Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Brliyi İranı körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymağa çağırıb.
Sozcu.az xəbər verir ki, bu barədə adı çəkilən qurumların birgə bəyanatında deyilib.
Bəyanatda İranın bu adalara nəzarət etməsi Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünün və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin pozulması adlandırılıb.
Qeyd edək ki, bundan əvvəl İranın tərəfdaşları - Rusiya və Çin də adı çəkilən adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildiriblər.