Onkoloji xidmətlər icbari sığortaya daxil edilsin! - Komitə sədrindən TƏKLİF

“Təəssüf ki, icbari tibbi sığort ailə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil”. 

Sozcu.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur:

“Bu dərman vasitələrinin qiyməti isə kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu dərmanların alının Azərbaycana gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb Azərbaycana gətirilməsinə əlavə vəsaitin ayrılması da nəzərdən keçirilməlidir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari dövlət sığorta ilə əhatə olunması ilə həll ediləcək”.

Share on Facebook