İsa Qəmbər seçkilərdə namizəd olacaq? - AÇIQLAMA

İyulun 4-də Müsavat Partiyasının Məclisi özünün növbədənkənar sessiyasını keçirib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub.

Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana səlahiyyət verib.

Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib.

Bəs Müsavat Partiyasının başqanı İsa Qəmbərin özü də parlament seçkilərində iştirak edəcəkmi?

Modern.az Müsavat Partiyası ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bunları deyib:

"Partiyanın Ali Məclisi toplaşıb seçkilərdə iştirakla bağlı məsələni müzakirə etdi. Qərara alındı ki, Müsavat Partiyası seçkilərdə iştirak etsin. Kimin seçkilərdə iştirak etməsi məsələsi isə müzakirə olunmayıb. Hər bir şəxs, hər bir müsavatçı istədiyi dairədən namizədliyini irəli sürməkdə sərbəstdir. Bu barədə məsələ hələ müzakirə olmayıb. İsa Qəmbər seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı ancaq özü məlumat verə bilər. Onun əvəzinə kimsə nəsə deyə bilməz".

Share on Facebook