Ermənilər ölülərini də özləri ilə aparırlar - Açılan qəbirlərin sirri

Antiterror əməliyyatından sonra Qarabağın erməni əhalisi bölgəni tərk edir. Onlar təkcə daşınmaz əmlakları yandırmır, həm də qəbiristanlıqdakı ölülərinin qalıqlarını da çıxarıb Ermənistana aparırlar.  Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda buna dair görüntülər müzakirələrə səbəb olub. Öz xislətlərindən əl çəkməyən ermənilər bundan da Azərbaycan əleyhinə təbliğat aləti kimi istifadə etməyə cəhd göstərirlər. Məqsəd illər sonra, yaxud yaxın gələcəkdə Azərbaycanı və azərbaycanlıları vandalizmdə ittiham etməkdir. Xatırladaq ki, analoji hadisə 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı da baş vermişdi. Atəşkəs bəyanatının imzalanmasından sonra bir sıra əraziləri tərk etməli olan ermənilər 27 ildən çox işğal altında qalmış Kəlbəcər rayonundan  çıxarkən məzardakı ölülərini də çıxarıb aparırdılar.

Xankəndidəki partlayışı erməni separatçı törədib - FOTO

Xəbər verdiyimiz kimi, Xankəndi yaxınlığında 100 tonluq benzin çəni partlayıb. Nəticədə xeyli sayda ölən və yaralananların olduğu deyilir. Sozcu.az xəbər verir ki, hadisə şahidlərindən biri açıqlama yayıb. Onun sözlərinə görə, ermənilərdən biri siqaret kötüyünü çənə atdıqdan sonra oradan uzaqlaşıb və nəticədə partlayış baş verib.bizim.media)

Babayan Qarabağdan İrəvana necə qaçıb?

“Separatçıların “rəhbərlərindən” olmuş Samvel Babayan Qarabağdan İrəvana qaça bilib. Onun Xankəndidən necə çıxdığı və Ermənistana necə keçdiyi müəmmalıdır, lakin erməni əhalisi arasına qarışaraq, gedə biləcəyi istisna deyil”. Sozcu.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, təslim olan hazırkı “rəhbərlər”in sona qədər gözləyəcəyi ehtimalı çoxdur və onların amnistiyadan yararlanmaq imkanı da ola bilər: “Lakin keçmiş “rəhbərlər” – Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri çıxmağa çalışacaq. Qaçış üçün iki mümkün yolları ola bilər: erməni əhalisi arasında gizlənmək, qarışıqlıqdan istifadə edərək Ermənistana keçmək; sülhməramlıların təminatı üçün daha əvvəl uçuşuna şərait yaradılan helikopterlərlə çıxmaq”. A.Nərimanlı deyib ki, hər iki halda sülhməramlılar onlara yardım edəcək: “Lakin Xankəndiyə əvvəldən nəzarət edən Azərbaycan kəşfiyyatının indi bu imkanları xeyli artıb və ən azından bir, yaxud bir neçəsinin ələ keçiriləcəyi də istisna edilməməlidir”.

Qarabağda məşhur erməni terrorçuların heykəli sökülür

Qarabağda erməni terrorçuları Monte Melkonyan və Qaregin Njdenin heykəllərinin söküldüyü iddia edilir. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Xocalı qatili, ASALA terror təşkilatının liderlərindən Monte Melkonyanın Xocavənddəki, digər erməni qatil Qaregin Njdenin isə Xankəndidəki heykəlinin sökülməsinə start verilib. Qeyd edək ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələrindən silah və sursatın müsadirə edilməsi prosesi davam edir.Globalinfo)

Ordumuz Ağdərədə hərbi hissəni BELƏ nəzarətə götürdü - VİDEO

Düşmənin Ağdərə istiqamətindəki hərbi hissəsi şanlı ordumuz tərəfindən nəzarətə götürüb.  Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.  Videodan da məlum olduğu kimi, ordumuz nəzarətə götürdüyü hərbi hissəyə bayrağımızı sancıblar. Qeyd edək ki, video lokal antiterror tədbirləri zamanı çəkilib.  Həmin görüntüləri təqdim edirik: 

Xankəndinin komendantı kim olacaq?

Azərbaycana aid hərbi birliklərin separatçıların oturduğu şəhərə daxil olmadığı haqda xəbərlər doğrudur, amma... Əgər xunta rejiminin indi əsas adamı olan Samvel Şahramanyanla Azərbaycan hüquq-mühafizə orqanlarından birinin rəhbəri ilə görüşməsi iddiasından yola çıxsaq, demək Xankəndindəki qondarma “hakimiyyət” sona çatır. Azərbaycanın bu məsələdə mövqeyi qətidir: saxta dövlət atributları- “prezident” “nazirlər”, “deputatlar” öz saxta vəsiqələrini zibil yeşiyinə atmalıdır. Başqa variant yoxdur. Xunta rejimi indi ən yaxşı halda onu edə bilər ki, qondarma da olsa “parlamenti” toplaya, orada Xankəndindəki bütün “dövlət strukturlarının” buraxılmasını elan edərək idarəetmənin təhvil-təslim işlərinə başlasın. DQMV-nin keçmiş İcraiyyə Komitəsinin və bütün qondarma dövlət strukturlarının binalarında Azərbaycan bayraqları dalğalanmalıdır. Bilgili mənbənin dediyinə görə, ilkin dövrdə Azərbaycan bütün bu prosesə nəzarət etmək üçün Xankəndinə komendant təyin edə bilər. Hərbi (yarımhərbi) komendaturaya Rusiya sülhməramlılarının, eləcə də erməni icmasından da nümayəndələrin cəlb edilməsi mümkündür. Xankəndi ilə yanaşı, digər ərazilərdə də, xüsusilə Xocalı və Əsgəran da eyni prinsiplərlə komendaturalar yaradıla bilər ki, bununla təhvil-təslim prosesinin maksimum qarşıdurma olmadan aparmaq mümkündür. Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrupun yaradılması aydındır ki, bu prosesin digər bir mühüm qolunu təşkil edəcək. İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. Bu İşçi Qrupu sosial-iqtisadi problemlərin həlli üçün təşkil edilib. Şahin Musatafayevin təyinatı da səbəbsiz deyil. Əvvəla, o sərhədlə bağlı danlışıqlara da rəhbərlik edir, danışıqlarla bağlı bilgili şəxslərdən biridir. Şahin Mustafayev Ermənistanda anadan olub, müəyyən müddət İrəvan İqtisad İnsitutunda oxuyub, təbii ki, erməni dilini də yaxşı bilir. Bu, İşçi Qrupunun rəhbərinin erməni icması ilə daha faydalı işləməyə imkan verəcək. Belə bir ehtimal da var ki, Qarabağın tam silahsızlaşdırılmasından sonra Xankəndində prezidentin xüsusi nümayəndəliyi yaratmaq varinatı var. Bu iş 2021-ci ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla)ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova da həvalə edilə bilər. Amma daha ağlabatan variant budur ki, Xankəndi və ətraf rayonlarda Prezidentin xüsusi nümayəndələri olsun. Çünki bu vəzifənin yükü təkcə iqtisadi deyil, hərtərəfli fəaliyyət tələb edir. Uzağa getməyək, erməni icması ilə görüşlərdə(yaxın günlərdə daha bir görüş olacaq) mərkəzi hakimiyyəti təmsil edən Ramin Məmmədova belə bir görəv tapşırıla bilər. İndi əsas məsələ, ən tez müddətdə ermənilərin iriçaplı silah-sursatlarını və hərbi texnikalarını təhvil verməsidir. Məlumdur ki, bu prosesdə əsas rol Rusiya sülhməramlılarının üzərinə düşür, amma bunu yubatmaq da olmaz. Onlar silahlarını təhvil vermiş erməniləri Laçın postunadək gətirəcək, bundan sonra onlar bir daha yoxlanılaraq Ermənistan sərhədinə rədd ediləcəklər. (Bu gün dörd yük maşını Laçın keçid məntəqisinə doğru gedib) Ağır texnikaların da təhvil-təslim prosesini Ağdam istiqamətində təşkil etmək olar. Azərbaycana aid hərbi birliklərin Xankəndinə daxil olmadığı haqda erməni mənbələrinin xəbərləri doğrudur. Onlar deyirlər ki, Azərbaycan birlikləri Kərkicahan kəndində yerləşiblər. Kərkicahan Xankəndiyə çox yaxın qəsəbədir. Əslində, Azərbaycan ordusunun Xankəndinə daxil olmaması doğru qərardır. Ehtiyac olarsa da, ordu deyil, hüquq-mühafizə orqanları, DTX-nın xüsusi birlikləri antiterror əməliyyatını Xankəndidə də keçirə bilər. Amma belə görünür ki, hazırda buna ehtiyac yoxdur. Xankəndidəki xunta rejiminin bütün müqavimət nöqtələri ya sıradan çıxarılıb, ya ciddi zərbə alıb. Vardanyanın dediyi kimi, Azərbaycan Qarabağa tam nəzarət edir. Xankəndi isə mərkəz olduğu üçün xüsusi həssasiyyəti var və bunu nəzərə almaq, tələsik qərarlar vermək olmaz ki, Azərbaycan hakimiyyəti də bunu hamıdan yaxşı bilir. Qarabağda daha yaşamaq istəməyənlər də olacaq ki, bunu təbii qarşılamaq lazımdır. Ruben Vardanyan “France-24” kanalına müsahibəsində “bəs indi heç vaxt Azərbaycanın tərkibində olmayan, azərbaycanca danışa bilməyən insanların hüquqlarını kim təmin edəcək, bu proses necə gedəcək” deyə sual edib. Bu, əlbəttə ki, erməni revanşistlərin günahıdır ki, 30 il ərzində formalaşan yeni nəsli Azərbaycan torpaqlarında yaşa-yaşaya bu cür böyüdüb tərbiyə ediblər. Onlara həqiqətən də yazıq oldu, amma bu qətiyyən Azərbaycanın məsuliyyəti deyil. Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər üçün Laçın yolu həmişə açıqdır. Bu seçimi nə qədər erməni edəcək, bunula bağlı təxminlər var. Amma ümid edək ki, ermənilər nəhayət anladılar ki, Qarabağda tarixin təkərini daha geri döndərmək mümkün olmayacaq. Bu özü artıq bir irəliləyişdir. Gedən gedib xaricdə, harada nə danışacaq bəllidir, amma bunlar əhəmiyyətli deyil. Azərbaycan reinteqtrasiya prosesini çox şəffaf aparır və gizli heç nə yoxdur. Qarabağda isə revanşist əhval-ruhiyyəni hələ də qızışdıranlar var. Məsələn, məlum David Babayan deyib ki, guya Azərbaycandan heç bir humanitar yük gəlməyib və Ermənistandan yardım gözləyirlər. Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryanın “Novaya Vremya”ya geniş müsahibəsində Qarabağda baş verənlərə görə Rusiya və Azərbaycan hakimiyyətinin ünvanına kəskin ittihamlar səsləndirib. Ruben Vardanyanın “France-24” kanalına müsahibəsində əvvəlki “optimizmindən” əsər-əlamət qalmasa da, qızışdırıcı mövqeyindən yenə geri çəkilməyib, “artsax ordusunun qəhrəmanlığından” ağızdolusu danışıb. Amma bunlar daha gecdir, heç nəyi dəyişməz. Reallıq budur ki, Xankəndi Azərbaycandır! Nazim SABİROĞLU, Musavat.com

Albert Aqarunovun vurduğu erməni tankı Hərbi Qənimətlər Parkında

Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib. Sozcu.az-ın xəbərinə görə, hazırda texnika nümayiş olunması üçün parkda yerləşdirilir. Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticədində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika orada götürülüb. Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər. Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.

“Qarabağdakı separatçı qurumun keçmiş və indiki "rəhbərləri" həbs edilməlidir...”

“Rusiyanın torpaqlarımızda “sülhməramlı” adı altındakı hərbi varlığı çox davam edə bilməz...”  “Azərbaycan dövlətçiliyi üçün təhdidlər aradan qaldırılmalıdır...” “Ermənilər  Azərbaycanın Qarabağ torpağını 30 il yalnız işğal altında saxlamadılar. Həm də burada yaşayan əhaliyə  bölücülük , separatizm aşıladılar. Və bunu zəhərli, sağalmaz xəstəliyə çevrilmiş bir ideologiya halına gətirdilər. Qarabağı biz işğaldan tamamilə qurtara bilərik, amma separatizmi, onu özünün həyat fəlsəfəsi və gələcəyinin təminatı hesab edən kütlənin qafasından çıxarmamız çətin olacaq. Sovet höküməti kimi 70-80 il inzibati metodlarla da bunu edə bilməyəcəyik. Neçə ki, Qarabağın bu hissəsində erməni əhali qalır, biz hər zaman separatizm təhdidi ilə üzləşəcəyik”. Ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu fikrini dilə gətirib. “24 saatlıq antiterror tədbirinin ardınca bu bölgədə separatçı ünsürlərin təmizlənməsi gəlməlidir. Separatçı qurumun keçmiş və indiki "rəhbərləri" həbs edilməlidir. Azərbaycan dövlətçiliyi üçün təhdidlər aradan qaldırılmalıdır. Bəlli zaman içərisində Azərbaycan dövlətinin yurisdiksiyasına keçmiş şəhər və kəndlərdə, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və başqa iri yaşayış məntəqələrində dövlət orqanlarımız fəaliyyət göstərməlidir. Rusiyanın bu ərazidəki torpaqlarımıza “sülhməramlı” adı altında yeridilmiş hərbi varlığı çox davam edə bilməz. Bölgədə münaqişə aradan qalxmışsa, rusların burada işi qalmayacaq”- deyə davamında alim vurğulayıb.

Rusiya Ukrayna bataqlığında: 274 950 canlı itki

Ukrayna müharibənin 576-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 274 950 hərbçi, 4644 ədəd tank, 8891 ədəd zirehli döyüş maşını, 6177 ədəd artilleriya sistemi, 785 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 528 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8690 ədəd avtomobil texnikası, 4858 ədəd PUA, 1517 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 912 xüsusi avadanlıq itirib.

Paşinyan Rusiya silahlarından imtina etdi

Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb, 500 milyon dollar köçürüb, lakin müqavilədə nəzərdə tutulan silahların 5%-ni belə almayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Nəşrin İrəvan və Moskvadakı mənbələrinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu “NPO Splav” arasında müqavilə imzalanıb: “Ona əsasən Rusiya zavodu Ermənistan üçün lazım olan raketləri istehsal etməli idi. Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar hərbi yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. Bundan 1 il 3 ay keçsə də, Ermənistan Müdafiə Nazirliyi yükü hələ də gətirməyib. Malları götürmək üçün “NPO Splav” zavodu Ermənistanla 3 dəfə əlaqə saxlayıb, məhsullarını qısa müddətdə almaq xahişi ilə müraciət edib, çünki bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün deyil. Bu qədər müraciətdən sonra belə İrəvan hərbi yüklərin daşınmasını təşkil etməyib. Bundan əlavə, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard 400 milyon dollar dəyərində silah və sursat təklif edib və verməyə hazırdır. 400 milyon dollar məbləğində müqavilə artıq təsdiqlənib, müqavilələr imzalanmağa hazır idi. 1 milyard dollarlıq müqavilənin isə iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə sayılı günlər qalıb. Lakin İrəvan birdən-birə bu müqavilələrdən imtina edərək, əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayaraq, 500 milyon dollar köçürüb. Lakin ödədiyi bu məbləğin qarşılığında silahların 5%-ni belə almayıb”.

Qarabağda bütün qeyri-qanuni strukturlar buraxılıb - Şirinyan

Azərbaycanın Qarabağ bölgəsində bütün qeyri-qanuni strukturlar buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni bloger Karen Şirinyan Feysbuk səhifəsində yazıb. “Qarabağda bütün strukturlar buraxılıb. Bir müddət əvvəl işçilərə dedilər ki, gəlib əmək kitabçalarını götürsünlər. 100% dəqiq məlumatdır”, - deyə Şirinyan bildirib.

Paşinyan: Nəyin bahasına olursa-olsun, bunu edəcəm

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında hökumət binasının yaxınlığında etirazların qızğın vaxtında bir neçə tərəfdarları ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. “O, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlayacaq. Bu, İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadə etməsini izah edir”, - məlumatda deyilir.