Ukrayna PUA-ları Luqansk vilayətinin Rovenki şəhərində (Rusiyanın işğalındadır – red.) neft anbarına hücum edib, nəticədə yanğın baş verib.
Sozcu.az xəbər verir ki, Rusiya mediası məlumat yayıb.
“Bu gecə 10 pilotsuz təyyarə Rovenkidəki neft anbarına hücum etdi, onlardan 8-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu, yalnız ikisi hədəfə çatdı. Təxminən səhər saat 7.00-da (Moskva vaxtı ilə) yanğın söndürülüb”, - məlumatda deyilir.