda hansı razılığa gəldi?..

Sabiq “müdafiə naziri” və keçmiş “prezident” arasında qarşıdurma yaşandı... Dünən – avqustun 29-da Xankəndindəki qanunsuz “qanunverici orqan”ın  növbədənkənar “sessiyası” zamanı separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Arkadi Qukasyan və qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma baş verib .   Sozcu.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə,  onların ziddiyyətləri uzun tarixə malikdir: :2000-ci ildə Qukasyana qarşı sui-qəsd baş verib, onun təşkilatçısı Samvel Babayan olub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib , lakin 4 ildən sonra Robert Köçəryanın vasitəçiliyi ilə Arkadi  Qukasyan onu əfv edib . “Amma onlar əbədi düşmən olublar. Dünənki sessiyada , Artsaxdakı vəziyyətin müzakirə edildiyi və iştirakçılar öz fikirlərini bildirəndə , Qukasyan fürsəti əldən verməyib və “ bəzilərini ” düzgünlüyə çağırdı , onları bu vəziyyətdə siyasi dividendlər əldə etmək üçün çirkin cəhdlər etməməyə çağırdı . O, Samvel Babayanın son bəyanatına istinad edərək Araik Arutyunyandan həmin bəyanatlara , xüsusən də “zirzəmi razılaşmaları ” na dair açıqlama verməsini tələb edib . Arutyunyan Babayanın öz son bəyanatlarında “zirzəmi razılaşmaları” haqda dediklərini tamamilə təkzib etməli olub , sonuncu isə bir kəlmə belə danışmayıb. Xatırladılır ki, Babayan “səkkizliyi ” Arutyunyanla razılığa gəlməkdə, yeni növbəti “prezident” və “hökumət”in tərkibini müəyyənləşdirməkdə ittiham edib. Həmin 8 nəfər arasında təxminən iki həftə əvvəl Arayik Arutyunyanla görüşən və istefa vermək niyyətini müzakirə edən  keçmiş “president”lər Bako Saakyan və Arkadi Qukasyan da var .moderator)

Ağdam yolunun üzərinə tikanlı məftillər qoyuldu

Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. Sozcu.az Report-a istinadən xəbər verir ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Ukrayna ordusu bu istiqamətdə ciddi uğur qazandı

Ukrayna ordusu cənub cəbhəsində, Verbove istiqamətində ciddi uğur qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib. “Hücum Novodanilovka-Verbove istiqamətində uğurlu oldu, hərbçilərimiz əldə olunan xətlərdə möhkəmləndilər”, - Kovalyov bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Melitolpol istiqamətində hücum əməliyyatlarını davam etdirirlər.

İmran Xanın məhkəməsindən XƏBƏR VAR

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı qətl ittihamını rədd edib. Sozcu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Naim Pancuta bildirib. Qeyd edək ki, İ.Xan başqa bir vəkilin ölüm işində ittiham olunurdu.

Rusiyanın itkiləri 262 minə yaxınlaşır

Ukrayna müharibənin 551-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 261 310 hərbçi, 4400 ədəd tank, 8562 ədəd zirehli döyüş maşını, 5425 ədəd artilleriya sistemi, 730 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 499 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7866 ədəd avtomobil texnikası, 4383 ədəd PUA, 1415 qanadlı raket, 18 gəmi/qayıq, 809 xüsusi avadanlıq itirib.

Reznikov: “Kiyev gələcəkdə “Taurus” qanadlı raketlərini alacaq”

Almaniya Ukraynaya “Taurus” qanadlı raketlərini tədarük edəcək. Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib. "Bild", "Welt" və "Politico"ya müsahibə verən Reznikov, "Mən çox optimistəm və gələcəkdə Almaniyadan “Taurus” alacağımızı görürəm" açıqlamasını verib. Qeyd olunur ki, Ukraynanın tərəfdaşı olan Almaniya artıq Kiyevə bir çox müasir sistemlər verib. Eyni zamanda, Reznikov qanadlı raketlərin nə vaxt əldə olunacağını deməyib. "Amma bunun bir il çəkəcəyini düşünmürəm" deyə Reznikov bildirib.

Baydendən Trampa: Yaraşıqlı və gözəl oğlan...

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı həbsxana fotosuna münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Trampı "yaraşıqlı oğlan" adlandırıb. "Yaraşıqlı oğlan, gözəl oğlan", - Bayden deyib . Prezident televiziyada Trampın şəklini gördüyünü deyib. Xatırladaq ki, avqustun 25-də Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı rəsmi həbs prosedurundan keçib və sonrakı məhkəmə prosesləri üçün həbsxanada foto çəkdirib. Ağ Evin keçmiş rəhbəri 200 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.

Ordumuz Sərsəngi nəzarətə götürməlidir - Politoloq

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin işğal altındakı Sərsəng su anbarıyla bağlı yaydığı birgə bəyanat Qarabağın əsas su ehtiyatı mənbəyinin azad olunması məsələsini aktuallaşdırıb. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. “Bəyanatda da vurğulandığı kimi, su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Separatçılar və onları himayə edənlər söz eşitmirlərsə, demək, məsələnin güc yoluyla həllinə üstünlük verməliyik. Əlbəttə, erməni separatçıları və Ermənistan hakimiyyəti yenə haray-həşir salacaq, məsələni BMT müstəvisinə çıxarmağa çalışacaqlar. Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar ayında Sərsəng su anbarıyla bağlı qəbul etdiyi qətnamə bizə məsələni istədiyimiz şəkildə həllinə geniş manevr imkanı yaradır. İnsanlarımızı azad olunmuş bölgələrə köçürürük, kənd təssəərrüfatı çalışmalarında suya ehtiyac yaranacaq. Bu səbəbdən də su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının nəzarətimizə keçməsinin əhəmiyyəti böyükdür”, - o bildirib.

Pentaqon: "Artıq "Vaqner" Ukraynadakı müharibədə aktor deyil"

"Artıq "Vaqner” xüsusi hərbi şirkətinin silahlıları Rusiyanın Ukraynaya qarşı müharibəsində aktor deyil”. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Patrik Rayder deyib. Onun sözlərinə görə, “Vaqner” Ukraynadakı müharibədə ciddi mənada rolunu itirib: “Onların effektivliyi azalıb”. Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib. Bir çox ekspertin fikrincə, bundan sonra “Vaqner” parçalanacaq.