Respublikaçı senator: “Bu xəbərdarlığı Azərbaycanda hamıya çatdırmaq istəyirəm: ehtiyatlı olun ki, “böyük rus ayısı” bir daha keçmiş Sovet İttifaqı respublikası üzərində dominant mövqe tutmağa cəhd etməsin”
“Rusiya, İran, Çin və Şimali Koreya dünyanın azad nəfəs almağa və təmsilçi demokratiyanın bir hissəsi olmağa çalışan hissəsinə qarşı aqressiv yanaşır. Onlardan iki dövlət buraya çox yaxındır. Biz başa düşürük ki, Rusiyanın bu regionda böyük iştirakı var, İran birbaşa qonşudur. Onlar yəqin ki, bizim erməni dostlarımızın olduğu istiqamətdə azadlığı, demokratiyanı, tərəqqini görmək istəməzdilər”.
Sozcu.az xəbər verir ki, “Armtiems” nəşrinin yaydığı məlumata görə, bu fikirləri iyulun 5-də Ermənistan parlamentindəki mətbuat konfransında ABŞ Konqresinin bu ölkədə səfərdə olan nümayəndə heyətinin rəhbəri, Donald Trampın lideri olduğu Respublikaçılar partiyasından olan senator Rocer Uiker söyləyib.
“Mən azərbaycanlı tərəfdaşlarımıza və ATƏT-in digər üzvlərinə müraciət etmək istərdim: Putin Rusiyası ilə birləşməyin nəyə gətirib çıxara biləcəyindən ehtiyatlı olun. Azərbaycandakı dostlarımıza məsləhət vermək istəyirəm - azadlığın qiymətini, azadlığın dəyərini anlamağa çalışın. Biz bunu dəfələrlə görmüşük. Bu xəbərdarlığı Azərbaycanda hamıya çatdırmaq istəyirəm: ehtiyatlı olun ki, “böyük rus ayısı” bir daha keçmiş Sovet İttifaqı respublikası üzərində dominant mövqe tutmağa cəhd etməsin”, - deyə respublikaçı senator yekunlaşdırıb.
ABŞ nümayəndə heyəti Ermənistan rəhbərliyinin qonşu Türkiyədən insanların sərbəst gediş-gəlişinə şərait yaratmaq, eləcə də Ermənistan iqtisadiyyatını stimullaşdırmaq üçün sərhədləri açmaq istəyini də çatdırıb. Senator əmin edib ki, onlar bu məsələdə Ermənistanın yanındadırlar.moderator)