"Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi həm də Gürcüstanın azadlığı uğrunda mübarizədir" - Zurabişvili

Xəbər verdiyimiz kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə AB-yə inteqrasiyaya dəstək məqsədilə keçirilən mitinqdə çıxış edir.

Sozcu.az SOVA-ya istinadən xəbər verir ki, xanım prezident mitinqdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, onun qalib gələcəyini deyib.

Zurabişvili bildirib ki, Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi həm də Gürcüstanın azadlığı uğrunda mübarizədir:

"Buradan, sizin adınızdan Zelenskiyə üz tutub ona demək istəyirəm ki, onun bizim üçün mübarizə apardığını və qalib olacağını bilirik. Və biz birlikdə Avropaya gedəcəyik".

O, həmçinin Moldova Prezidentinə və Gürcüstanın beynəlxalq tərəfdaşlarına müraciət edib:

"Maya, bu gün, sənin qələbə günün və Avropa referendumunun qələbə günü olacaq. Biz birlikdə Avropaya girəcəyik!".

Share on Facebook